Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə94/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   90   91   92   93   94   95   96   97   ...   112

257 
qaraja salma. Qoy həmişə maşın çox olan ucqar bir küçədə qalsın, havası dəyişsin. 
İndi «Lankaster» mehmanxanası ilə üzbəüz Berri küçəsindədir. 
– Yaxşı, – deyə Ravik açarı alıb telefonun yanına qoydu. 
– Bu da onun sənədləri. Ancaq sənə sürücü vəsiqəsi tapa bilmədim. Çox adama 
ağız açmaq istəmədim... 
– Lazım deyil. Antibdə olanda onsuz sürürdüm, – deyə Ravik sənədləri də açarın 
yanına qoydu. 
– Maşının yerini də bu axşam dəyiş, – deyə Morozov əlavə etdi. 
«Melodramdır! – Ravik ürəyindən keçirdi. – Özü də çox pis melodramdır!» 
– Dəyişərəm, çox sağ ol, Boris. 
– Mən də səninlə gedərdim... 
– Lazım deyil, belə işi tək görərlər. 
– Elədir. Boş yerə risqə getmə, imkanı da əldən buraxma. İşini bitir, vəssalam. 
Ravik gülümsədi: 
– Bunları mənə yüz dəfə demisən, Boris! 
– Deməyin ziyanı yoxdur. Vay o günə ki, həlledici anda başına səfeh bir fikir 
gəlsin. 1915-ci ildə Moskvada Volkovskinin başına elə bir iş gəlmişdi. Birdən-birə 
şərəf hissi baş qaldırmışdı. Hərdən ovçular da belə insaflı olur. Guya, adamı 
soyuqqanlıqla öldürmək olmaz və buna oxşar şeylər... Axırda əclafın biri onu güllə 
ilə vurdu. Siqaretin çatar? 
– Hələ artıq da qalar. Burada istədiyin şeyi telefonla sifariş vermək olur. 
– «Şəhrizad»da olmasam, mehmanxanaya gəl, məni oyat. 
– Onsuz da gələcəyəm. Oldu, ya olmadı... 
– Yaxşı, salamat qal, Ravik. 
– Xoş getdin. 
Ravik qapını onun arxasınca bağladı. Otağa qəflətən dərin bir sükut çökdü. Gəlib 
divanın bir güncündə oturdu, divarlara baxdı. Mavi zolaqlı divar kağızı 
çəkilmişdi... Bu ikicə gündə onlara illər uzunu yaşadığı mehmanxananın 
divarlarından yaxşı bələd olmuşdu. Güzgünü də, boz rəngli velür xalı çəkilmiş 
döşəməni də, pəncərədəki qara ləkəni də, çarpayının da, stolun da cizgilərini, 
kreslonun üstündəki örtükləri də yaxşı tanıyırdı, hamısına bitdə-bitdə, iyrənəiyrənə 
bələd olmuşdu. Bircə telefon qalmışdı... 
XXIX 
«Talbo» Bassona küçəsində «Reno» ilə «Mersedes-Bens»in arasında dayanmışdı. 
«Mersedes» lap təzə idi və ona italyan nömrəsi taxılmışdı. Ravik «Talbo»nu 
fırladıb aradan çıxardı. Ancaq səbri o qədər tükənmişdi ki, diqqətini toplaya 
bilmədi, «Talbo»nun arxa buferi «Mersedes»in sol böyrünə toxunub cızdı. Ravik 
buna fikir verməyib maşını sürətlə Osman bulvarına sürdü. 
Çox bərk gedirdi. Yaxşı ki, əlinin altında maşın var idi, ürəyindən daş kimi asılmış 
qara fikirləri dağıdırdı. 
258 
Səhər saat dörd idi. Çox gözləməli olmuşdu. Ancaq birdən-birə hər şey mənasını 
itirmişdi. Çox güman ki, Haake o təsadüfi görüşü çoxdan unutmuşdu. Bəlkə də, 
ondan sonra heç Parisə gəlməmişdi. Onların işi indi çox olardı... 


Morozov «Şəhrizad»ın qabağında dayanmışdı. Ravik maşını bir tin uzaqda 
saxlayıb, piyada geri qayıtdı. Morozov onu uzaqdan gördü. 
– Xəbər göndərmişdim, aldın? 
– Yox, Boris, nə olub ki? 
– Beşcə dəqiqə bundan əvvəl zəng eləmişdim. İçəridə bir dəstə adam oturub, biri 
sən deyənə oxşayır. 
– Harada oturublar? 
– Orkestrin yanında. Təkcə həmin stolda dörd nəfər oturub. Qapıdan da görərsən. 
– Oldu. 
– Qapının yanındakı balaca stol arxasında otur, sənə saxlatmışam. 
– Yaxşı yaxşı, Boris... 
Ravik qapının ağzında dayandı. Zal qaranlıq idi. Rəqs meydançası projektorların 
işığına qərq olmuşdu. Gümüşu paltar geymiş müğənni meydançanın ortasında 
dayanmışdı. İşıq o qədər gur idi ki, rəqs meydançasından başqa heç nəyi seçmək 
olmurdu. Ravik diqqətlə orkestrin yanındakı stola baxdı, ancaq heç nə seçə 
bilmədi. Projektorun titrəyən dümağ işığı onun qabağını kəsmişdi... 
Qapının yanındakı stol arxasında oturdu. Xidmətçi bir qrafin araq gətirdi. Orkestr, 
sanki, inildəyirdi. Həzin musiqi dalğaları elə asta-asta yayılırdı ki, elə bil, ilbiz 
sürünürdü: «J attendrai… j attendrai» (23). 
Müğənni qız baş əydi, alqış sədaları qopdu. Ravik başını bir az da irəli uzatdı. 
İşıqvuranların sönməsini gözləyirdi. Müğənni qız orkestrə tərəf döndü. Qaraçı 
başını tərpədib, skripkanı çənəsinə söykədi. Simbalın boğuq ruladası eşidildi. Təzə 
mahnı başladı: 
La chapelle au elai de la lune (24) 
Ravik gözlərini yumdu. Daha dözə bilmirdi, səbri tükənmişdi. Mahnı qurtarmamış 
dikəldi. İşıqvuranlar söndü, stolların altındakı lampalar yandı. Projektorun işığına 
çox baxdığı üçün əvvəlcə qaranlıq kölgələrdən başqa heç nə seçə bilmədi. 
Gözlərini yumub, təzədən açdı. Stolu o dəqiqə tapdı. 
Yavaş-yavaş geri söykəndi. Kişilərdən heç biri Haake deyildi. Xeyli beləcə oturdu. 
Qəflətən dəhşətli bir yorğunluq hiss elədi. Hətta gözləri də yorulmuşdu. Zaldakı 
şeylər gah birdən, gah da dalğa-dalğa üstünə gəlirdi. Musiqi, tez-tez enib-qalxan 
səslər, zaldakı boğuq uğultu mehmanxanadakı sükutdan və yeni bir məyusluqdan 
sonra onun beynini dumanlandırdı. Sanki, cürbəcür, rəngarəng yuxular görürdü, 
ağır düşüncələrə dalmış, gözləməkdən yorulmuş beyin hüceyrələri şirin bir 
hipnozla uyuyurdu… 
Haradasa lap uzaqlarda, tutqun bir işıq ləkəsində rəqs edənlərin arasında Joanı 
gördü. Başı az qalırdı oynadığı kişinin çiyninə dəysin. Bu, Ravikə heç təsir 
eləmədi. «Heç kəs sənə bir vaxtlar sevdiyin adam kimi yadlaşa bilməz, – deyə 
yorğun-yorğun ürəyindən keçirdi. – Çətini adamın xəyal dünyası ilə onu bağlayan 
sehirli sap qırılana kimidir. Qırılandan sonra, bəlkə də, həmin sapın ucları getdikcə 
sönən ulduz kimi közərə-közərə gah sənə, gah da ona tərəf yellənsin, ancaq xeyri 
yoxdur, o közərti də onu alovlandırmır, çünki ürəklər arasındakı körpü uçub…» 
259 
Başını divanın söykənəcəyinə qoydu. «Dərin-dərin uçurumların üstündən salınmış 
qıl körpü… Dumanlı şəhvət hisslərini cilalayan şirin sözlər… Dəniz üzərində bitən 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə