Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə37/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   33   34   35   36   37   38   39   40   ...   112

Ravik dalğın halda gülümsədi: 
– Elədir, Joan. Biz səninlə qəribə həyat sürürük. 
– Hə, lap göstəbək, ya da yarasa kimiyik. Ya da bayquş... Qaranlıq qarışanda üzə 
çıxırıq. 
O, iri səssiz addımlarla otaqda gəzişirdi. Əynində tünd - göy rəngli xalat vardı, kişi 
xalatına oxşayırdı, kəmərini də çox sıxmışdı. Həmişə «Şəhrizad»a geydiyi bayırlıq 
paltarı çarpayının üstünə atılmışdı. Çox gözəl, həm də əlçatmaz bir uzaqlıqda idi... 
– Getmək vaxtın deyil, Joan? 
– Hələ yox, yarım saat var. Bu yarım saat ən çox sevdiyim vaxtdır. Bir azdan yenə 
gedəcəyəm... Gör bir nəyim var! Qəhvə, dünyanın özü boyda vaxt.. Bu gün hətta 
sən də gəlib çıxmısan! Hələ kalvadosum da var. 
Şüşəni gətirdi. Ravik onu alıb, açmadan stolun üstünə qoydu. Sonra ehtiyatla onun 
əllərindən tutdu: 
– Joan! – dedi. 
Joanın gözlərindəki qığılcım söndü, ona sığındı: 
– Tez ol de, nə olub? 
– Necə məgər? Nə olmalıdır ki? 
– Nəsə olub. Sən belə gəlmisənsə, demək, nəsə var. Ona görə gəlmisən? 
Ravik hiss etdi ki, onun əlləri əlindən sürüşür. Ancaq, əslində, Joanın nə özü, nə də 
əlləri tərpənirdi. Sanki, əllərinin içində nəsə var idi, onları geri çəkirdi. 
– Bu axşam gəlmə, Joan! Bu axşam.. Bəlkə, sabah da... O birisi gün də... 
– Xəstəxanada qalacaqsan? 
– Yox, başqa şeydir, deyə bilmərəm. Ancaq elə şeydir ki, bizim münasibətlərə 
qarışacağı yoxdur. 
Joan bircə anlığa, sanki, yerində dondu, sonra: 
– Yaxşı, – dedi. 
– Başa düşürsən, Joan? 
– Yox! Əgər sən deyirsənsə, demək, elə lazımdır. 
– İncimirsən ki? 
Joan onun üzünə baxdı: 
– Aman Allah, Ravik! Belə şeydən ötrü səndən inciyə bilərəm? 
Ravik baxışlarını qaldırdı. Birdən ona elə gəldi ki, kimsə köksündən bərk-bərk 
sıxdı. Əlbəttə, Joan bu sözləri qəsdən demədi, ancaq onu yerindən oynatmağa elə 
bu da bəs idi... Gecələr onun kəsik-kəsik pıçıldadığı sözlərə əhəmiyyət 
103 
verməmişdi, bomboz dumanlı səhər gözünü açıb pəncərədən içəri boylananda, 
hamısını unutmuşdu. Bilirdi ki, Joan yanında oturanda, ya uzananda onu 
tilsimləyən cazibədarlığı ötəri hisslərdir, bircə anın nəşəsi, hökmüdür, özgə heç nə 
deyil. İndi isə ömründə ilk dəfə günəşlə gizlənqaç oynayan dümağ buludların 
arasından par-par yanaraq, yaşılı, qəhvəyi rəngə çalan yer kürəsini görən təyyarəçi 
kimi, hər şey gözlərində dəyişdi. Bir anın cazibədarlığında vurğunluq, nəşəsində 
kövrək hisslər, pıçıltısında isə sadə bir inam gördü. Elə bilmişdi, indicə şübhə, 
çəkçevir, 
anlaşılmazlıq başlayacaq... Bircə bunu gözləməmişdi. Xırda şeylər həmişə 
tez başa düşülür, böyüklər isə gec! Böyüklərdə melodram, aldanıb-aldatmaq 


ehtimalı daha çox olur! 
Otaq. Mehmanxana otağı... Bir-iki çamadan, çarpayı, işıq, pəncərənin o tərəfində 
isə keçmişlə gecənin zülmət dolu boşluğu, yanında isə üz-gözündən nur çilənən, 
alagözlü, çatmaqaşlı, ipəksaçlı bir qadın – həmişə günəşə tərəf boylanan oleandr 
kolu kimi ona baxan kövrək bir həyat... O lap əlyetən yaxınlıqda idi, dayanıb 
səssiz-səmirsiz bir harayla ona deyirdi: gəlmişəm ki, sənin olum! Buraxma məni! 
Nə vaxtsa, lap keçmişlərdə ona deməmişdimi, səni getməyə qoymaram?! 
O ayağa durdu: 
– Gecən xeyrə qalsın, Joan. 
– Xeyrə qarşı, Ravik. 
«Fuke» restoranının qabağında, yenə həmin stolun arxasında oturmuşdu. Saatlarla 
beləcə oturub keçmişin zülmət kimi xatirə dünyasına baş vurdu. O zülmətdə tək 
bircə işartı vardı; qisas ümidi! 
Onu 1933-cü ilin avqustunda tutdular. Gestaponun axtardığı iki dostunu on dörd 
gün yanında gizlədib, sonra qaçmalarına kömək etmişdi. Biri 1917-ci ildə 
Flandriyada onu ölümün ağzından almışdı, kimsəsiz bir çöllükdə qan aparanda, 
dolu kimi yağan pulemyot güllələrinin arasından keçirərək arxaya çatdırmışdı. 
İkincisi isə çoxdan tanıdığı yəhudi yazıçı idi. Sorğu-sual başlandı: hansı tərəfə 
gediblər, nə sənədləri var, onlara yolda kim kömək edəsi idi? İstintaq eləyən Haake 
idi. Birinci dəfə huşunu itirib, sonra ayılanda, tapançanı əlindən qapıb onu vurmaq, 
ya da canı çıxanacan döymək istədi. Sonrasını fikirləşməyib dörd nəfər silahlı, 
boylu-buxunlu adamın yanında onun üstünə cummaq mənasız şeydir... Düz üç gün 
huşsuz qaldı, hərdən yavaş-yavaş ayılırdı, dəhşətli ağrıların içində qovrulurdu, 
Haakenin soyuq nəzərləri, kinayəli təbəssümü gözləri önündən çəkilmirdi. Düz üç 
gün eyni suallar, eyni əzab-əziyyət... və axırda elə günə düşdü ki, daha ağrı hiss 
eləmədi. Sonra üçüncü günün nahar vaxtı Sibillanı gətirdilər. Onun da heç nədən 
xəbəri yox idi. Raviki ona göstərdilər ki, qorxub danışsın. O, çox zərif, qəşəng, 
yüngül və qayğısız həyat keçirmiş bir qadın idi. Ravikə elə gəlirdi ki, qışqırıb 
bayılacaq. Ancaq o, özünü itirmədi, cəlladlara elə sözlər dedi ki, iliklərinə işlədi. 
Bu sözlərdən ölüm qoxusu gəlirdi və özü də bunu yaxşı bilirdi. Haakenin kinayəli 
təbəssümü qeybə çəkildi, sorğu-sualı kəsdi. Səhəri gün Ravikə başa saldı ki, 
boynuna almasa, Sibillanı qadınlar üçün həbs düşərgəsində nələr gözləyir. Ravik 
cavab vermədi. Onda Haake həbs düşərgəsinə göndərilənə qədər Sibillanın başına 
nələr gələcəyini söylədi. Ravik yenə susdu, çünki deyiləsi bir şey də yox idi. Sonra 
Haakeni inandırmağa çalışdı ki, qadının heç nədən xəbəri yoxdur, dedi ki, onu heç 
104 
yaxından tanımır da. Sibilla Ravik üçün yalnız gözəl bir qadın olmuşdur, ona görə 
də etibar eləyib belə şeyləri deməzdi... Bu, doğrudan da, elə idi. Haake onda heç nə 
deməyib gülümsəmişdi.. Üç gündən sonra Sibilla öldü. Həbs düşərgəsində özünü 
asmışdı. Bir gün sonra isə qaçanlardan birini gətirdilər. Yazıçı idi. Ravik onun nə 
özünü, nə də səsini tanıdı. Haakenin sorğu-sualı bir həftə də uzandı, Ravik ölümcül 
hala düşdü. Axırda onu da həbs düşərgəsinə göndərdilər. Sonra xəstəxana... Daha 
sonra isə xəstəxanadan qaçması... 
Gümüşü rəngli ay «Zəfər tağı»nın tuşunda dayanmışdı. Külək «Yelisey çölləri» 
boyunca düzülmüş fənərləri yellədirdi və onların gur işığı stolların üstündəki 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə