Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə11/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   7   8   9   10   11   12   13   14   ...   112

adımdır. İki ilə lap az qalır. O vaxtdan heç nə olmayıb. Deyəsən, mənə düşür. Buna 
görə də ona məhəbbətim gündən-günə artır. Həqiqi adımı isə, demək olar ki, 
unutmuşam. 
Veber başını buladı: 
– Hamısı da ona görə görədir ki, nasist deyilsiniz! 
– Əlbəttə, nasistlərin daşdan keçən sənədləri olur, hara istəsələr, viza alırlar. 
– Əcəb dünyada yaşayırıq. Hökumətin də vecinə deyil... 
– Hökumətin də başı milyonlarla işsizə qarışıb. Özü də təkcə Fransada belə deyil 
ki! Hər yerdə eyni vəziyyətdir. – Ravik qalxdı. – Hələlik, Veber. İki saata qayıdıb 
qıza baş çəkərəm. Bir dəfə də gecə gələrəm. 
Veber onunla qapıya qədər gəldi. 
– Bura baxın, Ravik, bir axşam da bizə gəlin, birlikdə şam eləyək. 
– Mütləq! – Ravik dəqiq bilirdi ki, getməyəcək. – Bir gün gələrəm. 
– Hələlik, Ravik. Mütləq gəlin! 
Ravik qabağına çıxan ilk bistroya girdi. Pəncərəyə yaxın oturdu ki, küçəni görə 
bilsin. Heç nə fikirləşmədən burada oturub küçədən keçənlərə baxmağı xoşlayırdı. 
Paris elə şəhər idi ki, heç nəsiz vaxtını istədiyim kimi keçirə bilərdin. 
Xidmətçi stolu silib sifariş gözlədi. 
– Bir qədəh «Perno» gətirin. 
– Su da verim, müsyö? 
– Xeyr, dayanın. – Ravik nəsə fikirləşdi. – «Perno» lazım deyil. 
Özünü birtəhər hiss eləyirdi, bundan yaxasını qurtarmalı idi, sanki, boğazına nəsə 
ilişib qalmışdı. Bu şirin alma arağı ona heç nə eləyə bilməzdi. 
– Bir qədəh kalvados gətirin, – dedi, – iri qədəhdə. 
– Baş üstə, müsyö. 
Onu sıxan Veberin dəvəti, bu dəvətdəki halıyananlıq idi. Veberin, heç olmasa, 
bircə dəfə ona ev şəraitində oturmağa imkan yaratmaq arzusu idi! Fransızlar 
təsadüfi hallarda dostlarını evə dəvət edərlər. Adətən, restorana aparırlar. O, hələ 
Vebergildə olmamışdı. Veber bunu yaxşılıq mənasında eləmişdi, ancaq Ravik 
başqa cür qəbul elədi. Kimsə səni təhqir eləyəndə, cavabını verirsən, mərhəmət 
göstərəndə isə qalırsan belə... 
31 
Alma arağından bir qurtum aldı. Nə üçün «İnternasional»da qaldığını Veberə dedi? 
Lazım deyildi... Veber ona lazım şeylərin hamısını bilirdi. Bilirdi ki, Ravik burada 
cərrahlıq eləyə bilməz, bu da bəsi idi. Onu öz yanına götürməsi də öz işi idi. 
Bundan yaxşıca qazanırdı, elə təşrihlərə boyun olurdu ki, onları təkbaşına eləyə 
bilməzdi. Heç kimin də bundan xəbəri olmurdu. Bir o bilirdi, bir də tibb bacısı. O 
da heç kəsə deməzdi. Duranla da belə işləyirdi. Orada bir az başqa cür eləyirdilər. 
Təşrih zamanı Duran bihuşdarı təsir eləyənə kimi xəstənin yanında tək olurdu. 
Sonra Ravik gəlib işə başlayırdı. Belə təşrihləri eləməyə qoca Düranın gücü 
çatmazdı. Xəstə ayılanda başı üzərində vüqarla dayanmış Düranı görürdü. Ravik 
gələndə xəstənin üzü örtülü olurdu. Təkcə bədənin təşrih üçün yol çəkilmiş yeri 
görünürdü. Çox vaxt kimi təşrih elədiyini də bilmirdi. Düran diaqnozu deyir, o da 
yarırdı. Aldığı pulun heç onda birini də Ravikə vermirdi. O da dillənmirdi. Boş 
qalmaqdansa, belə sərfəli idi. Veberlə münasibətləri, buna baxanda, yaxşı idi. O, 


dörddə birini verirdi. Veber əsl centlmen idi! 
Ravik pəncərədən baxdı. Daha neyləyəcəkdi? Ona qalan bircə bu idi. Yaşayırdı, 
bəsi idi. Bir dünyada ki hər şey gəldi-gedərdi, bu gün tikdiyin sabah yerlə-yeksan 
olur, orada nəsə eləməyə dəyərmi? Yaxşısı budur ki, əl-ayağını boş qoyasan, həyat 
səni hara aparır, gedəsən, gücünü qoruyub saxlayasan, çünki o, yeganə şeydir ki, 
əvəzi yoxdur. Nə vaxtsa, haradasa bir məqsədin olana kimi dözəsən. Nə qədər az 
güc sərf eləsən, o qədər yaxşıdır, sonralar lazım olur... Belə qarmaqarışıq dünyada 
qarışqa kimi özünə rahat yuva qurmaq istəyən adamların axırını çox görmüşdü. Bu, 
adamın ürəyini riqqətə gətirirdi, əsl qəhrəmanlıq kimi görünürdü, amma axırı da 
olmurdu. Onda bütün ümidlər boşa çıxırdı. Yayından çıxmış oxu saxlamaq olmaz. 
Kim tutmaq istəsə, ona dəyəcək! Yaxşısı budur, gözləyəsən, vaxtı çatanda 
itirdiklərini bir-bir axtarıb tapasan. Uzaq yola çıxırsansa, yükünü yüngül elə! 
Didərgin düşəndə də... 
Ravik saatına baxdı. Lüseyn Martinenin yanına getmək vaxtı çatmışdı. Sonra da 
«Oziris»ə gedəsi idi... 
«Oziris»in qızları yığışıb onu gözləyirdi. Bələdiyyə idarəsinin həkimi onları 
vaxtlıvaxtında 
yoxlayırdı. Ancaq fahişəxana sahibi bununla kifayətlənmirdi. İstəmirdi ki, 
kimsə burada yoluxsun, ona görə də özü Veberlə ayrıca müqavilə bağlamışdı, 
Veber də hər cümə günü gəlib yoxlayırdı. 
Bəzən onun əvəzinə Ravik gəlirdi... 
Fahişəxana sahibi birinci mərtəbədə müayinə üçün xüsusi otaq ayırmış, lazım olan 
hər şeyi qoydurmuşdu, çox da fəxr eləyirdi ki, son bir ildə heç kəs burada xəstəlik 
tapmayıb. Ancaq əvəzində, qızlar nə qədər ehtiyatla tərpənsələr də, on yeddi 
müştəri özü ilə buraya zöhrəvi xəstəlik keçirə bilmişdi. 
Qızların dayəsi Rolanda bir şüşə «Brendi», qədəh gətirib Ravikin yanına qoydu və 
dedi: 
– Deyəsən, Martada nəsə var. 
– Yaxşı, onu diqqətlə yoxlayaram. 
– Dünən işləməyə qoymamışam. Əlbəttə, boynuna almır, ancaq paltarı... 
– Oldu, Rolanda. 
Qızlar növbə ilə bircə köynəkdə gəlirdilər. Ravik, demək olar ki, hamısını 
tanıyırdı. İkicə nəfəri təzə idi... 
32 
Leona adlı qırmızısaç qız dedi: 
– Məni yoxlamaq lazım deyil, doktor. 
– Niyə? 
– Bu həftə müştərim olmayıb. 
– Bəs madam buna necə baxır? 
– Heç nə demir. Ancaq çoxlu «Şampan» şərabı satmışam. Tuluzdan üç tacir 
gəlmişdi. Evli idilər. Üçü də istəyirdi, ancaq bir-birindən çəkinirdilər. Qorxurdular 
ki, hansı mənimlə getsə, o birilər evdə deyər. Ona görə də bir-birini kefləndirmək 
istəyirdilər. Üçü də elə bilirdi ki, axıra o, ayıq çıxacaq. – Qız gülərək tənbəl-tənbəl 
saçını düzəltdi. – Sonra elə oldu ki, axıra ayıq çıxanı da yerindən dura bilmədi. 
– Lap yaxşı. Ancaq, hər halda, baxmaq lazımdır. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə