Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə39/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   35   36   37   38   39   40   41   42   ...   112

– Yox. Bircə onlara demək lazımdır ki, gedirəm.. 
– Tez elə, taksidə gözləyirəm. 
– Oldu... – Ancaq Joan yerindən tərpənmədi. – Ravik.... – Ravik ona baxdı. 
– Mənə görə qayıtmısan, Ravik? 
Ravik bircə anlığa tərəddüd etdi, sonra yavaşdan: 
– Hə, – dedi. Joan elə yaxın dayanmışdı ki, onun nəfəsini üzündə hiss eləyirdi. – 
Hə, Joan... Sənə görə... Təkcə sənə görə! 
Joan o dəqiqə fikrini dəyişdi: 
– Gəl gedək, – dedi, – cəhənnəm olsun hamısı... 
Taksi Lije küçəsi ilə gedirdi. 
– Nə olmuşdu, Ravik? 
– Heç nə. 
– Yaman qorxdum. 
– Unut getsin, heç nə yox idi. 
Joan onun üzünə baxdı: 
– Elə bilirdim, daha qayıtmayacaqsan. 
Ravik ona tərəf əyildi, hiss etdi ki, Joan titrəyir. 
– Joan, – dedi, – ağlına heç nə gətirmə, heç nə də soruşma. Küçələrdəki fənər 
işıqlarını, al-əlvan lövhələri görürsənmi? Biz ölümə doğru gedən bir zəmanədə 
yaşayırıq, bu şəhərdə isə həyat qaynayır. Hər şey əlimizdən çıxıb, olan-qalan bircə 
ürəyimizdir. Aydoğana getmişdim, qayıtmışam. İndi isə sən yanımdasan. Demək, 
həyat sənsən! Özgə heç nə soruşma. Sənin saçların min bir sualdan da 
müəmmalıdır. Gecə bizi yenə öz qoynuna alıb, bu saatlar da günəş pəncərəmizi 
döyənə qədər əbədiyyətə çevriləcək. İnsanların bir-birini sevməsi nəyə desən, 
dəyər! Məhəbbət dünyada olan şeylərin ən möcüzəlisi, həm də ən sadəsidir. Bunu 
mən bu gün, gecə əriyib çiçək açan kollara dönəndə, küləkdən çiyələk ətri gələndə 
duydum və bildim ki, sevməyən adam bu dünyaya məzuniyyətə gəlmiş ölüdür. 
Onun da quruca adı, doğulduğu ayı, ili var, vəssalam... Sevməyən adam üçün, 
əslində, ölüm yaxşıdır. 
Küçədəki fənərlərin işıqları, qaranlıqda fırlanan mayak projektorları kimi taksinin 
şüşələrində dolaşırdı. Solğun bənizli Joanın gözləri də gah işıldayır, gah da qapqara 
görünürdü. 
– Biz ölməyəcəyik, – deyə o, Ravikin qolları arasından pıçıldadı. 
– Yox, özümüzü demirəm. Zəmanəni deyirəm, lənətə gəlmiş zəmanəni! Ölən 
həmişə odur, yaşayansa biz! Yuxudan ayılanda dünya gözünə bahar görünür, 
yuxuya dalanda isə hər şey payıza çevrilir, arada da neçə qış, neçə yay ötüb keçir. 
107 
Əgər biz bir-birimizi ürəkdən seviriksə, demək, yağış kimi, külək kimi əbədiyik, 
ölüm bizə yaxın düşə bilməz. Bizə nə qalırsa, günlərdən qalır, gülüm, illər heç nə 
vermir. Ancaq bunu bilən, özünə dərd eləyən adam tapılarmı?! Əsl həyat bircə anın 
səadətindədir. Bu bircə an əbədiyyətə lap yaxındır. Onda sənin gözlərin bərq vurur, 
nəhayətsiz göylərdən damcı-damcı ulduz yağır, allahlar qocalır, sənin dodaqların 
isə təravətli qalır, tapmacalı gizlənqaç oyunu başlayır: «Gəldim! – Gəl!»... 
Qaranlıqlardan sevənlərin birinin harayı, o birinin cavabı eşidilir, vüsal həsrəti 
adamı məst eləyir, təkhüceyrəli orqanizmdən başlayıb Rufi, Esferi və Yelenaya 


qədər uzun bir yol keçmiş, hətta yer üzündəki bütün heyvanlara da xas olan azğın 
ehtiras sənə də, mənə də gəl-gəl deyir... 
Joan Ravikin qolları arasında uyumuşdu, rəngi avazımışdı və özünü büsbütün onun 
ixtiyarına vermişdi. Ravik isə ona tərəf əyilərək danışır, hey danışırdı... Əvvəlcə 
ona elə gəldi ki, kimsə çiyinləri üzərindən əyilib baxır. Kölgəyə oxşayırdı, 
müəmmalı bir təbəssümlə, səssiz-səmirsiz onunla bərabər nəsə pıçıldayırdı. Bir az 
da əyildi, hiss elədi ki, Joan da ona tərəf uçunur... Bu da bircə an çəkdi, sonra hər 
şey itib getdi... 
XIII 
– Rüsvayçılıqdır! – deyən qadın Ketlə üzbəüz oturmuşdu, barmağında da zümrüd 
qaşlı üzük vardı. – Böyük biabırçılıqdır! Bütün Paris gülür. Sən heç bilirdin, Lui 
homoseksualistdir? Haradan bilərdin?! Heç kim bilmirdi. Yaxşı malalayırmış. Lina 
de Nebur onun rəsmi məşuqəsi hesab olunurdu. İndi gör nələr olub: bir həftə 
bundan qabaq Romadan qayıdır. Dediyindən də üç gün qabaq. Elə həmin axşam da 
bu Nikenin yanına yollanır ki, onu sevindirsin. Orda kimi görsə yaxşıdır? 
– Öz arvadını, – Ravik tez dilləndi. 
Zümrüd qaşlı üzük taxmış qadın başını qaldırıb ona baxdı, birdən elə hala düşdü ki, 
deyərdin, rüsvay olan onun öz əridir. 
– Bu əhvalatı siz də eşidibsiniz? – deyə soruşdu. 
– Xeyr, ancaq elə olmalıdır. 
– Başa düşmədim! – Qadın heyrətləndi. – Axı heç kim deməzdi ki... 
Ket gülümsədi: 
– Doktor Ravikin özünün xüsusi nəzəriyyəsi var, Dezi. Adını da təsadüflər sistemi 
qoyub. Bu nəzəriyyəyə görə həqiqətə uyğun olmayan şeylər, az qala, həmişə 
həqiqət olur. 
– Maraqlıdır... – Dezi nəzakətlə gülümsədi. Ancaq üz-gözündən bilinirdi ki, burada 
maraqlı heç nə görmədi. 
– Lui orda qalmaqal qoparmasaydı, bilinməzdi. – O, sözünə davam etdi. –Kişi 
yaman özündən çıxıbmış. İndi «Krilon» mehmanxanasında qalır, ayrılmaq istəyir. 
Hamı da maraqlanır ki, görəsən, bəhanəsi nə olacaq. – O, kresloya yayxanaraq, 
sualedici nəzərlərlə Ketə baxdı: – Hə, buna sözün nədir? 
Ket tez Ravikə tərəf döndü. O isə stolun üstündəki səhləb budağına baxırdı. 
Üstündə qırmızı xallar olan dümağ ləçəklər kəpənəyə oxşayırdı. Bundan əlavə, 
orada bir neçə şlyapa və üzüm, şaftalı ilə dolu səbət var idi. 
108 
– Elə şey olmaz, Dezi, heç inanılası deyil. 
Dezi özündən razı halda Ravikə baxdı: 
– Yəqin ki, bunu əvvəlcədən deyə bilməzdiniz, elə deyilmi? 
Ravik budağı ehtiyatla təzədən büllur güldana qoydu: 
– Xeyr, bunu deyə bilməzdim. 
Dezi razılıqla başını yırğalayıb, çantasını, ənliyini və əlcəklərini götürdü: 
– Getmək lazımdır, – dedi, – Luiza saat beşdə kokteylə dəvət eləyib. Naziri də 
gələcək. Orada yaman qeybətlər olur! 
O ayağa durdu. 
– Bunlar bir yana, Feri ilə Marta yenə ayrılıblar. Bütün daş-qaşını da özünə 


qaytarıb. Üçüncü dəfədir... Nəsə belə şeylərdən yaman xoşu gəlir. Yazıq lap qoyun 
kimidir, elə bilir, onun özündən xoşları gəlir. Hamısını qaytaracaq, hələ, bəlkə, 
üstündə bir şey də verdi. Həmişə elə eləyib. Onun xəbəri yoxdur, Marta Ostertaqın 
yanına gedib, istədiyini də seçib. Daş-qaşı həmişə oradan alır. Yaqut qaşlı 
sancaqdır, iri, dördkünc daşları var, xalis göyərçin qanıdır. Marta çox ağıllı 
qadındır...– O, Keti öpdü. – Hələlik, quzum, heç olmasa indi dünyadan bir az 
xəbərin oldu. Burada çox qalacaqsan? – deyib Ravikə baxdı. Ravik hiss elədi ki, 
Ketin də gözləri ona dikilib. 
– Təəssüf ki, bir az da qalmalı olacaq, – dedi. 
Ravik Dezinin paltosunu tutdu. Yaxalıqsız, özü də samur dərisindən idi. «Əsl 
Joanın malıdır», – deyə ürəyindən keçirdi. Dezi dedi: 
– Ket ilə siz də çay içməyə gəlin. Çərşənbə günləri adam lap az olur, arxayınca 
oturub laqqırtı vurarıq. Mən özüm də cərrahiyyə ilə çox maraqlanıram. 
– Məmnuniyyətlə! 
Ravik qapını onun arxasınca örtüb, geri qayıtdı. 
– Əntiqə zümrüdlər idi. 
Ket güldü: 
– Bir vaxt mən də onları çox sevərdim, Ravik. Bildiniz niyə? 
– Əlbəttə. Qədrini bilən üçün əladır, adamı çox şeydən qoruyur. 
– İndi isə mənim üçün mənası yoxdur... – Ket durub ehtiyatla çarpayısına tərəf 
getdi. 
Ravik onun arxasınca baxdı: 
– Harda yaşamağın elə bir mənası yoxdur, Ket. Uzaqbaşı, haradasa bir az rahat 
olar, ancaq bu, əsas deyil. Əsas odur ki, ondan necə istifadə edirsən. Çox vaxt heç 
bunun özü də vacib olmur. 
Ket çarpayıda oturub, uzun, qəşəng qıçlarını adyalın altında gizlədə-gizlədə: 
– Həftələrlə yorğan-döşəkdə qalıb, sonra gəzişəndə hər şey mənasını itirir, – dedi. 
– İstəyirsiniz, çıxın mehmanxanaya gedin. Ancaq bir şərtlə ki, özünüzlə tibb bacısı 
da götürəsiniz. 
Ket başını buladı. 
– Səyahətə çıxana qədər qalacağam. Burada Dezi kimilərindən uzaq oluram. 
– Elələri gələndə qovun getsin. Laqqırtıdan çox adamı bezdirən heç nə yoxdur. 
Ket yavaş-yavaş çarpayıda uzandı: 
– Heç ağlınıza gələrdimi, gəvəzəliyinə baxmayaraq, Dezi çox yaxşı anadır? 
Uşaqlarının ikisini də gözəl tərbiyə edir. 
109 
– Hərdən olur, – Ravik etinasızlıqla cavab verdi. 
Ket adyalı sinəsinə çəkdi: 
– Xəstəxana monastır kimi bir şeydir, – dedi, – hər xırda şeyin qədrini bilirsən. 
Məsələn, gəzmək, nəfəs almaq, görmək... 
– Elə__________dir. Xoşbəxtlik həmişə haradasa lap yaxında olur. Sadəcə olaraq, 
əyilib 
götürmək lazımdır. 
Ket onun üzünə baxdı: 
– Mənim doğru sözümdür, Ravik. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə