Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə43/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   39   40   41   42   43   44   45   46   ...   112

Joan heç qımıldanmadı: 
– İndi hansındanam? 
Ravik gülümsədi: 
– Sən indi gümüşü saçlı Dianasan! Ram edilməzsən, ölüm qoxulu bir ilahəsən! 
– Bunu tez-tez desən, nə olar?! 
Ravik susdu. Joan onun nə fikirləşdiyini başa düşmədi. Heç lazım da deyildi. 
Xoşuna gələni, ona yaraşanı götürür, qalanına fikir vermirdi. Raviki ona bağlayan 
da elə bu xasiyyəti deyildimi? Hər cəhətdən özünə oxşar adamı kim istərdi? 
Məhəbbətdə əxlaq norması axtaran kimdir? Bu, zəif adamların tapıntısı idi! 
Məhəbbət qurbanlarının şikayət dolu sızıltısı idi! 
– Nə fikirləşirsən? – Joan soruşdu. 
– Heç nə. 
– Heç nə? 
– Yox, – dedi, – bir neçə günlüyə çıxıb gedərik, Joan. Günəş bol olan yerə gedərik. 
Ya Kanna, ya da Antibə. Cəhənnəm olsun bu çəkinəcəklər! Cəhənnəm olsun 
üçotaqlı mənzil, meşşan rahatlığı haqqındakı xəyallar! Onlar bizim üçün deyil. 
Gecələr, isti yay həsrətli dünya göylərdə süzən ayla birlikdə yuxuya gedəndə, sən 
özün Budapeştin şabalıd ətirli bağlarına dönmürsənmi?! Düz deyirsən, gəl bu 
qaranlıqlardan, soyuqdan, yağışdan uzaqlaşaq! Heç olmasa, bir neçə günlüyə! 
Joan başını qaldırıb onun üzünə baxdı: 
– Doğru sözündür? 
– Hə. 
– Bəs polis? 
– Polis də cəhənnəm olsun! Buralar oradan təhlükəlidir. Turistlər qalan yerlərə çox 
fikir vermirlər. Xüsusilə bahalı mehmanxanalara! O tərəflərdə olmamısan? 
– Yox, heç vaxt. Bircə İtaliyada, Adriatik dənizinin sahillərində olmuşam. Nə vaxt 
çıxırıq? 
– İki, ya üç həftəyə. Ən yaxşı vaxtdır. 
– Pulumuz var ki? 
– Bir az var. İki həftəyə, nə qədər lazımdırsa, olacaq. 
– Eybi yox, ucuz pansionda qalarıq. 
– Ucuz pansion sənə yaraşmaz. Səninki ya belə daracaq bir otaqdır, ya da birinci 
dərəcəli mehmanxanalar. Antibdəki «Kap» mehmanxanasına düşərik. Belə 
mexhmanxanalar çox etibarlı olur, sənəd də soruşmurlar. İndilərdə tanınmış bir 
heyvanın, hansı məmurunsa qarnını yaracağam, pulun qalanını da o verəcək. 
Joan qaxdı. Onun sifəti yenə işıqlanmışdı. 
– Gəl, – dedi, – mənə bir az kalvados ver. Deyəsən, doğrudan da, səadət şərbətidir. 
O, çarpayıya tərəf gedib, bayırlıq paltarlarını götürdü: 
– İlahi, – dedi, – mənim də olub-qalanım bu iki qara köhnə cır-cındırdır. 
– Eybi yoxdur, onun da haqqında bir şey fikirləşərik. Bu iki həftədə bir şey olar. 
Ya varlı bir adamın kor bağırsağının ağrısı tutar, ya da hansı milyonçununsa qıçı 
sınar... 
XIV 
119 
Andre Düran yaman özündən çıxmışdı. 


– Daha sizinlə işləmək olmaz, – deyirdi. 
Ravik çiyinlərini çəkdi. Veberdən eşitmişdi ki, Düran hər təşrihə on min frank alır. 
Əgər əvvəlcədən öz şərtini deməsəydi, Düran yenə ikicə yüz göndərərdi. Axırıncı 
dəfə də elə o qədər göndərmişdi. 
– Özü də təşrihə yarımca saat qalmış! Heç sizdən gözləməzdim, doktor Ravik. 
– Özüm də gözləmirdim. 
– Özünüz də bilirsiniz ki, mənim alicənablığıma həmişə bel bağlamaq olardı. 
Bilmirəm, birdən-birə niyə sövdələşməyə başladınız. Xəstənin taleyi bizdən asılı 
olduğu anda haqq barədə danışmaqdan zəhləm gedir. 
– Mənimsə yox! 
Düran diqqətlə Ravikin üzünə baxdı. Onun qırışmış dümağ təkəsaqqal sifətində 
ləyaqət, qəzəb nişanəsi vardı. Qızıl sağanaqlı eynəyini düzəltdi. 
– Yaxşı, nə qədər istəyirsiniz? – deyə könülsüz halda soruşdu. 
– İki min frank. 
– Nə? – Elə bil, Dürana güllə dəymişdi, ancaq buna inanmaq istəmirdi. Bircə 
kəlmə: – Gülməlidir, – dedi. 
– Çox gözəl, başqa adam tapmaq sizin əlinizdə nədir ki! Binoya deyin, əla 
cərrahdır. 
Ravik paltosunu götürdü. Düran heyrətlə ona baxdı, ləyaqət yağan sifəti yeddi yerə 
əyildi. Ravik papağına əl atanda, dözə bilmədi: 
– Dayanın! – dedi. – Adamı belə darda qoymazlar! Bunu niyə dünən demədiniz? 
– Dünən bağa getmişdiniz, necə deyəydim? 
– İki min frank! Bilirsinizmi, mən özüm heç bu qədər pulu istəyə bilmərəm?! 
Xəstə dostumdur, ondan uzaqbaşı, təşrihə çəkilən xərci ala bilərəm. 
Andre Düran indi uşaq nağıllarındakı nəcib Allahlara oxşayırdı. Yetmiş yaşı vardı, 
çox dəqiq diaqnoz qoysa da, kamil cərrah deyildi. Bu təcrübəni də ona keçmiş 
köməkçisi Bino qazandırmışdı. Bino da iki il bundan qabaq özünə xəstəxana 
açmışdı. Həmin vaxtdan Düran çətin təşrih olanda Raviki çağırırdı. Ravik elə 
zərgər dəqiqliyi ilə işləyir, elə ifçin tikişlər qoyurdu ki, yara heç bilinmirdi. Düran 
isə Bordo şərablarının mahir bilicisi idi və tez-tez yüksək səviyyəli ziyafətlərə 
gedirdi. Onun xəstələri də çox vaxt adlı-sanlı adamlar olurdu. 
– Qabaqcadan bilsəydim... – Düran öz-özünə mızıldandı. 
Ancaq, əslində, həmişə bilmişdi. Elə ona görə də çətin təşrihlərə bir-iki gün 
qalanda bağdakı evinə gedirdi, bununla da təşrihdən qabaq qiymət haqda 
danışmaqdan qaçırdı- Sonrası asan idi: Ravik ümidini gələn dəfəyə bağlayır, ancaq 
onda da belə olurdu. Bu dəfə isə – Düran heç gözləmirdi – lap son anda deyil, 
təşrihə yarım saat qalanda gəlmişdi. Xəstəyə bihuşdarı verilməmiş onu 
yaxalamışdı. Buna görə də Düranın söhbəti tez kəsməyə bəhanəsi qalmamışdı. 
Tibb bacısı başını qapıdan uzadıb soruşdu: 
– Bihuşdarı verək, cənab professor? 
Düran əvvəlcə qıza, sonra da yalvarıcı, insaf diləyən nəzərlərlə Ravikə baxdı. 
Ravik də insanpərvər, ancaq qətiyyətli baxışlarla cavab verdi. 
120 
– Siz nə deyirsiniz, cənab doktor Ravik? 
– Söz sizindir, professor. 


Düran tibb bacısına tərəf döndü: 
– Bircə dəqiqə də səbir edin. Təşrihin gedişində bəzi qeyləri dəqiqləşdirməliyik. 
Qız başını geri çəkdi. Düran təzədən Ravikə tərəf döndü: 
– Yaxşı, neyləyək? – deyə tənə ilə soruşdu. 
Ravik əllərini cibinə qoydu: 
– Sabaha saxlayın, ya da bir saat gecikdirib Binonu çağırın. 
Bino az qala iyirmi il Düranın yerinə təşrih eləmiş, qazancı isə heç nə olmuşdu. 
Çünki Düran, bir qayda olaraq, onu sərbəst işləməyə qoymamış, həmişə bacarıqlı 
köməkçi kimi qələmə vermişdi. Buna görə də Binonun Dürandan zəhləsi gedirdi 
və ən azı beş min frank istəyəcəkdi. Bunu Ravik də, Düranın özü də yaxşı bilirdi. 
– Doktor Ravik, bu cür sövdələşmək bizim sənətimizə yaraşan iş deyil. 
– Mən də o fikirdəyəm. 
– Elə isə niyə mənim yaşıma hörmət qoyub, hər şeyi özümün həll eləməyimə 
imkan vermirsiniz?! Axı indiyə kimi məndən həmişə razı qalmısınız. 
– Heç vaxt qalmamışam. 
– Bəs niyə demirdiniz? 
– Çünki mənası yox idi. Onda pul məni o qədər də maraqlandırmırdı. İndi isə 
maraqlandırır. Çünki lazımdır. 
Tibb bacısı yenə gəldi: 
– Xəstə narahat olur, cənab professor. 
Düranla Ravik baxışdılar. Ravik bilirdi ki, fransızdan pul qoparmaq çətin 
məsələdir. Hətta yəhudilərdən qoparmaqdan da müşküldür. Yəhudini gəlir 
maraqlandırır, fransızı isə verdiyi pul. 
Düran tibb bacısına tərəf döndü: 
– Bircə dəqiqə də gözləyin... Nəbzini, qan təzyiqini, hərarətini yoxlayın. 
– Hamısını eləmişəm. 
– Onda bihuşdarını başlayın. 
Tibb bacısı getdi. 
– Yaxşı, – Düran qətiyyətlə dilləndi. – Min frank verəcəyəm. 
– İki min! – Ravik düzəliş verdi. 
Düran razılaşmadı, əlini dümağ təkəsaqqalına çəkdi: 
– Bura baxın, Ravik! – O, birdən qızışdı. – İşləmək hüququ olmayan bir gəlmə 
kimi... 
– Heç sizin də əvəzinizə təşrih eləməyə ixtiyarım yoxdur! – Ravik sakitcə onun 
sözünü kəsdi və fikirləşdi ki, o ənənəvi minnət başlayacaq: hələ sağ ol desin ki, bu 
ölkədə gizlənib... Ancaq Düran bundan vaz keçdi, gördü ki, bir şey çıxmayacaq. 
Vaxt isə gözləmirdi... 
– Yaxşı, iki min olsun!–O, bu sözləri elə yanıqlı-yanıqlı dedi ki, elə bil, ağzından 
çıxan söz yox, iki min frankın özü idi. –Nə olar, öz cibimdən verərəm. Ancaq elə 
bilirdim, elədiyim yaxşılıqlar yadınızdan çıxmayıb. 
Düran cavab gözlədi. Ravik isə ürəyindən keçirdi: «Bu qaniçənlərin əxlaq dərsi 
verməkdən yaman xoşları gəlir. Düymə ilgəyinə fəxri Legion lenti taxmış bu qoca 
121 
qurd utanmaq əvəzinə, mənə insafsız deyir, özü də elə bilir ki, doğrudan da, 
belədir...» 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə