Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə101/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   97   98   99   100   101   102   103   104   ...   112

– «Zubrovka»dır,–dedi. 
Ravik oturdu. 
– İçmək istəmirəm, Boris. Yaman acmışam. 
273 
– Yaxşı, onda çörək yeməyə gedərik. Hələlik...–Morozov eşələyib soyuducudan 
qara rus çörəyi, turşu xiyar, yağ və bir balaca qutu da kürü çıxardı.–Bunları götür! 
Kürünü «Şəhrizad»ın baş aşpazı bağışlayıb. Hər adama vermir... 
– Boris, gəl gizlənqaç oynamayaq. Ona «Oziris»də rast gəldim, Bulon meşəsində 
öldürdüm, Sən-jermendə də basdırdım. 
– Görən oldu? 
– Yox, heç «Oziris»in qabağında da görən olmadı. 
– Heç yerdə? 
– Bulon meşəsində bir nəfər gördü. Onda da hər şey qurtarmışdı. Maşında idi. Bir 
maşını gördü, bir də məni... Mən də qusurdum. Burada elə bir şey yoxdur, çox 
içmişəm, özümü pis hiss eləmişəm... 
– Bəs onun şeylərini neylədin? 
– Basdırdım. Monoqramları, yarlıqları kəsib götürdüm, qalan kağız-kuğuzu ilə bir 
yerdə yandırdım. Yalnız pulu və bir də Şimal vağzalına qoyduğu çamadanın qəbzi 
qalıb. Otağını təhvil vermişdi, bu gün tezdən getməli idi. 
– Lənət şeytana, bəxti gətirmək buna deyərlər! Qan izi qalmadı? 
– Yox. Heç qanı çıxdı ki? «Prins de Qall»dakı otağı da təhvil verdim, çamadanımı 
da gətirdim. Burada əlaqəsi olan adamlar elə biləcək çıxıb gedib. Çamadanını 
oradan götürmək mümkün olsa, heç bir iz qalmazdı. 
– Berlində görəcəklər gəlmədi, buradan soruşacaqlar. 
– Çamadan orada olmasa, hara getdiyini bilməzdilər. 
– Biləcəklər. Qatarda yeri boş gedib. Bileti yandırdın? 
– Hə. 
– Onda qəbzi də yandır. 
– Bəlkə, baqaj komissiyasına göndərək? Onu Berlinə, ya da lazım olan yerə 
verərlər. 
– Fərqi yoxdur. Yandırmaq yaxşıdır. Nə qədər çox hiylə işlətməyə çalışsan, o 
qədər pis olaçaq, iz qoyacaqsan. Ancaq indi, sadəcə olaraq, kimsə yoxa çıxıb. 
Parisdə belə şeylər çox olur. Axtarış başlanacaq, o saat biləcəklər ki, axırıncı dəfə 
«Oziris»də olub. İçəri girmişdin? 
– Hə, bircə dəqiqəliyə girdim və onu gördüm. Özünün xəbəri olmadı. Çıxıb 
bayırda gözlədim. Heç kəs də görmədi. 
– Soruşa bilərlər ki, həmin vaxt «Oziris»də özgə kim olub. Rolanda da səni 
deyəcək. 
– Bunun ziyanı yoxdur, mən ora tez-tez gedirəm. 
– Yaxşı olardı ki, səni heç sorğu-suala çəkməyəydilər. Özün mühacir, sənədin də 
yox... Rolanda harada qaldığını bilir? 
– Yox, ancaq Veberin ünvanını bilir. Rəsmi həkim odur. Rolanda da oradan bir-iki 
günə gedir. 
– Hara getdiyini öyrənəcəklər,–Morozov özünə bir qədəh də süzdü.–Ravik, mənə 
elə gəlir ki, bir neçə həftəliyə aradan çıxsan, yaxşı olar. 


Ravik onun üzünə baxdı: 
– Demək asandır, Boris. Hara? 
– Hara gəldi. Adam çox olan yerə. Ya Kanna, ya da Dövilə get. Oralar indi 
qarışıqdır, nəzərə çarpmazsan. Ya da Antibə get. Orada olmusan, heç kəs səndən 
274 
pasport istəməyəcək. Mən də burada Veberlə, Rolanda ilə əlaqə saxlayaram, 
polisin səni şahid kimi dindirmək istədiyini öyrənərəm. 
Ravik başını buladı: 
– Yaxşısı budur, heç yerindən tərpənməyəsən, özünü elə göstərəsən ki, guya, heç 
nə olmayıb. 
– Yox, bu dəfə elə yaramaz. 
Ravik yenə Morozovun üzünə baxdı: 
– Heç yerə qaçan deyiləm, buradaca qalacağam. Bu da həmin işin bir tərəfidir. 
Başa düşmürsən? 
Morozov onun sualını cavabsız buraxdı. 
– Əvvəlcə sən o qəbzi yandır,–dedi. 
Ravik qəbzi cibindən çıxarıb külqabında yandırdı. Morozov mis külqabını götürüb 
narın külü pəncərədən çölə sovurdu. 
– Bu da belə... Özgə nəyi qalıb? 
– Pulu. 
– Baxım. 
Çekləri diqqətlə yoxladı. Heç bir işarə yox idi. 
– Bunu istifadə eləmək olar. Neyləmək istəyirsən? 
– Qaçqınların fonduna keçirə bilərəm. Öz adımı yazmaram. 
– Sabah onları dəyişdir, ancaq iki həftədən sonra göndər. 
– Yaxşı. 
Ravik pulu qaytarıb cibinə qoydu. Onu qatlayanda birdən-yadına düşdü ki, bu əli 
ilə indicə çörək yeyirdi. Oğrun-oğrun əllərinə baxdı. Gör səhər-səhər ağlına nələr 
gəlmişdi! Qara çörəkdən bir dilim də götürdü. 
Morozov soruşdu: 
– Yeməyə hara gedəcəyik? 
– Hara olursa olsun. 
Morozov onun üzünə baxdı. Ravik gülümsədi. Birinci dəfə idi ki, gülümsəyirdi... 
– Boris,–dedi,–mənə elə baxma! Elə bil, tibb bacısı xəstəsini infarkt vuracağından 
qorxur... Mən elə bir heyvanı öldürmüşəm ki, o, buna min qat layiq idi. Həyatımda 
çox günahsız adam qırmışam, əvəzində də, medal almışam, ancaq heç birini 
üzbəüz döyüşdə öldürməmişəm, əksinə, sinə-sinə gözləmişəm, xəbərləri olmayıb, 
arxadan vurmuşam. Onda müharibə idi və bu da mənim şərəfli vəzifəm hesab 
olunurdu. Lakin məni indi bircə şey yandırdı ki, öldürməmişdən qabaq hər şeyi 
üzünə oxuya bilmədim. Heç bilirsən bunu necə istəyirdim?! Hər halda, öldürdüm, 
daha heç kəsə işgəncə verə bilməyəcək. Sonra da gəlib yatdım və indi, elə bil, bunu 
nə vaxtsa qəzetdə oxumuşam... 
Morozov pencəyinin yaxasını düymələdi: 
– Yaxşı, onda gedək. İçmək istəyirəm. 
Ravik heyrətlə ona baxdı: 


– Sən? 
– Hə, mən! Mən!–Morozov bircə anlığa tərəddüd elədi.–Bu gün birinci dəfə 
qocaldığımı hiss elədim! 
XXXI 
275 
Rolandanın vida ziyafəti düz saat altıda başladı və bircə saat çəkdi. Saat yeddidə 
isə alver başladı... 
Stol başqa otaqda açılmışdı. Qızların hamısı paltar geymişdi. Çoxunun əynində 
qara ipək don var idi. Onları həmişə lüt və ya qısa ipək paltarda görmüş Ravik indi 
çoxunu tanıya bilmədi. Yalnız beş-altısı, hər ehtimala qarşı, zalda qalmışdı. Onlar 
da düz saat yeddidə paltarlarını dəyişib gəlməli idilər. Heç biri iş paltarında 
Rolanda ilə vidalaşmağa gəlməzdi. Bu, madamın göstərişi ilə deyildi, qızların özü 
belə istəmişdi. Ravik başqa cür də gözləmirdi. Fahişələrin qayda-qanunu möhkəm 
olurdu, hətta yüksək cəmiyyətin qadınlarından da ciddi idilər. 
Qızlar pul yığıb Rolandanın gələcək kafesi üçün altı ədəd hörmə kreslo almışdılar. 
Madam isə bir kassa, Ravik də kreslolar üçün iki mərmər stol bağışlamışdı. O, bu 
ziyafətdə yeganə kənar adam və həm də yeganə kişi idi. 
Yemək yeddiyə beş dəqiqə işləyəndə başladı. Masabəyi madam özü idi. Sağında 
Rolanda, solunda isə Ravik oturmuşdu. Sonra təzə dayə, onun köməkçisi və qızlar 
əyləşmişdilər. 
Xörəklər seçmə idi: qaz pətənəyindən hazırlanmış Strasburq sayağı 
__________paştet, «Şerribrend 
» içkisi. Ravikin qabağına bir şüşə araq qoyulmuşdu, çünki onun «Şerribrend 
»dən zəhləsi gedirdi. Sonra əla keyfiyyətli «Viçoz» və türbo balığı ilə 1933- 
cü ildən qalmış «Merso» şərabı gəldi. Balıq «Maksim» restoranındakından pis 
hazırlanmamışdı. Şərab da çox tünd deyildi, balığın yanında tündlüyü heç 
bilinmədi. Sonra gömgöy körpə qulançar verildi. Onun dalınca da şişdə qızardılmış 
cücə, üstünə azacıq sarımsaq vurulmuş salat və «Şato Sən-Emilion» şərabı 
gətirdilər. Stolun baş tərəfində bir şüşə 1921-ci ildən qalmış «Romane konte» 
şərabı açıldı. Madam dedi ki, qızlar bunun ləzzətini bilməz. Ravik isə ona yaxşı 
bələd idi. Nə «Şampan», nə də şirin «Mos şokolad» içdi, əvəzində, bir şüşə də 
verdilər. Madamla birlikdə şərabın üstündən ağ çörəklə sıyıq «Bri» yedilər. 
Stol arxasında gedən söhbətlər qız pansionunu xatırladırdı. Kresloların üstünə 
rəngarəng lentlər bağlanmışdı. Kassa par-par parıldayır, stollar isə işıldayırdı. 
Ancaq otağa qüssə qonmuşdu. Madam özü də qara geymiş, brilyant taxmışdı. 
Ancaq çox deyildi: bir sancaq, bir də üzük. Onların göy rəngə çalan qaşlarına söz 
ola bilməzdi. Çoxdan qrafinya olsa da, çələng qoymamışdı. Yaxşı zövqü var idi, 
brilyantdan xoşu gəlirdi. Deyirdi ki, yaqut da, zümrüd də qiymətdən düşə bilər, 
ancaq brilyant etibarlıdır... Gah Rolanda ilə, gah da Raviklə laqqırtı vururdu. 
Oxumuş qadın idi. Şirin söhbəti vardı, çox sərbəst, ürəkdən danışır, tez-tez 
Montendən, Şato-briandan, Volterdən misallar gətirirdi. Bir az göy rəngə çalan ağ 
saçları–madam onu rəngləyirdi–hərdən ağıllı, kinayəli ifadəsi olan sifətinə 
dağılırdı. 
Düz saat yeddidə, qəhvədən sonra qızlar pansion tərbiyəsi görmüş uşaqlar kimi 
ayağa durdular. Nəzakətlə madama təşəkkür edib, Rolanda ilə vidalaşdılar. Madam 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə