Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə38/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   34   35   36   37   38   39   40   41   ...   112

qədəhlərdə əks olunurdu. Birdən ona elə gəldi ki, bunların heç biri həqiqət deyil – 
nə qədəhlər, nə ay, nə bu küçə, nə bu gecə, nə də bu an. Bu an gah doğmalaşır, gah 
da yadlaşırdı və elə bil, onu nə vaxtsa, hansı planetdəsə bir dəfə yaşamışdı. Heç 
biri həqiqət deyil – nə beynində ötən illərin fosfor kimi işıldayan, donub sözlərə 
dönmüş, gah ölüb, gah dirilən xatirələri, nə də damarlarından şırıltı ilə axan ilıq 
maye... Bir az şoran dadı verən bu dörd litr sirli mayenin adı qan idi, bədənin bütün 
əzalarına süzülüb ola həyat verirdi, hansı bir heçlikdəsə gözə görünməyən bir 
anbara yığılırdı və onun da adına yaddaş deyirdilər. Bu qan da süzüldükcə 
ulduzları, illəri bir-bir çevirirdi. Onların bəziləri aydın, bəziləri isə qan rəngində 
olur, sanki, Mars planeti fırlanıb Berri küçəsinin üstünə gəlib. Bəziləri də 
ləkələkədir, 
tutqun parıltı ilə işıldayır... Bütün bunların hamısı xatirələrin sirli-soraqlı 
səması idi və zəmanə də onun altında bildiyini eləyirdi. 
Qisas ümidinin yaşıl rəngli qığılcımı... Solğun ay işığında, avtomobil motorlarının 
uğultusunda asta-asta yırğalanan şəhər... Ucu-bucağı görünməyən sıra evlər, 
pəncərələr və onların arxasında küçələrin özü qədər nəhayətsiz insan taleləri... 
Milyonların ürək döyüntüləri... Bu ürəkləri, sanki, milyon at gücündə bir motor 
döyündürür, aram-aram, asta-asta onu həyat yolu ilə dartıb aparır və hər döyüntü 
ilə bircə millimetr ölümünə yaxınlaşdırırdı... 
O durdu. «Yelisey çölləri», demək olar ki, bomboş idi. Künc-bucaqda bir-iki fahişə 
vurnuxurdu. Üzüaşağı düşüb Pyer Şardon, Marbef, Marinyon küçələrini keçdi, 
Pion körpüsünə çatanda geri dönüb, «Zəfər tağı»na tərəf getdi. Zəncirlərin 
üstündən aşıb, naməlum əsgərin məzarı önündə dayandı. Balaca, göyümtül fənər 
qaranlıqda titrəyirdi. Qəbrin üstündə gülləri solmuş bir əklil vardı... Etual 
meydanını keçib, birinci dəfə Haakeni gördüyü bistroya gəldi. İçəridə sürücülər 
oturmuşdu. Yenə pəncərənin yanında əyləşdi, qəhvə içməyə başladı. Sürücülər 
Hitlerdən danışırdılar. Ona lağ eləyir və deyirdilər ki, Majino xəttinə hücum eləsə, 
mütləq məğlub olacaq. Ravik gözlərini küçəyə zilləmişdi. «Niyə burada otururam? 
– ürəyindən keçirdi. – Parisin hər yerində ona rast gəlmək olar...» Saata baxdı. Üçə 
az qalırdı. Çox gec idi. Haake – əgər, doğrudan da, o idisə – bu vaxt küçələrdə 
veyillənməzdi. 
Gördü ki, küçədən bir fahişə keçir. O, pəncərədən içəri boylanıb getdi. «O 
qayıdanda duraram», – deyə ürəyindən keçirdi. Fahişə qayıtdı, ancaq durmadı. Qət 
elədi ki, bir də gəlib keçəndə mütləq qalxacaq. Demək, Haake Parisdə deyil. Fahişə 
qayıtdı, başı ilə ona işarə eləyib keçdi. Ravik yerindən tərpənmədi. O bir də gəlib 
keçdi, yenə durmadı... 
105 
Xidmətçi stulları stolların üstünə yığırdı. Sürücülər pullarını verib çıxdılar. 
Xidmətçi piştaxtanın yanındakı işığı söndürdü. Otağa çökən qaranlıqda hər şey 
birtəhər görünürdü. Ravik yan-yörəsinə boylandı: 
– Pulunuzu alın, – dedi. 
Bayırda külək qalxmış, hava soyumuşdu. Bulud topaları sürətlə yuxarı qalxırdı. 
Joan yaşayan mehmanxananın yanından keçəndə ayaq saxladı. Birindən başqa 
bütün pəncərələr qaranlığa qərq olmuşdu. O pəncərənin pərdələrindən zəif işıq 
gəlirdi. Joanın otağı idi. Bilirdi ki, qaranlıq otağa qayıtmaqdan xoşu gəlmir. İşığı 


ona görə yana-yana qoymuşdu ki, Ravikin yanına getməyəcəyini bilirdi. Başını 
qaldırıb pəncərəyə baxdı və birdən-birə niyə elə hərəkət etdiyini özü də anlamadı. 
Joandan niyə qaçırdı? Sibillanın özü haqda olan xatirələri çoxdan sönüb getmiş, 
təkcə ölümü yadında qalmışdı... 
Bəs o biri? Onun Joana nə dəxli? Lap elə özünə nə dəxli var idi? Dumanlı 
xatirələrin toruna düşüb dəqiq bilməyə-bilməyə kimisə izləməsi, təsadüfi bir 
oxşarlıq nəticəsində ötüb keçmiş illərin zığ-palçığında təzədən eşələnməsi, çürüyüb 
getmiş keçmişi yenidən qurdalaması, qaysaqlanmış yaranı təzədən qanatması və 
bununla da qəlbində yenicə kök salmağa başlayan ümidi sındırması, yaxşı-pis ona 
bağlanmış yeganə adamı itirməsi səfehlik deyildimi? Onun bunlara nə qarışacağı? 
Həmişə hər şeyin öz yeri olduğunu özünə təlqin eləməmişdimi? Yoxsa, canını 
onlardan necə qurtarardı? Belə eləməsəydi, axırı hara çıxardı? 
Hiss etdi ki, damarlarından axan qan qurğuşun kimi dondu. Dərindən nəfəs aldı. 
Külək bərkiyirdi. Yenə işıq gələn pəncərəyə baxdı. Orada onun qədrini bilən, 
lazımı olan, onu görəndə rəngi dəyişən bir adam qalırdı. Ravik isə onu boş 
xəyallara, qisas ümidinin yaratdığı mənasız bir təkəbbürə qurban vermək 
istəyirdi... 
Axı tələbi nə idi? Niyə özünü çəkirdi? Niyə etiraz edirdi? Həyat özü gəlib onun 
yan-yörəsində dolaşır, o isə naz eləyirdi. Özü də bu həyatın ona bəxş elədiyi 
nemətin az yox, çox olduğu üçün naz eləyirdi. Axı bunu anlamaq üçün nəyə görə 
təzədən keçmişin qanlı-qadalı burulğanına düşməli idi? Çiyinlərini çəkdi. «Ürək! – 
deyə fikirləşdi. – Ürək yaman şeydir! Gör necə həssasdır! Necə şiddətlə döyünür!» 
İndi qaranlıqda parıldayan o tənha pəncərə də bütün varlığı ilə özünü onun 
ixtiyarına verən və onu tilsimləyən başqa bir coşğun həyatın nişanəsi deyildimi?! 
Yenə nəşə alovu, yenə zərifliyin müqəddəs ocağı, yenə damarlarından axan qanın 
parıltısı... Hamısı ona tanış idi, hamısını görmüşdü və elə bilmişdi ki, bu zərif, şirin 
duyğular heç vaxt beynini dumanlandıra bilməyəcək. Bunları bilə-bilə də indi 
üçüncü dərəcəli bir mehmanxananın qabağında dayanmışdı və həmin duyğular da, 
sanki, sfaltdan buğ kimi qalxırdı, elə bil, dünyanın o başından, mavi Kokos 
adalarından yayılan tropik baharın ilıq nəfəsi idi, okeanlardan, mavi rəngli 
cəngəlliklərdən, vulkanlardan, qaranlıqlardan süzülə-süzülə keçib gəlir, Parisə axır, 
qisasla, keçmişlərlə dolu bir gecədə miskin Ponsel küçəsinə müşk, küsdümağacı 
ətri çiləyir. Heç nə deyə bilmirsən, heç nə eləyə bilmirsən, bir də görürsən ki, 
astaasta 
uyuyursan... 
106 
«Şəhrizad» adamla dolu idi. Joan bir neçə adamla oturmuşdu və qapının ağzında 
dayanmış Raviki o dəqiqə gördü. Tüstü dolu zalı musiqi sədaları başına 
götürmüşdü. Joan yanındakılara nəsə deyib, cəld ona yanaşdı. 
– Ravik... 
– Burada işin çoxdur? 
– Nəyə görə soruşursan? 
– Səni aparmağa gəlmişəm. 
– Bəs deyirdin ki... 
– Keçib getdi. İşin çoxdur? 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə