Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə27/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   23   24   25   26   27   28   29   30   ...   112

Bobo bir anlığa çaşaraq özünü itirdi. Ravik çəld ikiəlli onun jaketindən yapışıb 
çiyinlərinə qədər çıxardı; oğlan daһa qollarını tərpədə bilməzdi. 
– Deyəsən, bundan xəbərin yox idi, eləmi? – deyib qapını ayağı ilə vurub açdı, 
özünü tamam itirmiş oğlanı bayıra vızıldatdı. – Belə şeylərdən xoşun gəlirsə, 
əsgərliyə get, yaramazın biri yaramaz! Bir də böyüklərə dolaşma! 
O, qapını içəridən bağladı. 
– Bu da belə, Lüsyen... – dedi. – İndi də gəlin sizə baxım. 
Qız tir-tir əsirdi. 
– Sakit olun, sakit olun, һər şey keçib getdi. 
Ravik didik-didik olmuş pambıq örtüyü götürüb stolun' üstünə qoydu. Sonra yaşıl 
adyalı geri qatladı. 
– Pijama?! Bunu niyə geymisiniz? Raһat deyil axı! Sizə çox gəzmək olmaz, 
Lüsyen. 
Qız bir anlığa susdu, sonra: 
– Bircə bu gün geymişəm, – dedi. 
74 
– Gecə köynəyiniz elə bircə dənədir? Xəstəxanadan ikisini göndərərəm. 
– Xeyr, ona görə deyil. Bilirdim ki... – o, qapıya tərəf baxıb astadan pıçıldadı, – 
gələcək, ona görə geydim. Deyir, daһa sağalmışam... Gözləmək istəmir... 
– Nə? Heyif ki, əvvəlcədən bilməmişəm! – Ravik acıqla qapıya baxdı. –Canı 
çıxaçıxa 
gözləyəcək! 
Bütün qanı az qadınlar kimi, Lüsyenin də dərisi dümağ, pilə kimi idi, gömgöy 
damarları bilinirdi. Ancaq bu, arıqlıqdan deyildi, sadəcə olaraq, dərisi sığallı, 
şumal idi və çox qəşəng görünürdü. «Dünyada nə qədər belə qız var?! – Ravik 
ürəyindən keçirdi. – Adam onlara baxanda fikirləşir ki, görəsən, təbiət sonradan 
kobudlaşdıracağını, saxtalıq, çirkab dolu һəyatda öz gözəlliklərini itirəcəyini 
biləbilə, 
bunları niyə belə zərif xəlq eləyib?!» 
– Hələ bir һəftə də yatmalı olacaqsınız, Lüsyen. Durub buralarda gəzişə bilərsiniz. 
Ancaq eһtiyatlı olun, ağır şey götürməyin, bir-iki gün pilləkəni çıxıb-düşməyin. 
Elə bir adam yoxdur ki, sizə baxsın? Bobodan başqa? 
– Ev saһibəsi baxır. Daһa o da deyinməyə başlayıb. 
– Özgə һeç kəsiniz yoxdur? 
– Xeyr. Əvvəllər yenə Mariya var idi... O da belə getdi... 
Ravik otağı nəzərdən keçirdi. Kasıb olsa da, təmiz idi. Pəncərənin qabağında bir 
neçə qırmızı anilin boyası vardı. 
– Bəs Bobo? Demək, hər şey keçib gedəndən sonra yenə zühur elədi... 
Lüsyen cavab vermədi. 
– Niyə onu rədd eləmirsiniz? 
– Elə pis oğlan deyil, doktor. Bir az kobuddur... 
Ravik qıza baxdı. «Məhəbbət!–deyə ürəyindən keçirdi. – Bu da məhəbbətdir. Lap 
möcüzədir bu məhəbbət! Təkcə gündəlik həyatın tutqun səması, rəngarəng göy 
qurşağı deyil, həm də dünyanın ən iyrənc şeylərini gözəllik donunda göstərir... həm 
möcüzədir, həm də taleyin ən acı kinayəsi!» Qəflətən onu qəribə bir hiss bürüdü: 


sanki, qızın bu bədbəxtliyində onun da haradasa payı olmuşdu... 
– Yaxşı, Lüsyen, – dedi, – qanınızı qaraltmayın. Çalışın ki, tez sağalasınız. 
Qız bir az yüngülləşdi, başını yırğaladı. 
– Pul məsələsi də... – o, utana-utana, tələsə-tələsə dilləndi. – İnanmayın. Elə-belə 
dedi. Hamısını verəcəyəm. Hamısını... Az-az... Bəs nə vaxt işə çıxacağam, doktor? 
– Səfehlik eləməsiniz, təxminən, iki həftədən sonra. Bobonu da yaxın buraxmayın. 
Qəti olmaz, Lüsyen. Yoxsa ölərsiniz... Aydındır? 
– Bəli, – qızın səsində inamsızlıq vardı. 
Ravik adyalı onun üstünə çəkdi. Dikələndə gördü ki, qız ağlayır. 
– Tez olmaz, doktor? Elə otura-otura işləyərəm. Axı mən... 
– Bəlkə, oldu. Baxarıq... Bu, sizin özünüzü necə aparmağınızdan asılıdır. Lüsyen, 
söz vermişdiniz ki, o mamaçanın adını deyəcəksiniz. 
Qızın gözləri təlaşla parıldadı. 
– Polisin xəbəri olmayacaq, söz verirəm. Çalışıb, verdiyiniz pulu birtəhər 
qopararam, heç olmasa rahat nəfəs alarsınız. Nə qədər idi? 
– Üç yüz frank. Boş şeydir, ala bilməyəcəksiniz. 
– Hər halda, çalışaram. Adını, ünvanını deyin, vəssalam. Bundan sonra o, sizə 
lazım olmayacaq, Lüsyen. Daha uşağa qalmaq getdi... Neyləyə bilər sizə? 
75 
Qız tərəddüd etdi, sonra: 
– Siyirmədədir, – dedi. 
– Budur? 
– Bəli. 
– Yaxşı, bir-iki günə gedərəm. Siz qorxmayın! – Raviq paltosunu geydi. – Nə 
olub? Niyə durursunuz? 
– Siz Bobonu tanımırsınız… 
Ravik gülümsədi. 
– Ondan da pislərini görmüşəm. Siz durmayın. Diqqətlə baxdım, qorxulu heç nə 
yoxdur. Hələlik, Lüseyn, yenə gələcəyəm. 
Ravikin açarı burmağı ilə qapını açmağı bir oldu. Heç kəs yox idi. Əslində, heç 
gözləmirdi də. Bobo kimilərini çox görmüşdü. 
Ət dükanında şəyird tək qalmışdı. Sarıbəniz bir kişi idi və bayaqkı qadın kimi 
həvəslə işləmirdi. Həvəssiz-həvəssiz ət doğrayırdı. Kişi öləndən sonra yaman 
yorulmuşdu. Üzbəüz bistrodakı süpürgəsatan lap ucadan dedi ki, onun qadına 
evlənmək imkanı çox azdır və çox güman ki, bunu da qəbiristanlığa o, öz çiynində 
aparası olacaq. Kişi əməlli-başdı düşmüşdü, qadın isə əksinə, bir az da üstünə 
qoymuşdu. 
Raviq qarağat arağını içib, pulun verdi. Elə bilmişdi Bobo burada olar. Ancaq yox 
idi… 
Joan Madu «Şəhrizad»dan çıxdı. Ravik taksidə onu gözləyirdi. Joan özü qapını 
açıb oturdu və dedi: 
– Buradan aralanaq. Sizə gedək. 
– Nəsə olub? 
– Yox, heç nə. Bu gecə restoranları məni lap boğaza yığdı… 
– Bircə dəqiqə… – Ravik qapının ağzında dayanmış gülsatan qadını işarə ilə 


yanına çağırdı. – Anacan, o qızılgüllərin hamısını ver. Ancaq çox yuxarıdan tutma. 
– Sizin üçün altmışca frank. Bir dəfə mənə yel xəstəliyi üçün dərman yazmısınız, 
ona görə… 
– Xeyri oldu? 
– Yox, haradan olsun?! Bütün gecəni yağışın altında ayaq üstə dururam. 
– Siz mənim ömrüm boyu müalicə etdiyim xəstələrin ən ağıllısısınız, – deyə Ravik 
gülləri götürüb ayaq altına sərə-sərə Joana tərəf döndü: – Günahımı yuyuram. 
Səhər səni tək qoymuşam, ac getmisən. Bəs indi bir şey içməcəyəksən? 
– Yox, gedək. Gülləri də ora yox, oturacağın üstünə qoy. 
– Bura yaxşıdır. Gülü sevmək lazımdır, ancaq çox şişirtmək də olmaz. 
– Sənin deməyindən belə çıxır ki, adam sevdiyi şeyi çox əzizləməz? 
– Yox, demək istəyirəm ki, gözəl şeyləri çox da şişirtmək lazım deyil. İndiki 
vəziyyətdə aramızda gül olmasını istəmirəm. 
Joan bir anlığa şübhəli nəzərlərlə onu süzdü, sonra sifəti işıqlandı: 
– Bilirsən, bu gün neyləmişəm? Mən yaşamışam! Təzədən yaşamışam! Nəfəs 
almışam! Təzədən nəfəs almışam! Təzədən dünyaya gəlmişəm. Çoxdandır belə 
olmamışdı. Yenə əllərim, gözlərim, dilim-ağzım... 
76 
Taksi dar küçədə gedən maşınların arasından sivişib çıxdı və birdən sürət 
götürəndə Joan Ravikin üstünə yıxıldı. Ravik onu bircə anlığa qucaqladı, nəfəsini 
duydu. Elə bil, isti külək idi, əsdi ki, bütün günü üzündə donub qalmış iztirabları 
əritsin, qəlbinə çökmüş qəribə soyuqluğu isitsin, indi yanında oturub hissə 
qapılaqapıla 
danışan qadını ona hiss etdirsin. 
– Bütün günü sellər-sular oynayıb. Dünya, sanki, ümmana dönmüşdü, fəvvarə 
vururdu üz-gözümə, boyun-boğazıma çilənirdi, elə bil, mən də ağac kimi çiçək 
açmalı, yarpaqlamalı, bar gətirməliydim. Bütün günü əl çəkmədi ki, çəkmədi... 
Axır ki, qopdum, indi burada... sənin yanındayam. 
Ravik ona baxdı. Joan bir az qabağa əyilmişdi və qara rəngli bayırlıq paltarının 
arasından çiyinləri parıldayırdı. Çox səmimi idi, heç nə vecinə deyildi, 
fikirləşdiyini çəkinmədən deyirdi. Onunla müqayisədə Ravik özünə yaman yazıq, 
yaman quru göründü. 
«Təşrih edirdim. – ürəyindən keçirdi. – Səni unutmuşdum. Lüsyenə baş çəkdim. 
Haradasa, lap keçmişdə idim... Sən yox idin orada. Axşam düşəndə isə yavaşyavaş 
hənirti hiss eləməyə başladım. Onda səninlə deyildim, Ket haqqında 
düşünürdüm...». 
– Joan! – deyə əllərini onun oturacağa söykədiyi əlinin üstünə qoydu. – İndi bizə 
gedə bilmərik. Xəstəxanaya dəyməliyəm. Bir-iki dəqiqəliyə... 
– Təşrih elədiyin qadını yoxlayacaqsan? 
– Bugünkünü yox, başqasıdır... Bəlkə, məni bir yerdə gözləyəsən? 
– Elə indi getməlisən? 
– İndi yaxşıdır. İstəmirəm, sonradan zəng eləsinlər. 
– Sənin otağında gözləyərəm. Mehmanxanaya getməyə vaxt çatar? 
– Hə. 
– Onda gedək. Sən sonra gələrsən. Gözləyərəm... 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə