Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə45/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   41   42   43   44   45   46   47   48   ...   112

– Siz ki mənə inanırsınız, elə deyilmi? 
«Əclaf! – Ravik ürəyindən keçirdi. – Məni alçaltmaq istəyir». 
– Bəs deyirdiniz, xəstə dostunuzdur, təkcə xəstəxana xərclərini verəcək?! 
– Bəli...–Düran bilmədi, nə desin. 
– Elə isə bu xərclər az olacaq. İşlədilən şeylər, bir də tibb bacılarının haqqı… 
Xəstəxana sizinkidir. Hamısına bir yerdə yüz frank çəkin, üstündən çıxın, qalanını 
verin. 
– Xəstəxana xərcləri, doktor Ravik, – Düran dikəldi, – təəssüf ki, mən 
gözlədiyimdən çox oldu. Sizin iki min frank da ona aiddir, onu da, gərək, xəstədən 
alam. – O, əllərini iylədi. – Görürsünüzmü… 
Düran gülümsədi. Sapsarı dişləri qar kimi ağ saqqalı ilə qəribə təzad yaradırdı. 
«Elə bil, qarın üstünə çirkli su töküblər. – Ravik ürəyindən keçirdi. – Nə istəyir 
eləsin, pulu verəcək. Hələlik Veberdən alaram. Bu qoca qurd istəyir minnət eləyim. 
Bircə onu görməyəcək!» 
– Yaxşı, – dedi, – əgər indi elə çətindirsə, sonra göndərərsiniz. 
– Elə bir çətinliyi yoxdur. Sizin bu təklifiniz qəfildən, gözlənilməz olsa da … Axı 
qayda var, qanun var… 
– Eybi yoxdur, onda biz də hər şeyi qayda-qanunla eləyərik. Eyni şeydir. 
– Heç də eyni şey deyil. 
– Nəticəsi birdir. İndi isə məni bağışlayın, gedim araq içim. Hələlik… 
– Hələlik… – Düran lap mat qalmışdı. 
Ket Heqstrem gülümsədi: 
– Niyə mənimlə getmək istəmirsiniz, Ravik? 
Zərif, uzun, şax qamətli, məğrur Ket onunla üzbəüz dayanıb, əllərini paltosunun 
cibinə qoymuşdu. 
– İndi Fezolada Forsite gülləri açmış olar. Bağın hasarı onların sarımtıl alovuna 
bürünüb. Soba, kitablar, sakitlik... 
Güçədə bir yük maşını uğuldadı. Xəstəxananın balaca qəbul otağında asılmış 
şəkillərin çərçivəsindəki şüşələr cingildədi. Şartr kilsəsinin şəkilləri idi... 
– Gecələrin sükutu. Tənhalıq... Bunlar xoşunuza gəlmir? 
– Gəlir. Ancaq, bəlkə də, dözə bilmədim. 
– Niyə dözmürsünüz? 
– Sükut o vaxt yaxşı olur ki, adam özü də sakit olsun. 
– Mən özüm də heç sakit deyiləm. 
– Ancaq nə istədiyinizi bilirsiniz. Təxminən, bu, elə o deməkdir. 
– Siz bilmirsiniz? 
– Mən heç nə istəmirəm. 
Ket yavaş-yavaş paltosunun qabağını düymələməyə başladı: 
– Bunu necə başa düşmək lazımdır, Ravik? Xoşbəxtlikdir, yoxsa bədbəxtlik? 
Ravik narahat halda gülümsədi: 
– Çox güman ki, hər ikisidir. Axı onlar həmişə qoşa olur. Bu haqda çox düşünmək 
də lazım deyil. 
– Bəs neyləmək lazımdır? 
– Sevinmək. 
124 


Ket ona baxdı: 
– Bunun üçün ikinci adam lazım deyil. 
– Əksinə, lazımdır... 
Ravik susdu, «Gör nələr danışıram?! – deyə ürəyindən keçirdi. – Kimisə yola 
salanda, adam həmişə belə olur. Ayrılanda bilmir neyləsin, başlayır keşiş kimi 
xeyir-dua verməyə...» 
– Yadınızdadırmı, Ket, bir dəfə cüzi səadətdən danışırdınız? Belələri, yanmış evin 
yan-yörəsində bitən bənövşə kimi, hər yerdə çoxdur. Həyatın çox yaxşı qanunu 
var: heç nə gözləmirsənsə, məyus qalmayacaqsan. Sonrakılar o qədər də təsirli 
olmur. 
– Elə deyil! – Ket etiraz etdi. – Siz deyənlər, adam xəstə olanda, qorxa-qorxa 
gələcək haqqında düşünəndə olur. Elə ki sağalıb durdun, hamısı keçib gedir, 
başlayırsan çox şey istəməyə... 
Bu vaxt pəncərədən Ketin üzünə gur işıq düşdü və onun gözləri kölgədə itdi, təkcə 
zərif dodaqları göründü. 
– Florensiyada tanış həkiminiz var? – Ravik soruşdu. 
– Xeyr. Lazım olacaq ki? 
– Demək olmaz. Bilsəm, orada həkiminiz var, rahat olaram. 
– Özümü lap yaxşı hiss edirəm. Bir şey olsa, qayıdaram. 
– Əlbəttə, qayıtmaq lazımdır. Ancaq indi ehtiyat üçün deyirəm. Florensiyada bir 
yaxşı həkim var, professor Feola. Yadınızda qalar? Feola... 
– Qalmaz. Lazım deyil, Ravik. 
– Ona məktub yazacağam, hərdən sizi yoxlayar. 
– Nəyə lazımdır? Axı məndə heç nə yoxdur. 
– Professional ehtiyatkarlıqdır, Ket, heç nə yoxdur. Ona yazaram, özü zəng vurub 
sizi tapar. 
– Necə istəyirsiniz... – O, çantasını götürdü. – Salamat qalın, Ravik, mən getdim. 
Bəlkə, Florensiyadan elə birbaşa Kanna, oradan da «Conte di Savoy»la Nyu-Yorka 
getdim. Əgər yolunuz Amerikaya düşsə, görəcəksiniz ki, ucqar bir kənddə 
yaşayıram, ərim, uşaqlarım var, at, it saxlayıram. Sizin tanıdığınız Ket Heqstremi 
burada qoyub gedirəm. Onun qəbri «Şəhrizad»da olacaq. Oralara gedəndə hərdən 
məni də xatırlayın, sağlığıma için. 
– Yaxşı, araq içərəm. 
– Hə, araq için. 
Ket yarıqaranlıq otaqda dayanmışdı və nə edəcəyini bilmirdi. Bayaqkı işıq indi 
şəkillərdən birinin üstünə düşürdü. Ucunda xaç olan baş mehrab idi... 
– Qəribədir, – Ket dilləndi. – Gərək mən indi sevinəydim. Ancaq nədənsə heç 
sevinmirəm... 
İndi onunla üzbəüz dayanıb tərəddüd eləyən Ket kövrəlmişdi, artıq nəyisə qət 
eləmişdi, bir az da qüssəli idi. 
– Ayrılıq zamanı ən yaxşısı tez çıxıb getməkdir,– Ravik sükutu pozdu.–Gəlin, mən 
sizi ötürərəm. 
– Elədir... 
Mülayim havadan nəmişlik qoxusu gəlirdi. Günəş qürub edirdi, səma da polad 
kimi gözərmişdi. 


125 
– Gedim, sizə taksi gətirim, Ket. 
– Lazım deyil, tinə qədər piyada getmək istəyirəm. Orada özüm taparam. Elə bil, 
birinci dəfədir, küçəyə çıxıram. 
– Necədir? 
– Şərab kimidir, adam məst olur. 
– Bəlkə, taksi gətirim? 
– Xeyr, piyada gedəcəyəm. – O, yaş küçəyə baxıb güldü. –Qəlbimin harasındasa 
qorxu hissi hələ də qalıb. Bu da ayrılıqdandır? 
– Bəli, ondandır. 
– Salamat qalın, Ravik. 
– Hələlik, Ket. 
Ket bircə anlığa yenə tərəddüd elədi, sanki, nəsə demək istədi. Sonra asta-asta, 
ehtiyatla, sərrast addımlarla pilləkəni düşüb, küçəyə çıxdı, bənövşəyi rəngə çalan 
qaranlığa, haradasa gizlənib onu gözləyən ölümünə doğru addımladı, bir daha 
dönüb geri baxmadı. 
Ravik geri qayıtdı, Ket yatan palatanın yanından keçəndə qulağına musiqi sədası 
dəydi. Təəccüblə dayandı. Bilirdi ki, təzə xəstə götürməyiblər... 
Ehtiyatla qapını açanda gördü ki, tibb bacısı dizi üstə oturub, qabağında da 
qrammofon var. O, Raviki görən kimi dikəldi, sıçrayıb qalxdı. Qrammofonda 
qədim bir musiqi – «Le dernier valse» (14) çalınırdı. 
Qız xalatının qırışığını düzəltdi: 
– Bunu miss Heqstrem bağışlayıb,–dedi.–Amerikanındır, buralarda tapılan şey 
deyil. Parisin heç yerində yoxdur, təkcə məndədir. O dəqiqə yoxladım. Beş valı bir 
dəfəyə qoyursan, özü dəyişə-dəyişə oxudur! – Onun üz-gözündən bəxtiyarlıq 
yağırdı. – Qiyməti, ən azı, üç min frank olar. Hələ vallarını demirəm, düz əlli altı 
dənədir. Radiosu da var. Əsl xoşbəxtlikdir! 
«Yenə də xoşbəxtlik! – Ravik ürəyindən keçirdi. – İndi də qrammofon xoşbəxtlik 
oldu..» O dayanıb musiqiyə qulaq asdı. Skripkanın iniltisi, sentimental ah-naləsi 
orkestrin başı üzərində göyərçin kimi süzürdü. Bəzən belə düşük mahnılar adamın 
ürəyinə Şopenin noktürnlərindən tez yol tapır! Ravik otağı nəzərdən keçirdi. 
Çarpayı yığışdırılmış, yorğan-döşək çevrilmişdi. Döşəkağı, yastıqüzü və başqa 
işlənmiş şeylər qapının ağzında bir yerə yığılmışdı. Pəncərələr açıq idi və gecə, 
kinayəli bir təbəssümlə içəri boylanırdı. Bu otaqda indi Ketdən yalnız yavaş-yavaş 
uçub gedən ətir qoxusu və bir də yüngül valsın son akkordları qalmışdı... 
– Hamısını bir dəfəyə apara bilmərəm. – Qızın səsi onu xəyaldan ayırdı.–Çox ağır 
olar. Əvvəlcə özünü apararam, sonra da iki dəfə qayıdıb, valları. Bəlkə də, üç dəfə 
qayıdası oldum. Əntiqə şeydir, bunun xatirinə lap bir kafe də açmaq olar. 
– Yaxşı fikirdir. – Ravik dilləndi. –Ehtiyatlı olun, sınar! 
XV 
Ravik yavaş-yavaş ayıldı. Bir xeyli yuxu ilə gerçəklik arasında tərəddüd elədi. 
Qəribə aləm idi: yuxu hələ tamam getməmişdi, qırıq-qırıq da olsa davam edirdi, o, 
126 
eyni zamanda bilirdi ki, bunların hamısı yuxudur. Görürdü ki, alman sərhədinin lap 
yaxınlığında – Şvartsvaldda, balaca bir dəmir yolu stansiyasındadır. Haradansa su 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə