Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə35/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   31   32   33   34   35   36   37   38   ...   112

– Sevməlisən məni! – Joan təkrar elədi. – Yoxsa, məhv olaram! 
«Məhv olar! – Ravik ürəyindən keçirdi. – Dili necə dönür bunu deməyə?! Məhv 
olan heç vaxt bunu dilinə gətirməz!..» 
XII 
– Ayağımı kəsdiniz?–Janno soruşdu. 
Onun qanı qaçmış nazik sifəti avazımışdı. Üzündəki çillər qaralmışdı və çildən çox 
qara rənglə qoyulmuş nöqtələrə oxşayırdı. Kəsilmiş ayağının üstünə məftil hörmə 
qoyub adyal çəkmişdilər. 
– Ağrıyır?–Ravik soruşdu. 
– Bəli, ayağım... Amanımı kəsib! Tibb bacısından soruşdum. Küpəgirən qarı heç 
nə demədi. 
– Kəsmişik. 
– Dizdən yuxarı, ya aşağı? 
– On santimetr yuxarı. Dizin əzik-əzik olmuşdu, heç nə eləmək mümkün deyildi. 
– Yaxşı oldu. Sığorta idarəsi təqaüdü, təxminən, on faiz artıracaq. Çox yaxşı oldu. 
Düzəltmə ayaq onsuz da düzəltmədir, nə fərqi, dizdən aşağı olsun, ya yuxarı. 
Ancaq on beş faiz pul deməkdir, hər ay qoyacaqsan cibinə...– O, bir anlığa 
tərəddüd etdi. – Yaxşısı budur, anama hələ heç nə deməyin. Onsuz da dəmir 
qəfəsdən görməyəcək. 
– Demərik, Janno. 
Oğlanın üz-gözü qırışdı. 
– Gözləri kəlləsinə çıxacaq. On üçcə yaşım var, gör nə qədər verəsi olacaqlar?! 
Bilirsiniz, hansı idarə verəcək? 
– Hələ yox. Ancaq maşının nömrəsi əlimizdədir. Özün görmüşdün. Polis də 
gəlmişdi, səni sorğu-sual eləmək istəyirdi, ancaq yatmışdın. Dedilər ki, axşam 
gələcəklər. 
Janno fikrə getdi, sonra: 
– Bəs şahid? – dedi. – Şahid mütləq lazım olacaq. Var? 
– Deyəsən, anan iki adamın ünvanını götürüb. Kağız əlindəydi. 
Oğlan narahat oldu. 
– İtirəcək. Bəlkə də, çoxdan itirib! Qocaları tanıyırsınız da... İndi haradadı o? 
97 
– Bütün gecəni sənin yanında oturmuşdu. Günorta birtəhər evə göndərdik, indi 
gələr. 
– Yəqin, hələ itirməyib. Polis...– Janno sümükləri çıxmış əlini astaca tərpətdi. – 
Əclaflar! – deyə öz-özünə donquldandı. – Hamısı əclafdır. Polis də, sığorta 
idarəsinin işçiləri də əlbirdir. Ancaq yaxşı şahidlərin olsa... Anam nə vaxt gələcək? 
– İndi gələr. Buna görə özünü üzmə, hər şey qaydasında olacaq. 
Jannonun ağzı tərpəndi, elə bil, nəsə çeynəyirdi. 
– Bəzən pulu elə bir dəfəyə verirlər. Dəbbə pulu... Təqaüd əvəzinə... Versələr, 
anamla balaca bir dükan açarıq. 
– İndi yaxşı-yaxşı dincəl, bu barədə sonra da fikirləşmək olar. 
Oğlan başını buladı. 
– Dincəlmək lazımdır ki, polis gələndə danışa biləsən, – Ravik israr etdi. 
– Düz deyirsiniz. İndi neyləməliyəm? 


– Yatmalısan. 
– Bəs birdən... 
– Gəlsə, qaldıracaqlar. 
– Qırmızı işıq yanırdı. Qırmızıda keçdi. 
– Düz deyirsən. Çalış, bir az yatasan. Nəsə lazım olsa, bu zəngi basarsan. 
– Doktor... 
Ravik geri döndü. 
– İşlər düz gətirsə...– Janno başını yastıqların arasına soxmuşdu və ağıllı sifətində, 
səyriyən yanaqlarında təbəssümə oxşar nəsə göründü. – Hərdən adamın bəxti 
gətirir, eləmi, hə?! 
Həmin axşam havada nəmişlik olsa da, isti idi. Parça-parça olmuş buludlar lap 
alçaqdan şəhərin başına dolanırdı. «Fuke» restoranının qabağına dəyirmi kömür 
peçləri, bir neçə stol, stul qoyulmuşdu. Morozov da həmin stollardan birinin 
arxasında oturmuşdu və Raviki görən kimi əl elədi: 
– Gəl, qonağım ol. 
Ravik gəlib oturdu. 
– Dörd divar arasında çox otururuq, – deyə Morozov sözə başladı. – Heç bu haqda 
düşünməmisən? 
– Bu, sənə aid deyil. Həmişə «Şəhrizad»ın qabağında, küçədə durursan. 
– Bu yoxsul məntiqi burax, bala. Axşamlar mən təbiətin qoynunda azad nəfəs alan 
insan yox, «Şəhrizad»ın ikiayaqlı qapısı kimi bir şeyəm. Dedim ki, dörd divar 
arasında çox otururuq, dörd divar arasında çox fikirləşirik, dörd divar arasında da 
həyatımızdan bezirik. Təbiətin qoynunda həyatdan bezmək olar? 
– Olar! Özü də lap kefin istəyən kimi! 
– Çünki dörd divar arasında çox qalırıq. Təbiətin qoynunda çox olsan, bezməzsən. 
Təbiətin qoynunda bezikmək hara, mətbəxi, vannası olan birotaqlı «imarət»də 
bezikmək hara! Lap nə qədər rahat olur, olsun... Etiraz eləmə. Etiraz eləmək, 
əksinə getmək Qərb dünyasının mənəvi kasadlığıdır. Hə, indi kim haqlıdır? Bu 
axşam boşam, ona görə də həyatdan zövq almaq istəyirəm. Yeri gəlmişkən, dörd 
divar arasında da çox içirik. 
– Dörd divar arasında içdiyimizi dörd divar arasında da axıdırıq... 
98 
– Sən allah, bu kinayəni burax! Həyat faktları çox adi və bayağıdır. Onları 
canlandıran bizim fantaziyamızdır. Bu fantaziya paltar zivəsini bərkitmək üçün 
basdırılan adi dirəklərə insanların arzu və xəyal bayraqlarını bağlayıb yellədir. Düz 
demirəm? 
– Yox. 
– Əlbəttə, düz demirəm! Heç düz demək istəmirəm də. 
– Onda düz deyirsənmiş. 
– Yaxşı, demək, razısan. Dörd divar arasında çox yatırıq. Belə-belə də dönürük ev 
əşyasına. Daş evlər bizim bel sümüyümüzü sındırıb. İndi yeriyən divana, mətbəx 
stoluna, paltar şkafına, kirayə müqaviləsinə, kirayəçi-kirayənişinə, şorba qazanına, 
daha nə bilim, nələrə dönmüşük... 
– Elədir! İkiayaqlı siyasi oyuncağa, hərbi zavodlara, korlar cəmiyyətinə, 
dəlixanaya çevrilmişik... 


– Yenə sözümü kəsmə! Ye, iç, dilini dinc qoy, sakitcə yaşa, ay skalpelli qatil. Gör 
axırımız hara gəlib çıxdı! Bildiyimə görə, təkcə qədim yunanların şərab və 
zövqisəfa 
Allahları olub: Vakx ilə Dionis. Bunun əvəzində, bizim psixi analizlə məşğul 
olan, naqislik kompleksindən dəm vuran Freydimiz var. Bu nəzəriyyə də məhəbbət 
haqqında təntənəli sözlərdən qaçır, siyasətdə isə buna meyil edir. Çox bədbəxt 
nəsil olduq... – Morozov göz vurdu. Ravik də göz elədi: 
– Öz aramızdır, sən köhnənin həyasızı imişsən! 
Morozov irişdi: 
– Sən isə yer üzündə müvəqqəti Ravik adlanan, xəyal dünyası tarmar olmuş, 
zavallı bir romantiksən. 
– Hə, lap müvəqqətidir. Qaldı ad məsələsi, bu artıq üçüncüsüdür. Polşa arağıdır 
bu? 
— Estoniyadır. Riqadan gəlib. Ən yaxşı araqdır. Süz gəlsin! Özü də qoy sakit 
oturub, dünyanın ən gözəl küçəsinə tamaşa eləyək, bu əsrarəngiz gecədən həzz 
alaq, ümidsizliyin də başına yekə bir daş salaq! 
Kömür peçinin alovu çırtıldadı. Bir kişi səkidə dayanıb skripkada «upres de ma 
blonde» (9) mahnısını çalırdı. Küçədən keçənlər ona toxunduqca yay skripkanın 
simlərinə ilişir, melodiya pozulur, lakin kişi çalmaqda davam edirdi, elə bil, bu 
dünyada özündən başqa heç kəs yox idi. Skripkanın səsində nəsə bir quruluq, 
boşluq vardı, sanki, donmuşdu. İki mərakeşli stolların arası ilə gəzişərək, 
müştərilərə ucuz xalçalar təklif edirdi. Qəzet satan uşaqlar son xəbərləri gətirdilər. 
Morozov «Pari suar» (10) və «Entransijan» (11) götürdü, başlıqlara göz gəzdirib, 
onları stolun bir kənarına qoydu. 
– Saxta pulkəsənlər! – deyə donquldandı. – Heç sənə elə gəlmirmi, biz saxta 
pulkəsənlər zəmanəsində yaşayırıq? 
–Yox, mən elə bilirdim konserv zəmanəsində yaşayırıq. 
– Konserv? Bu nə deməkdir? 
Ravik qəzetlərə işarə etdi: 
– Bizə daha fikirləşib baş sındırmaq lazım deyil. Hər şeyi qabaqcadan fikirləşiblər, 
götür-qoy ediblər, duyublar. Lap konserv kimidir, təkcə ağzını açmaq lazımdır. 
Gündə üç dəfə evə göndərirlər. Daha bizə əkib-becərmək, tərəddüd, şübhə, həsrət 
ocağında bişirmək lazım gəlmir. – O irişdi. – Belə həyat asan yox, ucuzdur, Boris. 
99 
– Yox, biz saxta pulkəsənlər zəmanəsində yaşayırıq. – Morozov qəzetləri əlinə 
götürdü. – Bir bunlara bax! Hərbi zavodları ona görə tikirlər ki, sülh istəyirlər, 
həbs düşərgələrini ona görə yaradırlar ki, həqiqəti sevirlər! 
Ədalət də siyasətbazlar üçün pərdə olub. Siyasi canilər indi xilaskara çevrilib. 
Azadlıq isə ağalıq iddiasında olanların gürultulu şüarıdır. Saxta pullardır! Mənəvi 
saxtalıqdır! Hamısı da təbliğatın uydurmasıdır, riyakarlıqdır! Pozğun ünsürlərin 
əlində idealizm silahıdır! Kaş bir az da vicdanları olaydı... – O, qəzetləri 
bürmələyib tulladı. 
– Dörd divar arasında qəzeti də çox oxuyuruq, – Ravik dilləndi. 
Morozov güldü: 
– Bəs necə! Təbiətin qoynunda qəzet təkcə tonqal... 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə