Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə77/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   73   74   75   76   77   78   79   80   ...   112

– Hə, sonra... sonra... hər şey bir-birinə qarışdı. Onda da gec idi... Sən, sənsən 
günahkar! 
– Bilirəm... 
– Mənimlə bu cür danışma! – Hirsindən Joanın rəngi avazıdı. – Heç mənə qulaq da 
asmırsan! 
– Asıram...–Ravik onun üzünə baxdı. Danışmaq lazım idi, nəsə demək lazım idi. 
Nə olursa olsun, fərqi yox idi... 
– Aktyorunla sözə gəlmisən? 
– Hə! 
– Keçib gedər... 
Qapı tərəfdən mavi tüstü qalxırdı. Xidmətçi yenə qəhvə süzdü. Haake, deyəsən, 
tələsmirdi. 
– İstəsəm, «yox» deyərdim. İstəsəm, deyərdim ki, təsadüfən buradan keçirdim. 
Ancaq təsadüf deyil, səni axtarırdım. Daha onun yanında qalmaq istəmirəm. 
– Hamının başına gələn işdir. Belə də olmalıydı... 
– Qorxuram ondan! Hədələyir, deyir ki, güllə ilə vuracaq. 
– Nə?–Ravik, sanki, yuxudan ayıldı.–Nə dedin? 
– Deyir ki, səni vuracağam... 
– Kimi?–Ravikin fikri ayrı yerdə idi, ona görə də gec başa düşdü.–Belə de..e.. Sən 
də inanırsan? 
– Yaman tez özündən çıxandır. 
– Boş şeydir... Öldürən adam heç vaxt elə deməz! O da ola aktyor... 
«Mən niyə belə danışıram?–Ravik ürəyindən keçirdi.– Bu, nə deməkdir? Mən 
burada neyləyirəm? Bu, kimin səsidir? Bu, kimin sifətidir? Qulaqlarım niyə 
güyüldəyir? Bunun mənə nə dəxli?» 
– Bunları mənə niyə deyirsən? 
– Onunla üzülüşmək istəyirəm! İstəyirəm, sənin yanına qayıdım... 
«Əgər taksiyə minsə, gecikəcəyəm, taksi tapmağım xeyli çəkəcək, – Ravik 
ürəyindən keçirdi. – O da yerindən tərpənənə kimi gec olacaq!» 
Ayağa durdu: 
– Gözlə, indicə qayıdıram,–dedi. 
211 
– Neyləmək istəyirsən? 
Cavab vermədi. Tez səkinin o biri tərəfinə keçdi, taksi saxlatdı: 
– Bu on frankı götürün, – dedi,–məni bir-iki dəqiqə gözləyə bilərsiniz? İçəridə işim 
var. 
Sürücü əvvəlcə pula, sonra da Ravikə baxdı. Ravik göz vurdu. Sürücü də göz 
basıb, pulu əlində oynatdı. 
– Yol haqqı ayrı olacaq... Özünüz başa düşərsiniz... 
– Aydındır!–Sürücü irişdi.–Yaxşı, gözləyirəm. 
– Elə yerdə saxlayın ki, tez tərpənə biləsiniz. 
– Baş üstə, şef! 
Ravik küçədən keçən adamları yara-yara geri qayıtdı. Birdən gözü kəlləsinə çıxdı. 
Haake qapının ağzında dayanmışdı. Joan nəsə dedi, ancaq o eşitmədi. 
– Dayan! – dedi. – Bu dəqiqə... Bircə saniyə... 


– Yox! – Joan durdu. – Peşman olacaqsan! 
Joan az qalırdı ağlasın. Ravik özünü birtəhər gülümsəməyə məcbur etdi, bərk-bərk 
onun qolundan yapışdı. Haake hələ də orada dayanmışdı. 
– Otur! Bircə saniyə də otur! 
– Yox! 
Joan dartındı, Ravik də buraxdı. Hay-küy salmaq istəmirdi. Joan iri addımlarla 
stolların arasından keçib qapıya tərəf getdi. Haake onun arxasınca baxdı. Sonra 
baxışlarını asta-asta geriyə, Ravikə sarı döndərdi və yenə təzədən Joan gedən tərəfə 
çevirdi. Ravik oturdu. Qan beyninə vurdu. Pulqabını çıxardı, sanki, nəsə axtarırdı. 
Hiss elədi ki, Haake stolların arası ilə ona tərəf gəlir. Biganəliklə əks tərəfə baxdı, 
yoxsa baxışları toqquşa bilərdi. 
Gözləyirdi və bu gözləmək də əbədiyyətin özü qədər uzun çəkirdi. Qəflətən onu 
dəhşətli bir qorxu bürüdü. Birdən Haake qayıtmış olsa, neyləyər?! Tez o tərəfə 
çevrildi. Haake görünmürdü. Dünya başına fırlandı. 
– İcazə olar? – Kimsə lap yanında soruşdu. 
Ravik eşitmədi. Gözləri qapıda idi. Haake içəri qayıtmamışdı. «Tez qalxmaq 
lazımdır! Dalınca qaçmaq, mütləq tutmaq lazımdır!» Arxadan yenə səs eşidildi və 
geri dönəndə döyükə-döyükə qaldı. Haake arxa tərəfdən gəlib onun yanında 
dayanmışdı, bayaq Joan oturan boş stula işarə edirdi: 
– İcazə olar? Bütün stollar tutulub, yoxsa... 
Ravik başı ilə: «hə», – dedi, çünki danışmağa heyi qalmamışdı. Bayaq beyninə 
vuran qan indi geri süzülürdü. Hey axır, axırdı və sanki, stolun altına tökülürdü, 
bədəni boş kisə kimi dik dayana bilmirdi. Kürəklərini bərk-bərk söykənəcəyə sıxdı. 
Gözü, içində süd kimi maye olan qədəhi birtəhər seçə bildi. Götürüb içdi. Qədəh 
daş kimi idi. Onu tutan əlinə baxdı: titrəmirdi. Titrəyən damarları, əzələləri idi... 
Haake «Finşampan» konyakı sifariş verdi. Dedi ki, köhnəsi olsun. Fransızca çətin, 
özü də alman ləhcəsində danışırdı. Ravik işarə ilə qəzetsatan oğlanı çağırdı, «Pari 
suar» istədi. Oğlan qapıya tərəf baxdı. Qəzetsatan arvadın həmişə orada 
dayandığını bilirdi. Bükülmüş qəzeti gizlicə Ravikə uzatdı, pulu alıb aradan çıxdı. 
«Tanımış olar! – Ravik ürəyindən keçirdi. – Yoxsa niyə durub gəlirdi?!» 
212 
Bunu gözləmirdi. İndi əlac ona qalırdı ki, dayanıb Haakenin nə edəcəyini gözləsin, 
ona uyğun da hərəkət etsin... Qəzeti götürüb başlıqlara baxdı, sonra qatlayıb stolun 
üstünə qoydu. Haake ona baxırdı... 
– Gözəl gecədir,–bunu Haake almanca dedi. Ravik başını tərpətdi. Haake 
gülümsədi: 
– Gözlərimə söz ola bilməz, düzdür? 
– Deyəsən... 
– Sizi əvvəlcə içəridə gördüm. 
Ravik diqqətini toplayıb, biganəliklə başını tərpətdi. Sinirləri tarımlanmışdı, 
Haakenin niyyətini heç cür başa düşə bilmirdi. Ravikin gizlincə Fransaya keçdiyini 
bilməzdi. Ancaq, ola bilsin, gestapo bunu da bilirdi... Eybi yox, hələ vaxt var... 
– O dəqiqə tanıdım, – Haake dilləndi. 
Ravik döyükə-döyükə onun üzünə baxırdı... 
– Çapıqdan tanıdım! – Haake Ravikin alnına işarə etdi. – Bildim ki, tələbə 


cəmiyyətinin üzvü olmusunuz. Deməli, almansınız. Ya da Almaniyada 
oxumusunuz. 
Bunu deyib, Haake güldü. Ravikin gözü hələ də onun üzündə idi. Ola bilməzdi! 
Lap gülünc idi! Gərginlik o dəqiqə yoxa çıxdı, dərindən nəfəs aldı, yüngülləşdi. 
Haake onu tanımamışdı. Elə bilmişdi ki, alnındakı çapıq tələbə duelində olub. 
Ravik də güldü. Haakeyə qoşulub güldü. Gülməyini saxlamaq üçün də 
yumruqlarını elə sıxdı ki, dırnaqları ətinə yeridi... 
– Düz tapdım?–Haake məmnun halda soruşdu. 
– Bəli, düz tapmısınız. 
Alnındakı çapığın tarixi yadına düşdü. Onu gestaponun zirzəmisində, Haakenin 
gözləri qabağında eləmişdilər. Qan gözlərinə, ağzına dolurdu. Haake isə indi 
deyirdi ki, tələbə duelində olub və bunu tapması ilə də öyünürdü... 
Xidmətçi Haakenin konyakını gətirdi. O, ləzzətlə qədəhi iylədi. 
– Konyaklarına söz ola bilməz, – dedi, – əntiqə olur! Qalan şeylərdə...–Ravikə göz 
basdı – ölkə batır. Borc içində boğulur. Bunlarınkı dinc və yüngül həyatdır. 
Bizimlə bacarmayacaq! 
Ravikə elə gəlirdi ki, danışa bilməyəcək. Elə bilirdi ki, danışsa, əlindəki qədəhi 
stola çırpacaq, şüşə qırıqlarının hamısını onun gözünə soxacaq... Ehtiyatla daş kimi 
ağır qədəhi götürdü, axıracan içdi, sakitcə qaytarıb yerinə qoydu. 
– Bu, nədir? – Haake soruşdu. 
– «Perno». «Absent» əvəzidir. 
– «Absent» barədə eşitmişəm. Fransızları kişilikdən salan o deyil? – Haake irişdi. – 
Bağışlayın, sizi nəzərdə tutmuram. 
– «Absent» qadağandır. Bu da onun əvəzinədir, ziyansızdır. «Absent» adamı 
kişilikdən salmır, ancaq nəsil artırmağa qoymur, ona görə də qadağan olunub. Mən 
içdiyim anis almasından çəkilmiş araqdır, biyan dadı verir. 
Yox, danışa bilirmiş! Hətta heç həyəcanlanmır da! Suallara da sakitcə, sərrast 
cavab verirdi. Tufan haradasa daxilində idi, hay salırdı, uğuldayırdı, ancaq üzdən 
sakit idi... 
– Burada yaşayırsınız? – Haake soruşdu. 
– Bəli. 
213 
– Çoxdan? 
– Anadan olandan. 
– Aydındır! Xarici ölkədə yaşayan alman! Burada anadan olmusunuz? 
Ravik başını tərpətdi. Haake konyakını içdi: 
– Xalqımızın ən yaxşı oğullarından bir neçəsi də xaricdə yaşayan almanlardır, – 
dedi. – Fürerin müavini Misirdə anadan olub. Rozenberq Rusiyada, Darre isə 
Argentinada doğulub. Hər şey dünyagörüşündən asılıdır, düz demirəm? 
– Tamamilə düzdür. 
– Sizin də belə fikirləşəcəyinizi bilirdim! – Haakenin üz-gözündən razılıq yağırdı. 
O, bir az stola tərəf əyildi və deyəsən, stolun altında dabanlarını da cütlədi. –Yeri 
gəlmişkən, özümü təqdim edim: fon Haake! 
Ravik də eyni əda ilə cavab verdi: 
– Horn! 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə