Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə46/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   42   43   44   45   46   47   48   49   ...   112

şırıltısı eşidilirdi. Dağlardan şam ağaclarının ətri gəlirdi. Yay idi və hər yanı qatran 
iyi, çəmən qoxusu bürümüşdü. Qürub edən günəşin qıpqırmızı saçaqları relslərə 
dolanmışdı, sanki, onların üstü ilə təkərlərindən qan daman bir qatar keçmişdi. 
«Mən burada neyləyirəm? – Ravik ürəyindən keçirdi. – Mənim Almaniyada nə 
işim? Mən ki Fransadayam... Parisdəyəm...» Yumşaq, al-əlvan ləpələr onu 
qoynuna alıb təzədən yuxu aləminə apardı. Paris dalğaların qoynunda çalxandı, 
dumana qarışdı, haradasa qərq olub getdi. O, Parisdə deyildi... Almaniyada idi... 
Təzədən buraya niyə qayıtmışdı? 
Balaca vağzalda vurnuxurdu. Bələdçi qəzet köşkünün yanında dayanmışdı. 
Ortayaşlı bu kişi «Folkişer Beobaxter» qəzeti oxuyurdu və ətli yanaqları, sapsarı 
qaşları var idi. 
– Növbəti qatar nə vaxt olacaq? – Ravik ondan soruşdu. 
Bələdçi süst nəzərlərlə onu süzdü: 
– Hara gedirsiniz? 
Ravikin üz-gözünü qəfil bir qorxu dalğası qarsaladı. Hara gəlib çıxmışdı? Bura 
hara idi? Hansı stansiya idi? Frayburqa getdiyini desinmi? Lənət şeytana, harada 
olduğunu niyə bilmirdi? Gözləri perronu dörd dolandı: heç yerdə heç nə 
yazılmamışdı. Gülümsədi: 
– Məzuniyyətdəyəm, – dedi. 
– Bəs hara gedirsiniz? – Bələdçi yenə soruşdu. 
– Gəzməyə çıxmışam... Görməzə-bilməzə düşmüşəm. Pəncərədən baxanda çox 
xoşuma gəldi... İndi isə gəlmir... Şəlalədən zəhləm gedir... Çıxıb getmək istəyirəm. 
– Axı hara getmək istəyirsiniz? Hara getdiyinizi bilmirsiniz? 
– Birisi gün Frayburqda olmalıyam. Hələ iki gün vaxtım var. Hara gəldi 
getməkdən, gəzməkdən yaman xoşum gəlir... 
– Bu, Frayburq yolu deyil. – Bələdçi diqqətlə onu süzdü. 
«Bu nə qələtdir elədim?! – Ravik ürəyindən keçirdi.– Niyə soruşuram? Nəyimə 
lazımdı? Sakitcə oturub gözləmirəm? Necə gəlib çıxmışam bura?» 
– Bilirəm, – dedi, – hələ vaxtım çoxdur. Buralarda albalı arağı tapılar? Əsl 
Şvartsvald arağı olsun 
– İçəridə, bufetdə var. – Bələdçi gözlərini ondan çəkmirdi. 
Ravik sal daşlar döşənmiş perronla yavaş-yavaş bufetə tərəf getdi. Stansiyanın üstü 
açıq idi və onun addım səsləri hər yanda aydınca eşidilirdi. Birinci və ikinci 
dərəcəli gözləmə zalında iki kişi oturmuşdu. Onların baxışları Ravikin kürəyinə 
sancılmışdı. Eyvanda bir cüt qaranquş vurnuxurdu. Özünü elə göstərdi ki, guya, 
qaranquşlara tamaşa edir və gözünün ucu ilə bələdçiyə sarı baxdı. O, qəzeti 
bürmələdi və Ravikin dalınca gəldi. Ravik bufetə girdi. İçəridən pivə iyi gəlirdi, 
heç kəs də yox idi. Geri döndü. Bələdçi bayırda dayanmışdı və onun gəldiyini 
görüb zala girdi. Ravik addımlarını yeyinlətdi. Birdən hiss elədi ki, ondan 
şübhələniblər. Binanın tininə çatanda dayanıb yan-yörəsinə boylandı. Perronda heç 
kəs yox idi. Tez özünü baqaj şöbəsi ilə boş kassaların arasına verdi, sinə-sinə 
platforma sütunlarının altından keçib teleqraf otağına çatdı. İçəridən tıqqıltı gəlirdi; 
127 
otağın pəncərəsi altından sivişib, binanın o biri başına çıxdı. Oğrun-oğrun ətrafa 
göz gəzdirdi, cəld relsləri adlayıb, yamyaşıl çəmənliklə şam meşəsinə tərəf 


götürüldü. Zəncirotunun tozlu ləçəkləri ətrafa səpələndi. Meşəyə çatan kimi 
dayanıb geri baxdı, gördü ki, dəmiryolçu ilə kişilər perronda dayanıblar. 
Dəmiryolçu əli ilə onu göstərdi və kişilər yüyürməyə başladılar. Ravik özünü 
şamlığa vurdu, tikanlı budaqlar üz-gözünü daladı. Bir xeyli yana sapınıb dayandı, 
yerini bildirməmək üçün səsini içinə çəkdi. Kişilərin kol-kosu yara-yara, budaqları 
şaqqıldada-şaqqıldada bu tərəfə gəldiyini görüb yenə qaçmağa başladı. Ancaq 
diqqəti arxada idi. Bəzən heç nə eşidilmirdi və onda dayanıb dinşəyirdi. İndi yerə 
uzanmışdı və şıqqıltı gələn kimi, səs salmamaq üçün irəli sürünürdü. Ətrafı 
dinşəyəndə yumruqlarını sıxaraq nəfəsini içinə çəkirdi. Bütün bədəni qıc olmuşdu, 
az qalırdı durub qaçsın. Ancaq bununla yerini bildirərdi. Yalnız kişilər hərəkətə 
gələndə tərpənmək olardı. Çəmənlikdə, mavi Hepatica triloba çiçəklərinin arasında 
uzanmışdı. O, bu çiçəkləri yaxşı tanıyırdı... Elə bil, meşənin ucu-bucağı yox idi... 
İndi hər tərəfdən şıqqıltı gəlirdi... Hiss etdi ki, bədənindən tər sel kimi axır. Birdən, 
sanki, ayağı dizdən aşağı qopub düşdü, oynaqları sustaldı. İstədi qalxsın, ancaq 
yerə çökdü, elə bil, bataqlığa düşmüşdü. Tez yerə baxdı: bərk idi. Demək, ayaqları 
üyüşmüşdü. Onlar, sanki, sümükdən deyil, rezindən idi. Kişilər getdikcə 
yaxınlaşırdılar. Güc verib bir də qalxdı, ancaq «rezin ayaqları» yenə bərkimədi. O, 
yerə çökdü. Üyüşmüş ayaqlarını cırmaqladı. İrəli süründü, hiss etdi ki, şıqqıltı 
getdikcə yaxınlaşır və bu anda mavi səma budaqların arasından boylandı, hər tərəf 
işıqlandı, bildi ki, durub qaçmasa, axırı çatıb... Yenə bütün gücünü toplayıb, 
ayaqlarını arxasınca sürüdü... sürüdü... Dönüb geri baxdı və acı təbəssümlü bir sifət 
gördü. Bu, Haakenin sifəti idi... Batırdı, yer onu udurdu, heç nə eləyə bilmirdi, 
yavaş-yavaş batırdı, yavaş-yavaş boğulurdu... və əlini yaxasına aparıb 
dartışdırmağa başladı, elə bil, özünü çəkib çıxarmaq istəyirdi... Sonra inildədi. 
İnildəyirdi? Harada idi? Hiss edirdi ki, əlləri boğazına keçib. Əli də, boğazı da 
suyun içindəydi... Sinəsi də, üz-gözü də... Gözlərini açdı. Harada olduğunu hələ də 
kəsdirə bilmirdi. Hara idi? Körpə şam meşəsindəki bataqlıq, yoxsa?.. Paris hələ 
ağlına gəlmirdi. Tanımadığı bir aləmə düşmüşdü və elə bil, ay göydə çarmıxa 
çəkilmişdi. Güclə sezilən xaçın arxasında solğun bir işıq parçası asılmışdı, sanki, 
işgəncə içində qovrulan müqəddəsin fəryadı idi. Ağımtıl, solğun işıq bomboz 
səmada səssiz-səmirsiz fəryad qoparırdı. Bədirlənmiş ay idi, «İnternasional» 
mehmanxanasındakı otağın xaçşəkilli pəncərəsindən belə görünürdü... 
Ravik dikəldi. Bu nə demək idi? Qan dolu qatar qanı süzülə-süzülə qanlı relslərin 
üstü ilə şütüyürdü... Bu yuxunu yüz dəfə görmüşdü. Görmüşdü ki, yenə 
Almaniyadadır, yenə qovulur, izlənir, adam öldürməyi qanun halına salmış qanlı 
rejimin cəlladları onu təqib edir. Bir yuxunu nə qədər görmək olardı?! Diqqətlə aya 
baxdı. O, sanki, haradansa çoxlu işıq borc alıb, yer üzündəki bütün rəngləri udurdu. 
Gördüyü bu yuxular həbs düşərgələrinin dəhşətləri, qanına qəltan edilmiş 
dostlarının donuq sifəti, bütün bu dəhşətlərə dözməli olan adamların qurumuş göz 
yaşları daşa dönmüş ağrıları, çətin ayrılıq anları və zülmlərin zülmü olan tənhalıqla 
dolu idi. Gündüzlər yenə birtəhər unutmaq olurdu. Həmin günlərlə indinin arasına 
uca bir hasar çəkirsən, onda heç nə görünmür. Bu hasar yavaş-yavaş, həmin ağır 
128 
illər uzunu tikilmiş, bütün arzuları arsızlıq boğmuş, keçmiş xatirələr torpağın dərin 
qatlarına gömülüb üstü döyülmüş, lap adın özünə kimi keçmişlə bağlı hər şey 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə