Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə12/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   8   9   10   11   12   13   14   15   ...   112

– Elə vacibdirsə, buyurun. Siqaretiniz var, doktor? 
– Bəli, buyurun. 
Ravik qızın ətini çərtib, şüşəni ora sürtdü. Sonra mikroskopla ona baxdı. 
– Mən bir şeyə başa düşə bilmirəm. Bilirsiniz nəyi? – Leona Ravikin necə 
işlədiyinə xeyli baxandan sonra dilləndi. 
– Nəyi? 
– Bütün bunlardan sonra, siz qadınla necə yata bilirsiniz? 
– Heç özüm də bilmirəm. Səndə heç nə yoxdur, gedə bilərsən. Növbə kimindir? 
– Martanın. 
Marta girdəsifət, sarışın bir qız idi. Rəngi saralmışdı. Üzdən rəssam Bottiçellinin 
məlakələrinə oxşayırdı, ancaq Blondel küçəsi şivəsində danışırdı. 
– Məndə heç nə yoxdur, doktor. 
– Lap yaxşı. İndi baxarıq. 
– Doğru sözümdür, heç nə yoxdur. 
– Daha yaxşı. 
Bu anda Rolanda içəri girdi, Martaya baxdı. Qız o dəqiqə susdu, qurcuxa-qurcuxa 
Ravikə baxdı. Ravik onu çox diqqətlə müayinə etdi. 
– Görürsünüz, doktor, heç nə yoxdur. Özünüz bilirsiniz ki, mən çox ehtiyatlıyam. 
Ravik dinmədi. Qız isə hey danışır, kəkələyir, təzədən başlayırdı. Ravik onun ətini 
çərtib, qanını da yoxladı. 
– Sən xəstəsən, Marta, – dedi. 
– Nə? – Qız dik atıldı. – Ola bilməz! 
– Elədir... 
Qız onun üzünə baxdı, birdən barıt kimi açıldı, nə qədər söyüş bilirdisə, yağdırdı: 
– Əclaf! Əclaf köpək oğlu! Əvvəlcə inanmadı. İblis imiş! Dedi ki, guya, tələbədir, 
elə şey olsa, bilər, tibb fakültəsində oxuyur... Ay əclaf! 
– Bəs niyə qoyurdun? 
– Qoyurdum ki? Hər şey bircə anda oldu. Dedi ki, tələbədir... 
Ravik başını buladı. Köhnə söhbət idi... Tibb fakültəsinin tələbəsi süzənək 
xəstəliyinə tutulur, özü özünü müalicəyə başlayır. İki həftədən sonra 
yoxlatdırmadan deyir ki, sağaldım... 
– Nə qədər çəkəcək, doktor? 
– Altı həftə. – Ancaq bilirdi ki, daha çox çəkəcək. 
– Altı həftə? 
33 
Demək, altı həftə pulsuz qalacaq! Görəsən, xəstəxanaya göndərəcəklər? 
– Xəstəxanada yatmalıyam? 
– Baxarıq. Bəlkə, sonralar evdə müalicə eləyəsi olduq. Bu şərtlə ki, söz verəsən... 
– Söz verirəm! Təki xəstəxanaya göndərməyin! 
– Əvvəlcə bir az yatmaq lazımdır. Başqa cür olmaz. 
Qız yazıq-yazıq Ravikin üzünə baxdı. Bütün fahişələr xəstəxanadan qorxurdu. 
Orada nəzarət çox ciddi idi. Başqa cür də ola bilməzdi. Evdə qalanda, söz versələr 
də, bir-iki gündən sonra gizlicə çıxıb, özlərinə pul qazanmaq, yoluxdurmaq üçünsə 
kişi axtarırdılar. 
Ravik onu sakitləşdirmək istədi: 


– Xərcini madam özü verəcək. 
– Bəs mən? Altı həftə pulsuz qalacağam. Özümə yenicə tülkü dərisindən palto 
almışdım. Pulunu az-az verirdim. Vaxtı keçəcək... Hər şey bitdi... – O ağladı. 
– Gəl, Marta, – Rolanda dilləndi. 
– Məni bir də götürməyəcəklər! Bilirəm... – Marta hıçqırmağa başladı. – Bundan 
sonra götürməyəcəklər! Heç vaxt götürməzlər... Küçələrdə qalacağam... Hamısını 
o əclaf elədi... 
– Götürəcəyik. Sən çox xeyir verirdin. Müştərilərin səndən xoşu gəlir. 
– Doğrudan? – Marta başını qaldırdı. 
– Əlbəttə! Gəl, gəl... 
Marta Rolanda ilə getdi. Ravik onların arxasınca baxdı. Onu daha 
götürməyəcəklər! Madam işini çox ehtiyatla tutan adam idi. Onun yeri, uzaqbaşı, 
Blondel küçəsindəki ucuz fahişəxanalar ola bilərdi. Sonra küçə fahişəsi... Lap 
sonrası narkoman, xəstəxana, gül, ya da siqaret alveri... Bəxti gətirsə, bəlkə də, 
müftəxor bir oğraşa rast gələcək, o da bunu döyəcək, hesabına bir az yaşayandan 
sonra it kimi qovacaq... 
«İnternosional» mehmanxanasının yeməkxanası zirzəmidə idi. Buna görə də 
sakinləri ona «katakomba» deyirdilər. Gündüzlər həyətə baxan pəncərələrin qalın, 
tutqun şüşəsindən içəri zəif işıq süzülürdü. Qışda isə, gərək, həmişə lampa 
yandırılaydı. Bura, eyni zamanda, papiros çəkmək, yazı yazmaq, iclas keçirmək 
üçün zal, həm də sənədi olmayan mühacirlərin ehtiyat yolu idi. Polis gələndə, onlar 
buradan həyətdəki qaraja keçir, oradan da küçəyə çıxırdılar. 
Ravik «Şəhrizad» adlı gecə barının qapıçısı Boris Morzovla «katakomba»nın 
küncündə oturmuşdu. Sahibə buranın adını «Palma zalı» qoymuşdu. Nazik qıçlı 
stolun üstündəki çəlləkdə əkilmiş palma qurumuş, yarpaqları saralmışdı, lap axır 
nəfəsi idi... Morzov on beş il idi ki, Parisdəydi. Birinci Dünya müharibəsindən 
qaçaq düşmüşdü və «mən qvardiya zabiti olmuşam», «zadəgan nəslindənəm» – 
deyə öyünən ruslardan deyildi. 
Onlar şahmat oynayırdılar. «Katakomba» tamam boş idi, təkcə bir stolun arxasında 
adamlar oturmuşdular. Onlar da içir, ucadan danışır, bütün vaxtı sağlıq deyirdilər. 
Morozov əsəbiləşərək onlara baxdı: 
– Bəlkə, sən biləsən, Ravik, bu, nə səs-küydür? O mühacirlər niyə gedib yatmırlar? 
Ravik güldü: 
– O gündə oturan mühacirlərlə əlaqəm yoxdur. Ora mehmanxananın faşist 
bölməsidir. 
34 
– İspanlardır? Axı sən orada olmusan, elə deyil? 
– Elədir. Ancaq onların tərəfində deyildim. Bir də ki, mən həkim kimi olmuşam. 
Bunlar faşist cildinə girmiş monarxistlərdir. O, təşkilatın tör-töküntüsüdür. Çoxu 
qayıdıb gedib, bunlar isə hələ qəti qərara gələ bilməyənlərdir. Deyirlər, Franko çox 
kobuddur. Vaxtilə ispanları qırıb-çatan marvarlar isə veclərinə deyil. 
Morozov fiqurları düzdü: 
– Çox güman ki, onlar indi Gernikanın vəhşicəsinə bombardman edilməsini, ya da 
italyan, alman pulemyotlarının şaxtaçılar, kəndlilər üzərindəki «qələbə»sini qeyd 
edirlər. Bu qoçaqları birinci dəfədir burada görürəm. 


– Çoxdan buradadırlar. Ona görə ki, burada çörək yemirsən. 
– Özün burada yeyirsən? 
– Xeyr. 
Morozov irişdi: 
– Yaxşı, – dedi, – mənim növbəti sualımdan da, sənin verəcəyin cavabdan da yan 
keçək. Çünki bilirəm, ikimizin də xətrimizə dəyəcək. Mənə nə dəxli, istəyir lap 
burada doğulmuş olsunlar, bir az yavaş danışsınlar. Hə, oyandım, bu da gözəl 
qədim vəzir qambiti... 
Ravik də vəzir piyadasını irəli çəkdi. İlk gedişləri çox tez elədilər. Sonra Morzov 
fikirləşməyə başladı: 
– Burada Alyoxin variantı var... 
İspanlardan biri onlara tərəf gəldi. Gözləri az qala bir-birinin içində idi. Stolun 
yanında dayandı. Morozov narazılıqla onu süzdü. İspan güclə ayaq üstə dururdu. 
– Cənablar, – deyə o, nəzakətlə sözə başladı. – Polkovnik Qomes rica edir ki, 
onunla bir qədəh şərab içəsiniz. 
– Cənab, – Morozov da eyni nəzakətlə cavab verdi, – biz indi Parisin XVII 
Rayonunun çempionatını oynayırıq. Səmimi-qəlbdən təşəkkür edirik, ancaq hələ 
gələ bilməyəcəyik. 
İspan özünü o yerə qoymadı. Ravikə elə təntənə ilə müraciət etdi ki, deyərdin, II 
Filippin sarayındadır: 
– Siz bu yaxınlarda polkovnik Qomesə lütfkarlıq göstərmisiniz, ona görə də 
getməmişdə qabaq sizinlə bir qədəh içmək istəyir. 
– Oyundaşım sizə dedi ki, oyunu bu gün qurtarmalıyıq. Polkovnik Qomesə mənim 
təşəkkürümü yetirin. Çox təəssüf edirəm... 
İspan baş əyib getdi. Morozov qımışdı: 
– Lap təzə mühacirətə gələn ruslara oxşayır. Boğulan adam saman çöpündən 
yapışan kimi, onlar da ad-sanlarından, ədalarından yapışırlar. Sən o qottentota 
neyləmisən ki? 
– Bir dəfə ishal dərmanı yazmışam. Latın ölkələrində yeməyin tez həzm 
olunmasına çox fikir verirlər. 
– Pis deyil! – Morozov göz vurdu. – Bu, demokratların çoxdankı zəif cəhətidir. 
Həmin şəraitdə faşist demokrata əzab vermək üçün arsen yazardı. 
İspan təzədən qayıtdı. 
– Mənim adım baş leytenant Navarrodur, – o, çox içdiyini gizlətməyə çalışan 
adamlar kimi ağır-ağır danışırdı. – Polkovnik bu gecə Parisi tərk edir. 
Generalissimus Frankonun şöhrətli ordusunda xidmət üçün İspaniyaya qayıdır. 
35 
Buna görə də sizinlə İspaniyanın azadlığı, İspaniya ordusu şərəfinə bir qədəh 
içmək istəyir. 
– Oberleytenant Navarro! – Ravikin cavabı çox qısa oldu. – Mən ispan deyiləm. 
– Bilirik! Siz almansınız. – Navarro müəmmalı bir təbəssümlə gülümsədi. – Elə 
buna görə də polkovnik sizinlə içmək arzusundadır. Almaniya ilə İspaniya dostdur. 
Ravik Morozova baxdı. Çox gərgin vəziyyət yaranmışdı. Morzovun dodaqları 
əsirdi: 
– Oberleytenant Navarro, çox təəssüflər olsun ki, doktor Raviklə bu partiyanı 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə