Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə36/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   32   33   34   35   36   37   38   39   ...   112

O dayandı. Ravik yoxa çıxmışdı. Qəflətən yerindən sıçrayıb, özünü kafenin 
qarşısındakı izdihama vurdu, V Georq prospektinə tərəf üz qoydu... 
Heyrətlənmiş Morozov bir-iki saniyə nə edəcəyini bilmədi, sonra cibindən pul 
çıxarıb stolun üstündəki çini qablardan birinə tulladı və Ravikin qarasınca düşdü. 
Nə olduğunu bilmirdi, hər ehtimala qarşı gedirdi ki, birdən ona lazım olar. Gözünə 
polis dəymirdi. Mülki paltarda onu izləyən də yox idi. Səki adamla dolu idi. 
Fikirləşdi ki, lap yaxşı oldu, əgər polis tanıyıbsa, asanca aradan çıxa biləcək. Onu 
V Georq prospektinə çatanda gördü. Həmin anda yolun işığı dəyişdi və uzun maşın 
karvanı Ravikin önünü kəsdi. Buna baxmayaraq, o, özünü irəli atdı, az qaldı 
taksinin altına düşsün. Sürücü özündən çıxdı. Morozov arxadan çatıb onu geri 
dartdı: 
– Dəli olmusan? – deyə qışqırdı. – Özünə qəsd eləyirsən? Nə olub? 
Ravik cavab verməyib, diqqətlə küçənin o biri üzünə baxırdı. Küçə yaman sıxlıq 
idi, dörd cərkədə keçən maşınlar da az qala bir-birinin üstünə çıxırdı. Keçmək 
mümkün deyildi. Ravik isə səkinin lap qurtaracağında hazır vəziyyətdə dayanıb, 
diqqətlə o tərəfə baxırdı. 
Morozov onu silkələdi: 
– Nə olub? Polisdir? 
– Yox. – Ravik gözlərini maşınlardan çəkmirdi. 
– Bəs nə olub? Nə olub, Ravik? 
– Haake... 
– Nə? – Morozovun gözləri bərələ qaldı. – Görkəmi necədir? Tez ol! 
– Boz palto... 
«Yelisey çölləri»nin düz ortasından yolgöstərən polisin kəskin fiti eşidildi. Ravik 
axırıncı maşınları gözləməyib özünü irəli atdı. Boz palto! – yadında qalan birçə bu 
idi. V Georq prospektini keçib Basson küçəsinə çıxdı. Gördü ki, boz paltolu adam 
çoxdur. Yağlı bir söyüş söyüb, irəli cumdu. Qaliley küçəsinin tinində yaşıl işığa 
düşdü. Tez keçib, o biri üzdəki izdihama qarışdı, onu yara-yara «Yelisey çölləri» 
ilə irəlilədi, axırda gəlib Pressburq küçəsinə çıxdı, yüyürə-yüyürə tini keçdi və 
birdən dayandı: qarşısında nəhəng, adamı çaş-baş qoyan Etual meydanı açılırdı... 
Maşınla dolu idi, hər tərəfə də bir küçə ayrılırdı... Vəssalam! Burada heç kimi tapa 
bilməzdin! 
100 
Geri dönüb yavaş-yavaş, yanından keçən adamların üzünə baxa-baxa geri qayıtdı, 
həyəcanı sovuşub getmişdi. Qəflətən daxilində bir boşluq hiss elədi. Ola bilsin, 
yenə yanılmışdı, ya da Haake ikinci dəfə əlindən çıxmışdı. Ancaq iki dəfə 
yanılmaq olardımı? İki dəfə yer yarılıb, adamı udardımı? Hər tərəfə bir küçə 
ayrılır. Kim bilir, hansına dönüb? Gözlərini Pressburq küçəsinə zillədi. Maşınlar, 
maşınlar... Adamlar, adamlar... Küçələrin də gur vaxtı... Təzədən axtarmağın xeyri 
yox idi. Yenə gecikdi! 
– Tapmadın? – Ona tərəf gələn Morozov soruşdu. 
Ravik başını buladı: 
– Deyəsən, məni yenə qara basıb... 
– Dəqiq bilirsən ki, o idi? 
– Deyəsən.. Bir az bundan qabaq dəqiq bilirdim, indi isə heç nə bilmirəm... 


Morozov onun üzünə baxdı: 
– Yer üzündə bir-birinə oxşayan o qədər adam var ki... 
– Hə.. Ancaq eləsi də var ki, ömrün boyu yadından çıxmır! 
Ravik dayandı. 
– Neyləmək istəyirsən? – Morozov soruşdu. 
– Özüm də bilmirəm. Bundan sonra neyləməliyəm? 
Morozov diqqətlə insan axınına baxdı: 
– Adamın bəxti gətirməyəndə, gətirmir. Gərək, elə bu vaxt olaydı? Camaatın işdən 
çıxan vaxtı... Adam əlindən tərpənmək olmur. 
– Hə... 
– Hələ, üstəlik də, qırmızı işıq... Qaş da qaralıb... Doğrudan, o idi? 
Ravik cavab vermədi. Morozov onun qolundan yapışdı: 
– Bura bax, – dedi, – daha bu küçələrdə ora-bura qaçmağın mənası yoxdur. Bunda 
olanda, elə biləcəksən o birindədir. Boş şeydir. Gəl restorana qayıdaq, ən yaxşı yer 
oradır. Buralarda vurnuxmaqdansa, orada oturub baxmaq yaxşıdır. Geri qayıdası 
olsa, görəcəksən. 
Onlar lap qıraqdakı stol arxasında oturdular, hər yan görünürdü. Xeyli də 
oturdular. 
– Bir də rast gəlsə, neyləyəcəksən? – Nəhayət, Morozov dilləndi. – Nə edəcəyini 
bilirsən? 
Ravik başını buladı. 
– Bu barədə fikirləş. Əvvəlcədən hər şeyi götür-qoy etsən yaxşıdır. 
Həyəcanlanmağın, səfehlik eləməyin nə mənası?! Özü də sənin indiki 
vəziyyətində... Yoxsa, həbsxanalarda çürümək istəyirsən? 
Ravik başını qaldırıb onun üzünə baxdı, ancaq dinmədi. 
– Mən də heç nəyə baxmazdım. Özümü deyirəm... Ancaq burada söhbət səndən 
getdiyi üçün razı olmaram. Tutaq ki, onu bu tində tutdun, neyləyəcəksən? 
– Bilmirəm, Boris. Doğrudan, bilmirəm... 
– Yanında heç nəyin yoxdur, eləmi? 
– Hə... 
– Tutaq ki, görən kimi üstünə atıldın, sonrası? O dəqiqə aralayacaqlar. O, bir-iki 
yumruq yeyəcək, uzaqbaşı, üz-gözü göyərəcək, sən isə polisə düşəcəksən. 
Sonrasını da özün bilirsən... 
101 
– Hə… ə... – Ravikin gözü küçələrdə idi. 
Morozov da bir anlıq fikrə getdi. 
– Uzaqbaşı, çalışacaqsan ki, tinlərin birində itələyib maşının altına salasan. Bu da 
boş şeydir, bir-iki yerdən yaralanacaq, sonra da sağalacaq. 
– Maşının altına atmaram... – Ravik hələ də gözünü küçələrdən çəkmirdi. 
– Bilirəm... Heç mən də eləməzdim. 
Morozov susdu, sonra: 
– Ravik, – dedi, – əgər, doğrudan da, o idisə, tuta bilsən, gərək, əldən 
buraxmayasan. Özün bilirsən, belə imkan bir də düşməyəcək... 
– Hə... ə... bilirəm... – Ravik elə hey küçələrə boylanırdı. 
– Rast gəlsə, dalınca düş. Əl vurma, eləcə izlə, öyrən, gör harada qalır. Özgə heç 


nə lazım deyil. Bir az vaxt qazan, hər şeyi arxayınca götür-qoy elə. Səfehlik 
eləmə... Eşidirsən? 
– Hə...–hələ də küçələrə baxan Ravikin fikri heç özündə deyildi. 
Stola bir püstəsatan yaxınlaşdı. Əlində oyuncaq siçan tutmuş oğlu da dalınca 
gəlirdi. Yaylı oyuncağı mərmər döşəmənin üstünə qoyanda, siçan 
hoppanıbdüşməyə 
başladı və oğlanın əli üstünə dırmaşdı. Skripkaçı yenə gəldi. Bu dəfə 
başında şlyapa var idi və Parlez moi djamour (12) çalırdı. Yaşlı, üz-gözündən 
xəstəlik yağan bir qadın onlara bənövşə təklif elədi. 
Morozov saatına baxdı: 
– Səkkizdir, – dedi, – daha gözləməyin mənası yoxdur, Ravik. İki saatdan çoxdur 
oturmuşuq. O bu vaxta qalmaz. İndi bütün Fransa şam yeməyinə məşğuldur. 
– Sən arxayınca çıx get, Boris, niyə hədər yerə burada oturursan? 
– Bir də elə şeylər danışma. Nə qədər lazım olsa, oturacağıq. Ancaq istəmirəm, sən 
özünü belə üzəsən. Saatlarla burada oturub gözləməyin xeyri yoxdur. İndi ona hər 
yerdə rast gəlmək olar. Bu ehtimal indi restoranlarda, gecə klublarında, 
fahişəxanalarda daha çoxdur. 
– Bilirəm, Boris. 
Morozov iri, tüklü əlini Ravikin əlinin üstünə qoydu: 
– Ravik, – dedi, – gəl sən mənə qulaq as. Əgər ona rast gəlmək alnına yazılıbsa, 
mütləq gələcəksən. Yazılmayıbsa, boş şeydir, istəyirsən, lap on il gözlə. Nə 
dediyimi özün yaxşı bilirsən. Həmişə, hər yerdə gözüaçıq ol, hazırca dayan! Ancaq 
özünü elə apar ki, guya, yanılmısan. Çox güman ki, belədir. Bu, yeganə düzgün 
yoldur. Yoxsa, özün öz axırına çıxarsan. Mənim də başıma gəlib. Təxminən, iyirmi 
il bundan qabaq. Hər dəqiqə mənə elə gəlirdi ki, indicə atamın qatillərindən birinə 
rast gələcəyəm. Qara basır...– O, qədəhdə qalanı başına çəkdi. – Lənətə gəlsin,. 
adamı qara basır. Dur, gedək, bir yer tapıb şam eləyək. 
– Sən get, çörəyini ye, Boris. Bir azdan gələcəyəm. 
–Yenə burada qalmaq istəyirsən? 
– Bir-ikicə dəqiqə... Sonra mehmanxanaya gedəcəyəm, işim var. 
Morozov onun üzünə baxdı. Mehmanxanaya nə üçün getdiyini bilirdi. Onu da 
bilirdi ki, saxlaya bilməyəcək, Ravik gedəcək. Qoy getsin, öz işidir... 
– Yaxşı, – dedi, – mən «Meri-Meri» dəyəm, sonra da «Bublik»ə gedəcəyəm. Ya 
zəng elə, ya da gəl. – Onun qalın qaşları çatıldı. – Boş yerə risq eləmə. Belə yerdə 
102 
qəhrəmanlıq göstərmək düşüklük, səfehlikdir. Elə yerdə vur ki, aradan çıxa 
biləsən. Bu, sənin üçün nə uşaq oyunudur, nə də macəra filmi. 
– Bilirəm, Boris, narahat olma... 
Ravikin «İnternasional» mehmanxanasına girməsi ilə çıxması bir oldu. Yolu 
«Milan»ın yanından keçirdi. Saata baxdı. Doqquzun yarısı idi, Joan hələ evdə 
olardı. 
Joan özü qabağına çıxdı. 
– Ravik?! – O, çox təəccübləndi. – Mənim yanıma gəlmisən? 
– Hə... 
– Sən ki bura gələn deyildin?! Məni bura köçürən gündən gəlməmisən... 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə