Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə102/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   98   99   100   101   102   103   104   105   ...   112

bir az da oturdu. Bir şüşə «Armanyak» gətirtdi. Ravik ömründə beləsini içməmişdi. 
Bayaq növbə çəkən «köməkçi briqada» gəldi. Tərtəmiz yuyunmuş, paltarlarını 
dəyişmişdilər. Ənlik-kirşanı da çox vurmamışdılar. Qızlar türbo balığını – yeyənə 
kimi madam oturdu. Onların hərəsi ilə bir-iki kəlmə kəsib, bir saat vaxtlarını bu 
ziyafətə qurban verdikləri üçün təşəkkür etdi. Sonra çox incə əda ilə vidalaşdı: 
276 
– Yola düşməmişdən qabaq sizi görəcəyəm, Rolanda. 
– Əlbəttə, madam. 
Sonra Ravikə tərəf döndü: 
– İcazənizlə, «Armanyak»ın qalanını burada qoyuram. 
Ravik təşəkkür etdi. Madam bayaqkı duruşundan da, indiki zərif yerişindən də 
yüksək cəmiyyətin qadınlarına bənzəyirdi... 
Ravik şüşəni götürüb, Rolandaya yaxın oturdu. 
– Nə vaxt gedirsən?–deyə soruşdu. 
– Sabah günortadan sonra. Saat beşə yeddi dəqiqə işləyəndə... 
– Mən də vağzala gələcəyəm. 
– Lazım deyil, Ravik. Yaxşı çıxmaz. Nişanlım bu axşam gəlir, bir yerdə gedəcəyik. 
İndi bildin, niyə ora gəlmək olmaz? Fikirləşər ki, görəsən, bu, kimdir? 
– Düz deyirsən. 
– Sabah tezdən bəzi şeylər alıb göndərməliyik. Bu axşam «Belfor» 
mehmanxanasına köçəcəyəm. Yaxşı yerdir, həm ucuz, həm də təmiz... 
– O da həmin mehmanxanada qalacaq? 
– Nə danışırsan?!–Rolanda təəccübləndi.–Biz hələ kəbin kəsdirməmişik. 
– Düzdür... 
Ravik bilirdi ki, o, yalandan cildə girmir. Rolanda burjua ailəsindən çıxmışdı və 
burada da işçi kimi öz vəzifəsini yerinə yetirmişdi. Fərqi yox idi, istər qızlar 
pansionu olsun, istərsə də fahişəxana, o, vəzifəsini yerinə yetirmişdi və indi də 
çıxıb gedir, təzədən öz bürger aləminə qayıdırdı. Buradakıların da hamısı burdaca 
qalırdı. Fahişələrin də çoxu belə idi. Onlardan bəziləri hətta yaxşı arvad olurdu. 
Fahişəlik ciddi peşə idi, əxlaqsızlıq hesab olunmurdu. Onları düşkünlükdən xilas 
edən də elə bu idi... 
Rolanda şüşəni götürüb Ravikə «Armanyak» süzdü, sonra əl çantasından bir vərəq 
çıxardı: 
– Haçansa Parisdən gedəsi olsan, bu da bizim evin ünvanı. Nə vaxt istəsən, gələ 
bilərsən. 
Ravik ünvana baxdı. 
– İki ad yazılıb,–Rolanda izahat verdi – ilk iki həftə mənim adıma olacaq, sonra isə 
nişanlımın. 
Ravik vərəqi cibinə qoydu. 
– Çox sağ ol, Rolanda, hələlik Parisdə qalacağam. Gəlsəm də, nişanlın 
təəccüblənəcək, deyəcək, bu, haradan çıxdı. 
– Bayaqkı «vağzala gəlmə» sözlərinə görə deyirsən? O ayrı, bu ayrı. Bunu ona 
görə verirəm ki, birdən Parisdən gedəsi oldun. Özü də təcili. Ona görə verdim... 
Ravik onun üzünə baxdı: 
– Niyə gedəsi oluram? 


– Ravik, sən qaçqınsan! Qaçqınlar da bəzən çətinə düşürlər. Həmin anda bilərsən 
ki, polisdə qaçıb qurtarmaq üçün sənin də haradasa bir sığınacağın var. 
– Qaçqın olduğumu sən haradan bilirsən? 
– Bilirəm... Ancaq heç kəsə deməmişəm. Heç kimə də dəxli yoxdur. Ünvanı yaxşı 
saxla! Lazım olsa, gələrsən. Bizdə sərbəstlikdir. 
– Yaxşı, gələrəm. Çox sağ ol, Rolanda. 
277 
– Srağagün polisdən bir nəfər gəlmişdi, bir alman haqda soruşurdu, deyirdi, bəlkə, 
burada olub... 
– Doğrudan?–Ravik diqqətini topladı. 
– Bəli. Sən axırıncı dəfə gələndə o da burada idi. Yəqin, yadında qalmaz. Kök, 
dazbaş kişi idi, içəridə İvonna və Klerlə oturmuşdu. Soruşurdu ki, o, burada olanda 
daha kim var idi. 
– Yadıma gəlmir... 
– Çox güman ki, sən onu heç görmədin. Əlbəttə, həmin anda sənin bir dəqiqəliyə 
bura gəldiyini demədim... 
Ravik başını tərpətdi. 
– Belə yaxşıdır, – Rolanda sözünə davam etdi.–Bu casuslara günahsız adamlardan 
pasport soruşmağa imkan vermək lazım deyil. 
– Elədir... Nə istədiyini demədi? 
Rolanda çiyinlərini çəkdi: 
– Xeyr. Bizə nə dəxli? Dedim ki, burada heç kim olmayıb. Bizim köhnə qanundur: 
heç vaxt heç nə bilmirik və görməmişik. Belə yaxşıdır... O da çox dərinə getmədi. 
– Getmədi? 
Rolanda gülümsədi: 
– Ravik, fransızların nə vecinə ki, adi bir alman turistinin başına nələr gəlir?! 
Bizim öz dərdi-sərimiz özümüzə bəsdir. 
O ayağa durdu: 
– Mən gedəsiyəm... Salamat qal, Ravik. 
– Xoş getdin, Rolanda! Sənin yerin burada həmişə bilinəcək. 
Rolanda gülümsədi: 
– Bəlkə də, o dəqiqə bilinmədi... Bir azdan bilinər... 
Vidalaşmaq üçün qızlara tərəf getdi. Gedə-gedə kassaya, kreslolara, stollara baxdı. 
Lap yerinə düşən hədiyyələr idi. Hamısını bir anlığa kafedə təsəvvür elədi. 
Xüsusilə kassa... Gəlir, gələcəyə inam, ev-eşik, rahat həyat demək idi. Rolanda bir 
anlığa tərəddüd elədi, özünü saxlaya bilmədi, əl çantasından pul çıxarıb işım-işım 
işıldayan aparatın yanına qoydu, düymələri vurdu. Kassa şıqqıldadı, iki frank əlli 
santim göstərdi, siyirmə çıxdı, Rolandanın üzünə təbəssüm qondu, uşaq kimi 
sevindi. Qızlar maraqla onu dövrəyə aldılar. Rolanda düymələri yenə basdı, bir 
frank yetmiş beş santim vurdu. 
– Sizdə bir frank yetmiş beş santimə nə düşür? 
Rolanda fikrə getdi: 
– Bir qədəh «Dübene» və iki «Perno». 
– Bir qədəh «Amer pikon», bir dənə də pivə neçə eləyir? 
– Yetmiş santim.–Rolanda düymələri basdı.–On frank yetmiş santim. 


– Ucuzdur!–«Kürən» ləqəbli Marqarita təəccübləndi. 
– Biz tərəfdə ucuz olmalıdır da... 
Qızlar hörmə kresloları mərmər stolların ətrafına düzdülər və ehtiyatla oturdular. 
Paltarlarını sığalladılar və Rolandanın gələcək kafesinin müştərilərinə çevrildilər. 
– Bizə ingilis biskviti ilə üç fincan çay verin, madam Rolanda!–Xüsusilə evli 
kişilərin çox xoşuna gələn sarışın, arıq Dezi sifariş verdi. 
278 
– Yeddi frank səksən santim,–Rolanda kassanı işə saldı.–Təəssüf ki, ingilis biskviti 
çox bahadır. 
Qonşu stoldakı «Kürən» xeyli götür-qoydan sonra başını qaldırdı: 
– İki şüşə «Pommeri»!–Xüsusi əda ilə dilləndi. Onun Rolandadan çox xoşu gəlirdi 
və bunu göstərmək istəyirdi. 
– Doxsan frank. Yaxşı «Pommeri»dir. 
«Kürən» fınxırdı: 
– Dörd qədəh də konyak! Ad günümdür. 
Kassa şıqqıldadı. 
– Dörd frank qırx santim. 
– Bəs «Beze» ilə dörd fincan qəhvə? 
– Üç frank altmış santim. 
Ehtizaza gəlmiş «Kürən» gözünü döyə-döyə Rolandanın üzünə baxdı. Özgə nə 
sifariş verəcəyini bilmirdi. Qızlar yenə kassanın başına yığışdılar. 
– Hamısı bir yerdə nə qədər elədi, madam Rolanda? 
Rolanda üstü rəqəmli kağızı onlara göstərdi: 
– Yüz beş frank səksən santim. 
– Bunun nə qədəri xalis gəlirdir? 
– Təxminən, otuz frankı. «Şampan» şərabının sayəsində bu qədər oldu. Onun gəliri 
çoxdur. 
– Əla!–«Kürən» sevinclə qışqırdı.–Əladır! Qazancınız həmişə belə çox olsun! 
Rolanda Ravikin yanına qayıtdı. Onun gözləri parıldayırdı. Yalnız sevən, yaxud 
alverdə bəxti gətirən adamların gözləri belə parıldayardı... 
– Salamat qal, Ravik! Dediklərim yadından çıxmasın. 
– Çıxmaz! Yaxşı yol, Rolanda! 
Rolanda qəti, şax addımlarla qapıya tərəf getdi. Gələcək onun üçün aydın, həyat isə 
mənalı idi... 
Morozovla «Fuke» restoranının artırmasında oturmuşdu. Axşam saat doqquz idi. 
Adam çoxdu. Lap uzaqda, «Zəfər tağı»nın arxasından iki fənərin dümağ, bumbuz 
işığı görünürdü... 
– Siçovullar Parisdən qaçır...–Morozov dilləndi.– «İnternasional»da iki otaq 
boşalıb. 1933-cü ildən bəri belə olmamışdı. 
– Başqa mühacirlər gəlib dolacaq. 
– Kim gələsidir? Ruslar da, italyanlar da, polyaklar da, ispanlar da, almanlar da 
oldu, qurtardı... 
– Fransızlar! Sərhəd tərəfdən qaçanlar. Ötən müharibədəki kimi... 
Morozov qədəhini götürəndə gördü ki, boşdur. İşarə ilə xidmətçini çağırdı: 
– «Puyi»dən bir qrafin də gətirin.–Sonra Ravikə tərəf döndü:–Bəs sən nə 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə