Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə100/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   96   97   98   99   100   101   102   103   ...   112

çəmənlikdəki zivəyə çoxlu köynək sərir. İndi bunları görür və hiss edirdi ki, onun 
da bu həyatda payı var və həmin pay heç vaxt belə çox olmayıb. Elə bil, daxilində 
271 
nəsə əriməyə başladı, suya dönüb çölə süzüldü, yanıb gülə dönmüş torpaq cana 
gəldi, göyərdi və çoxdan itirdiyi bir şey təzədən yerinə qayıtdı, haçansa pozulmuş 
tarazlıq yavaş-yavaş düzəlməyə başladı. 
Sükanın arxasında sakitcə oturmuşdu və qımıldanmırdı. Qorxurdu ki, tərpənsə bu 
şirin duyğular hürkər. Onlar da getdikcə çoxalır, nur kimi üstünə çilənirdi. O isə 
sakitcə oturmuşdu, hələ tamam inanmırdı, ancaq buna baxmayaraq, onları hiss edir 
və bilirdi ki, hamısı həqiqətdir. Gözləyirdi ki, Haakenin kölgəsi yanında oturub 
gözlərini ondan çəkməyəcək. Lakin indi öz həyatı qayıdıb, onunla yanaşı 
oturmuşdu və üzünə baxırdı. 
Neçə illərdən bəri səssiz-səmirsiz üzünə baxa-baxa nəsə tələb eləyən, onu ittiham 
edən bir cüt az qala hədəqəsindən çıxan göz o dəqiqə yumuldu, iztirabla dolu 
dodaqlar qapandı, dəhşətlə irəli uzanmış qollar yana düşdü. Haakenin ölümü 
Sibillanın üzündəki ölüm ifadəsini yuyub apardı, onun surəti bircə anlığa təzədən 
canlandı və sonra yenə yavaş-yavaş görünməz oldu. Sibilla axır ki, sakitləşdi, 
biryolluq çəkilib getdi ki, heç vaxt geri dönməsin. Qovaqlar, cökələr onu 
oxşayaoxşaya 
öz yarpaqları arasında dəfn elədi... İndi hər yanda yay idi, arılar vızıldaşırdı 
və Raviki də şirin bir yorğunluq bürüyürdü, elə bil, neçə gecə idi ki yatmırdı, indi 
dərin bir yuxuya gedəcək, ya da ömrü boyu yata bilməyəcəkdi... 
Maşını Ponsel küçəsində qoydu. Yalnız motoru söndürüb düşən anda hiss elədi ki, 
yaman yorulub. Bu, uzun yolun yorğunluğu deyil, dəhşətli, çılğın bir yuxu həsrəti 
idi. «İnternasional»a tərəf addımladı. Güclə yeriyirdi, günəş, elə bil, ağır yükə 
dönüb boynundan asılmışdı. Birdən yadına düşdü ki, «Prins de Qall»dakı otağını 
təhvil verməlidir. Tamam unutmuşdu. Ancaq elə yorulmuşdu ki, az qaldı bunu da 
sonraya saxlasın. Özünü məcbur eləyib, taksi tutdu, ora sürdürdü. Pulunu verib 
qurtarandan sonra yadına düşdü ki, çamadanı da gətirtmək lazımdır. Sərin zalda 
oturub gözlədi. Sağ tərəfdəki barda bir neçə adam «Martini» içirdi. Xidmətçi 
çamadan gətirəndə, demək olar ki, onu yuxu tutmuşdu. Ona çaypulu verib, taksi 
saxlatdı: 
– Cənub vağzalına!–Bunu elə ucadan dedi ki, qapıçı da, çamadanı gətirən xidmətçi 
də eşitdilər. 
Beti küçəsinin tininə çatanda taksini əylətdi. 
– Bir saat səhv eləmişəm,–dedi,–çox tez gedirəm. Meyxananın yanında saxlayın. 
Pulunu verib çamadanı götürdü, meyxanaya girdi, taksi gözdən itincə gözlədi. 
Sonra çıxıb başqasını tutdu, «İnternasional»a sürdürdü. 
Aşağıda mürgü döyən oğlandan başqa heç kəs yox idi. Saat on ikini vururdu. 
Sahibə indi nahara getmiş olardı. Ravik, əlində çamadan, öz otağına çıxdı. 
Soyunub şırnağın altına girdi, uzun-uzadı, təmiz-təmiz yuyundu. Sonra spirtlə 
bədənini ovuşdurdu, bir az da gümrahlaşdı. Çamadanı açıb, içindəkiləri çıxardı. 
Təmiz alt paltarı götürdü, ayrı pencək geyib, Morozovun yanına düşdü. 
– Elə durub sənin yanına getməyə hazırlaşırdım!–Morozov dilləndi.–Bu gün 
boşam, ikimiz də «Prins de Qall»...– susaraq, diqqətlə Ravikin üzünə baxdı. 


– Daha lazım deyil, Boris. 
Morozov hələ də onun üzünə baxırdı. 
– Qurtardı... Bu gün səhər... Heç nə soruşma. Yatmaq istəyirəm. 
– Daha heç nə lazım deyil? 
272 
– Heçcə nə... Qurtardı... Bəxtim gətirdi... 
– Maşın haradadır? 
– Ponsel küçəsində. Hər şey qaydasındadır... 
– Heç nə eləmək lazım deyil? 
– Heçcə nə... Başım birdən-birə yaman ağrıdı. Yatmaq istəyirəm... Sonra gələrəm. 
– Yaxşı, get. Görüləsi bir iş qalmayıb ki? 
– Yox, Boris, heç nə qalmadı... Asan imiş... 
– Heç nəyi unutmadın ki? 
– Məncə, yox... Yox... İndi bir-bir yadıma sala bilmərəm. Gərək, əvvəlcə yatam. 
Sonra... Burada olacaqsan? 
– Əlbəttə. 
– Yaxşı, onda özüm düşərəm. 
Ravik otağına qayıtdı. Başı çox bərk ağrıyırdı. Bir xeyli pəncərənin qabağında 
dayandı. Aşağıda mühacir Vizenhofun zanbaqları parıldayırdı. Üzbəüz binanın 
bom-boz divarı, bomboş pəncərələri... Hər şey qurtarmışdı. Belə də olmalı idi. 
Yaxşı da olmuşdu. Ancaq hər şey bitmişdi, sabaha, o biri günə heç nə qalmamışdı. 
Sabah üçün mənasız bir adam idi. Pəncərəsi önündə gün yavaş-yavaş əyilirdi... 
Soyunub bir də yuyundu. Əllərini uzun-uzadı spirtlə ovuşdurdu, sonra günə verib 
qurutdu. Barmaqlarındakı oynaqların dərisi dartıldı. Başı ağırlaşmışdı, beyni isə 
onun içində boş-boşuna üzürdü. Şpris götürüb, onu pəncərənin ağzındakı balaca 
elektrik qızdırıcısı ilə qaynatdı. Su xeyli pıqqıldadı. Bu səs ona çayı xatırlatdı. 
Yalnız çayı... İki ampulanın başını sındırıb, şəffaf mayeni şprislə çəkdi. Özünə 
iynə vurub, yerinə girdi. Bir azdan durub köhnə xalatını üstünə saldı. Birdən-birə 
ona elə gəldi ki, on iki yaşında oğlandır, yorulub, yalnız təzəcə boy atmağa 
başlayan yeniyetmələrə xas qəribə bir tənhalıqda yalqız qalıb... 
Şər qarışanda ayıldı. Qürub edən günəşin qızılı şüaları evlərin damına sancılmışdı. 
Aşağıdan Vizenhofla frau Qoldberqin səsi gəlirdi. Nə danışdıqlarını başa düşmədi. 
Heç düşmək istəmirdi də. İndi gündüzlər yatmağa öyrəşməyən adamlar kimi idi: 
təsadüfən günortadan sonra yuxuya getmiş, birdən-birə öz məhvərindən qopmuşdu 
və bircə anın içində heç nədən özünü öldürməyə hazır idi... Ürəyindən keçirdi ki, 
kaş indi təşrih eləməyə bir adam olaydı. Vəziyyəti nə qədər ümidsiz olsa da, çarə 
tapardı. Birdən yadına düşdü ki, bu gün heç nə yeməyib. Elə həmin dəqiqə də qarnı 
acından doğranmağa başladı. Başağrısı keçib getmişdi. Geyinib, aşağı düşdü. 
Morozov otağında idi və köynəyinin qolunu çırmalayıb şahmat məsələsi həll 
edirdi. Otaq, demək olar ki, bomboş idi. Divardan livreyası asılmışdı. Bir küncdə 
ikonaşəkilli lampa, başqa küncdə isə üstündə samovar olan stol, o birində də 
müasir soyuducu qoyulmuşdu. Morozov bu soyuducu ilə fəxr edirdi. Onun içində 
araq, yemək şeyləri, sərin pivə saxlayırdı. Çarpayının qarşısında isə türk xalısı 
salınmışdı. 
Morozov dinmədən durub, iki qədəh, bir şüşə də araq gətirdi, qədəhləri doldurdu. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə