Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə29/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   25   26   27   28   29   30   31   32   ...   112

– Deyəsən, belə şeylərdən yaxşı başın çıxır... 
– Əslində, heç nə bilmirəm, elə-belə dedim. Adam heç vaxt heç nəyi dəqiq bilmir. 
Hər şey həmişə tərsinə olur. Elə indi də... Dünyada ikinci gecə yoxdur, həmişə 
birinci olur. İkincidə isə hər şey qurtarır. 
– Yaxşı ki, birinci gecədir. Yoxsa, bilirsən nə olardı? Sonsuzluğa gedib çıxardıq. 
Yaxın gəl! Yuxum gəlmir, səninlə içmək istəyirəm. Soyuqdan donan ulduzları 
görürsənmi?! Adam tənha olanda yaman üşüyür. Lap istidə ikilikdə isə heç vaxt! 
– Adam ikilikdə də donar... 
– O bizə aid deyil. 
– Əlbəttə, bizə aid deyil! – Joan qaranlıqda onun üzünə qonan qəribə ifadəni görə 
bilmədi. – Bizə aid deyil... 
– Mənə nə olmuşdu, Ravik? – deyə Ket soruşdu. 
O, çarpayıda iki yastığa söykənib oturmuşdu. Ətir iyi otağı başına götürmüşdü. 
Nəfəslik bir az aralı idi. İçəri dolan şaxtalı hava otağın istisinə qarışırdı, deyərdin, 
yanvar deyil, aprel ayıdır. 
– Qızdırmanız var idi, Ket. Bir-iki gün düşmədi. Sonra yuxuya getdiniz, az qala 
bütün günü yatdınız. Keçib getdi, hər şey qaydasına düşdü. İndi özünüzü necə hiss 
edirsiniz? 
– Hələ də yorğunam. Ancaq qabaqkına baxanda bir az yaxşıyam, daha elə zəif 
deyiləm. Ağrı da azalıb. 
– Ağrı hələ qalacaq. Ancaq çox çəkməz, elə eləyərik, bilinməz. Yavaş-yavaş 
çəkilib gedəcək. Bunu ki özünüz bilirsiniz... 
80 
Ket başını tərpətdi. 
– Təşrih elədiniz, Ravik? 
– Bəli. 
– Elə vacib idi? 
– Bəli...–Ravik susub gözlədi; qoy özü soruşsun! 
– Nə qədər yatası olacağam? 
– Bir-iki həftə. 
Ket bir anlığa susdu. 
– Mənə elə gəlir, yaxşı oldu. Dincəlmək lazımdır. Çox yığmışdım... Yorulmuşdum, 
ancaq inanmaq istəmirdim. Ravik, təşrih də həmin şeylə bağlı idi? 
– Əlbəttə! Yüz faiz! 
– Vaxtından əvvəl başlayan qanaxma da? 
– O da, Ket! 
– Yaxşı ki, indi vaxtım var. Bəlkə də, belə yaxşıdır. İndi qalxası olsam, o 
dəhşətlərlə yenə qarşılaşanda dözə bilmərəm. 
– Heç lazım da deyil. Unudun getsin. Ən çox vacib olan şeylər haqqında düşünün. 
Məsələn, səhər yeməyi barədə... 
– Yaxşı...– Ketin üzündə ürkək bir təbəssüm gəzdi. – Onda güzgünü mənə verin. 
Ravik balaca cib güzgüsünü stolun üstündən götürüb ona verdi. Qız diqqətlə özünə 
baxdı. 
– Bu gülləri siz gətirmisiniz, Ravik? 
– Xeyr, xəstəxananındır. 


Ket güzgünü çarpayının üstünə qoydu: 
– Xəstəxanada yanvar ayının ortasında yasəmən olmaz. Uzaqbaşı çayırçiçəyi gülü 
olar, ya da ayrısı... Bir də ki xəstəxana nə bilir, yasəmən mənim ən çox sevdiyim 
güldür... 
– Bu xəstəxana bilir. Axı siz buranın veteranısınız, Ket! – Ravik ayağa durdu. – 
Mən gedəsiyəm. Saat altıya yaxın gəlib sizə bir də dəyərəm. 
– Ravik... 
– Bəli...– Geri döndü. «Başlandı...–deyə düşündü.– İndi soruşacaq...» 
Qız əlini ona uzatdı: 
– Çox sağ olun, – dedi. – Bu güllərə görə çox sağ olun! Bir də belə diqqətinizə 
görə... Siz yanımda olanda heç nədən qorxmuram. 
– Yaxşı, Ket, yaxşı... Buna da diqqət deyirsiniz?! Bacarsanız, yatın. Ağrısanız, 
zəngi basıb tibb bacısını çağırın. Dərman yazaram. Günortadan sonra yenə 
gələcəyəm. Sağ olun, – deyə Veberin otağına getdi. 
– Veber, araq hardadır? 
– Çətin oldu? Buradadır... Ejeni, bir qədəh verin. 
Ejeni, könülsüz də olsa, qədəh gətirdi. 
– Bu ki lap üskükdür! – Veber acıqlandı. – Əməllisini gətirin. Ya da dayanın, elə 
bil, əlinizi dişləyəcək. Özüm gedərəm. 
– Bilmirəm, cənab doktor Veber, – Ejeni tikanlı-tikanlı dilləndi, – həmişə müsyö 
Raviki görəndə, siz... 
– Yaxşı, qurtarın! – Veber onun sözünü kəsərək, konyak süzdü. –Götürün, Ravik. 
Hə, nə dedi? 
81 
– Heç nə soruşmur. Nə deyirsən də, inanır. 
– Gördünüz?! – Veber sevinc hissi ilə dilləndi. – Mən o vaxt dedim axı! 
– Kömək eləyə bilmədiyiniz xəstə heç sizə təşəkkür edib, Veber? 
– O qədər... 
– Nə desəniz, inanıb? 
– Əlbəttə... 
– Bəs siz onda özünüzü necə hiss etmisiniz? 
– Yüngülləşmişəm. – Veber təəccübləndi. – Əməlli-başlı yüngülləşmişəm. 
– Mənimsə ürəyim bulanır. Elə bil, fırıldaq iş tutmuşam. 
Veber gülüb, şüşəni yerinə qoydu. 
– Ürəyim bulanır...– Ravik təkrar elədi. 
– Birinci dəfədir sizdə belə insani hiss görürəm. – Ejeni dilləndi. – Ancaq demək 
tərziniz yenə həminki kimidir. 
– Ejeni, siz hərdən ixtiraçı deyil, tibb bacısı olduğunuzu unudursunuz...–deyib 
Veber Ravikə tərəf döndü: – Demək, hər şey qaydasındadır?! 
– Hələlik elədir. 
– Belə yaxşıdır. Bu gün səhər-səhər tibb bacısına deyirmiş ki, xəstəxanadan çıxan 
kimi İtaliyaya gedəcək. Bizim də canımız qurtarar. – Veber əllərini ovuşdurdu. 
– Qoy oradakı həkimlər dərdinə qalsın. İstəmirəm, burada ölən olsun. Adamın 
adsanına 
ləkə gəlir. 


Ravik Lüsyeni qanına bələyən mamaçanın zəngini basdı. Xeyli keçəndən sonra 
qapını qarayanız bir kişi açdı. Raviki görəndə qapını buraxmadı. 
– Nə istəyirsiniz? – deyə xırıltılı səslə soruşdu. 
– Madam Buşe lazımdır. 
– İşi var. 
– Eybi yoxdur, nə qədər olsa, gözləyərəm. 
Kişi qapını bağlamaq istədi. 
– Burada gözləmək olmazsa, on beş dəqiqədən sonra gələrəm. Ancaq onda tək 
olmayacaqam. Elə adamla gələçəyəm ki, mütləq çıxası olacaq. 
Kişi diqqətlə ona baxdı: 
– Bu nə deməkdir? Sizə nə lazımdır? 
– İndicə dedim ki, mənə madam Buşe lazımdır. 
Kişi nəyisə götür-qoy elədi, sonra: 
– Gözləyin, – deyib, qapını örtdü. 
Ravik qəhvəyi rəngli sınıq-salxaq qapıya, ondan asılmış tənəkə poçt qutusuna və 
üstündə madamın adı yazılmış minalı lövhəyə baxdı. Bu qapıdan nə qədər 
dərdələm, 
qorxu keçmişdi. Səbəbi də cavan-cavan qızları həkim əvəzinə bu cür 
küpəgirənlərə ürcah eləyən bir para mənasız qanunlar idi. Əslində, bu qanunlar 
bircə uşağa da həyat bəxş eləməmişdi. Onu istəməyən onsuz da bir yol tapırdı, istər 
qanuni olsun, istərsə də qeyri-qanuni... Fərqi bircə onda idi ki, hər il minlərlə qadın 
şikəst olurdu... Qapı təzədən açıldı. 
– Polisdənsiniz? – bayaqkı üzütüklü kişi soruşdu. 
– Polisdən gəlmiş olsaydım, qapıda qalmazdım. 
– İçəri keçin. 
82 
Kişi Raviki qaranlıq dəhlizdən keçirib, mebellə dolu bir otağa gətirdi. İçəridə, 
üstünə uzun xovlu məxmər çəkilmiş divan, qızılı haşiyəli stullar, süni Həbəşistan 
xalçası, qoz ağacından düzəldilmiş dekorativ şkaflar var idi və divarlardan Nuh 
əyyamından qalma döymə şəkillər asılmışdı. Pəncərənin qarşısında, metal 
dayanacağın üstündəki qəfəsdə bülbül oturmuşdu. Boş yerlərin hamısına çini 
qablar, fiqurlar düzülmüşdü. 
Madam Buşe gəldi. Həddən ziyadə kök idi və yerlə sürünən çirkli kimono 
geymişdi. Lap divə oxşayırdı. Oyur-oyur oynayan gözlərini çıxmaq şərtilə, üzü 
hamar, yaraşıqlı idi. 
– Nə buyurursunuz, müsyö? – deyə o, işgüzar görkəm aldı. 
Ravik ayağa durdu. 
– Lüsyen Martineyə görə gəlmişəm. Onun uşağını xaric eləmisiniz. 
– Ağlınıza gələni danışmayın! – Buşe heç halını da pozmadı. – Elə adam 
tanımıram. Bir də ki mən uşaq xariç eləmirəm. Ya səhv salmısınız, ya da 
aldadıblar. 
Özünü elə göstərdi ki, guya söhbət qurtardı və getmək istəyir. Ancaq getmədi. 
Ravik də yerindən tərpənmədi. Nəsə gözləyirdi. Qadın geri döndü: 
– Başqa sözünüz yoxdur ki? 
– Pis eləmisiniz. Qızı qan aparmışdı, az qalmışdı, ölsün. Təşrih eləmək lazım gəldi. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə