Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə93/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   89   90   91   92   93   94   95   96   ...   112

qarışıb. Çox müqəddəs adətdir... Zəng eləsə, sənin xidmətçinəm, telefonunu 
yazaram, deyərəm ki, yarım saata qayıdacaq. 
Ravik tərəddüd etdi: 
– Yaxşı, – deyə, nəhayət, razılaşdı, – iyirmi dəqiqəyə qayıdıram. 
– Tələsmə, onsuz da çox gözləmisən, qoy əsəblərin bir az sakitləşsin. «Fuke»yə 
gedəcəksən? 
– Hə. 
– Onda otuz yeddinci ilin açıq «Vuvre» şərabından götür. İndicə ondan içmişəm, 
əntiqədir. 
– Yaxşı. 
Ravik liftlə aşağı düşdü. Tez küçənin o biri tərəfinə keçib, artırmaya göz gəzdirdi. 
Sonra restorana girdi, hər yana boylandı. Haake görünmürdü. V Georq prospekti 
tərəfdə boş stol tapıb oturdu, qızartma, salat, keçi pendiri və bir qrafin də «Vuvre» 
sifariş verdi. 
Yeyə-yeyə əllərinə, ora-bura baxırdı. Özünü məcbur eləyib şərabın dadına baxdı, 
gördü ki, bir az turşdur. Asta-asta yeyir, yan-yörəsinə, «Zəfər tağı»nın üstündə ipək 
bayraq kimi yellənən səmaya baxırdı. Sonra qəhvə gətirtdi, dadına baxıb gördü, 
acıdır, tələsmədən siqaret yandırdı ki, bir az da otursun, küçədən keçənlərə baxsın. 
Sonra durub «Prins de Qall» mehmanxanasına tərəf getdi və hər şeyi unutdu... 
– «Vuvre» necə idi? – deyə Morozov soruşdu. 
– Yaxşı. 
Morozov cib şahmatını çıxardı: 
– Bir partiya oynayaq? 
– Oynayaq. 
Fiqurları balaca taxtanın üstündəki deşiklərə taxdılar. Morozov kresloya əyləşdi. 
Ravik də divanda oturub dedi: 
– İnanmıram, məni burada pasportsuz üç gündən artıq saxlasınlar. 
– Müdiriyyətdən soruşan olub? 
– Hələ yox. Bəzən pasportla vizanı otağı verəndə soruşurlar, ona görə də gecə 
gəldim. Növbətçi oğlan çox sorğu-suala tutmadı. Dedim ki, mənə beş günlüyə bir 
otaq lazımdır. 
– Bahalı mehmanxanalarda elə şeyə çox fikir vermirlər. 
– Gəlib pasport istəsələr, çətin olacaq... 
– Hələ gəlməzlər. «V Georq» və «Rits» mehmanxanalarından öyrənmişəm... 
Amerikalı kimi qeyd olunmusan? 
– Yox, Utrextdən gəlmiş hollandiyalı kimi yazdırdım. Adım bir az şübhəli 
görünərdi, ehtiyat üçün onu da bir az dəyişdim, «Fon» Horn əvəzinə, «Van» 
yazdırdım. Haake zəng eləsə, baş açmayacaq, ikisi də eyni səslənir. 
– Yaxşı eləmisən. Mənə elə gəlir, hər şey yaxşı olacaq. Axı sən ucuz otaq 
tutmamısan, ona görə də fikir verən olmayacaq. 
– Yəqin, elə olar. 
– Heyif ki, onda adını Horn demisən. Şəxsi vəsiqə yeri bilirdim, hələ bir il vaxtı 
qalmışdı. Yeddi ay bundan qabaq ölən döstumun idi. Meyiti yoxlayanda dedik ki, 
Almaniyadan qaçıb, sənədi yoxdur. Vəsiqəni xilas etdik. Yozef Vays adı ilə 
torpağın altında yatmağın ona heç bir ziyanı olmayacaq, ancaq iki mühacir o 


256 
sənədlə xeyli yaşayıb. Adı İvan Kluke idi. Rus adına oxşamır. Şəkli də saralıb, 
profildən çəkilib, möhürü də yoxdur, asanca dəyişmək olar. 
– Yox, belə yaxşıdır. Buradan çıxandan sonra nə Horn, nə də onun sənədi olacaq. 
– Polisə görə deyirdim. Ancaq o da gəlməz. Hər nömrəsi yüz frankdan artıq olan 
mehmanxanalara gəlmirlər. Mən bir qaçqın tanıyıram, beş ildir «Rits»də sənədsiz 
qalır. Bundan bircə gecə növbətçisinin xəbəri var. Ancaq bütün bunlara 
baxmayaraq, dostların səninlə maraqlansa, nə deyəcəyini fikirləşmisən? 
– Əlbəttə! Pasportumu viza almaq üçün Argentina səfirliyinə vermişəm. 
Deyəcəyəm ki, sabah alıb gətirərəm. Çamadanımı qoyub çıxaram, bir də bu 
tərəflərə fırlanmaram. Ona kimi vaxtım çox qalır. Əvvəlcə polisin özü gəlmir, 
müdiriyyətdən soruşurlar. Mən də buna ümidliyəm. Başqa cür olsa, burada 
qalmağım mənasız şeydir. 
– Hər şey yaxşı olacaq. 
Onlar doqquzun yarısına kimi oynadılar. Axırda Morozov dedi: 
– İndi də get şam elə, mən hələ buradayam, bir azdan gedəcəyəm. 
– Sən get, özüm sonra burada yeyərəm. 
– Boş-boş danışma! Get əməlli-başlı çörək ye! Dostun zəng eləsə, çox güman ki, 
əvvəlcə onunla vurası olacaqsan. O vaxta kimi yaxşıca yemək lazımdır. Onu hara 
aparacağını bilirsən? 
– Hə. 
– Dediyim odur ki, bəlkə, harayasa getmək, ya da içmək istədi. 
– Çox yer tanıyıram, heç kim mane olmayacaq. 
– İndisə get, çörəyini ye. Ancaq içmə. Yağlı şey götür ki, ürəyini bassın. 
– Oldu. 
Ravik yenə «Fuke»yə tərəf getdi. Birdən ona elə gəldi ki, bunların heç biri gerçək 
deyil. Sanki, hamısını kitabda oxuyur, melodramatik filmə baxır, ya da yuxusunda 
görürdü. Yenə bayaqkı kimi restoranın hər iki tərəfini yoxladı. İşıqlı artırmalar 
adamla dolu idi. Bütün stolları bircə-bircə yoxladı. Haake görünmürdü. 
Qapıya yaxın yerdə oturdu. Buradan içəri girənlər də, küçədən keçənlər də 
görünürdü. Qonşu stolda iki qadın «Menboş» və «Skaparelli» mağazalarından 
danışırdılar. Çənəsaqqal bir kişi də onların yanında oturub susurdu. Bir az o tərəfdə 
fransızlar siyasətdən dəm vururdular. Biri «Croix de fei» (22) təşkilatını, digəri isə 
kommunistləri müdafiə edirdi, qalanları da hər ikisini lağa qoyurdu. Hamısı da 
arabir qonşu stolda «Vermut» içən iki qəşəng, özünüçəkən amerikalı qıza baxırdı. 
Ravik şərab içə-içə küçəyə baxırdı. O qədər axmaq deyildi ki, təsadüfə inansın. 
Təsadüflər təkcə maraqlı əsərlərdə tapılmaz, həyatın özündə isə addımbaşı rast 
gəlirsən, çoxu da axmaq təsadüf olur... «Fuke»də yarım saat da ləngidi. 
Günortadan indi yaxşı idi. Bir dəfə də «Yelisey çölləri» tərəfdən artırmaya baxdı, 
sonra mehmanxanaya qayıtdı. 
– Bu da maşının açarı, – deyə Morozov açarı ona uzatdı. – Dəyişdim, indi göy 
rəngli «Talbo»dur. Oturacaqları da dəridir. O birininki parçadan idi. Dərini asan 
yumaq olur. Bu, kabrioletdir, istəyirsən, üstüaçıq sür, istəyirsən də bağlı. Ancaq 
pəncərələri həmişə açıq qoy. Örtülü maşında güllə atası olsan, arxa pəncərəni açıq 
qoy, güllə çölə çıxsın, heç yeri deşməsin. İki həftəliyə götürmüşəm. O dəqiqə də 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə