– Heç nə, hansı maşınınsa təkəri partladı.
Sürücü geri döndü. Onun rəngi qaçmışdı.
– Bu...
– Sürün!–Ravik ona aman vermədi.–İndi keçmək olar. Küçə tamam boşalmışdı.–
Sanki, külək hər şeyi süpürüb aparmışdı. – Tez olun!–Ravik səsləndi.
Kambron küçəsi tərəfdən qışqırtı eşidilirdi... Yenə güllə açıldı... Sürücü maşını
tərpətdi.
Onlar üzü bağa düzəldilmiş artırmada dayanmışdılar. Hamı bal paltarında idi.
Ağacların kölgə düşən aralalarında qızılgüllər açmışdı. Çıraqların içindəki şamların
közərtisi sayrışırdı. Hansı pavilyondasa balaca bir orkestr menuet çalırdı. Bütün bu
mənzərə Vattonun əsərini xatırladırdı. Elə bil, hər şey canlanmışdı...
– Gözəldir?–Ket soruşdu.
– Bəli.
– Doğrudan?
– Bəli, Ket. Ən azı uzaqdan yaxşı görünür.
– Gəlin bir az bağda gəzək.
Hündür, qocaman ağacların altında qeyri-adi bir mənzərə yaranmışdı.
Saysızhesabsız
şamların titrək şöləsi gümüşü, qızılı zərxaraların, gömgöy, çəhrayı, dəniz
rəngli, bahalı məxmərlərin üstünə düşür, kişilərin uzunsaçlı pariklərində,
qadınlarınsa həzin skripka səsinin oxşadığı çılpaq, ənlik-kirşanlı çiyinlərində bərq
vururdu. Adamlar cüt-cüt, dəstə-dəstə gəzişir, qılıncların qəbzələri işıldayır,
haradasa fəvvarə şırıldayır və fıstıq ağacları da, sanki, bunlardan məst olub,
səssizsəmirsiz
uyuyurdu...
Ravik gördü ki, xidmətçilər də bal paltarı geyib. Fikirləşdi ki, xəfiyyələr də
paltarlarını dəyişmiş olar. Birdən Molyer, ya da Rasin gəlib onu yaxalaya... Lap
kef olar! Ya da elə, ləzzət üçün, saray təlxəyi...
Qəflətən əlinin üstünə iri bir yağış damlası düşdü. Başını qaldırıb göyə baxdı.
Bayaq qızılı rəngə çalan səmanı qara buludlar qoynuna almışdı...
– Yağış yağır, Ket.
– Ola bilməz! Bağ...
– Yağacaq, tez qaçaq...
Ravik onun qolundan tutub artırmaya gətirdi. Yenicə çatmışdılar ki, leysan başladı,
nə başladı! Elə bil, göydən su ələnirdi. Çıraqdakı şamlar söndü, bir neçə saniyə
keçməmiş rəngarəng dekorasiyalar yaş əskiyə döndü; çaxnaşma düşdü. Markizalar,
hersoginyalar, saray xanımları zərxara paltarlarının ətəklərini yığışdıraraq,
artırmaya qaçdılar. Qraflar, əlahəzrətlər, feldmarşallar pariklərini tuta-tuta
hürküdülmüş toyuq-cücə kimi pərən-pərən düşmüşdülər. Yağış pariklərin,
234
yaxalıqların, çiyni açıq paltarların üstü ilə sel kimi axır, ənlik-kirşanı yuyub
aparırdı. Göydə boğuq bir şimşək oynadı, bağ bircə anlığa tutqun işığa boyandı və
sonra ildırım çaxdı.
Çadırın altında hərəkətsiz dayanmış Ket, Ravikə qısılmışdı.
– Heç vaxt belə olmamışdı...–Ket lap özünü itirmişdi.–Mən bura tez-tez gəlirəm.
Heç vaxt belə olmamışdı... Heç vaxt!
– Zümrüdləri çırpışdırmaq üçün əla şəraitdir.
– Doğru deyirsiniz. İlahi, bu...
Əyinlərinə plaş geyib başlarına çətir tutmuş xidmətçilər bağda ora-bura
qaçışırdılar. Qayığa oxşayan ipək məstləri plaşın altından qəribə görünürdü. Onlar
bağda azaraq islanmış saray xanımlarının əlindən tutub, artırmaya gətirir, sonra
qayıdıb, haradasa düşüb qalmış bürüncəkləri, itən şeyləri axtarırdılar. Hansısa bir
çüt qızılı ayaqqabı gətirdi. Onlar çox zərif idi və xidmətçi onları ehtiyatla
tutmuşdu. Yağış boş qalmış stolların üstünü yuyur və tarım çəkilmiş günlükləri elə
döyəcləyirdi ki, deyərdin, səma büllur çubuqlarla təbil çalır, kimisə yürüşə
çağırırdı...
– İçəri gedək, Ravik.
Otaqlar qonaqlar üçün darlıq eləyirdi. Deyəsən, heç gəs belə hava olacağını
gözləməmişdi. Yağışdan qabaqkı bürkünün hamısı içəri dolmuşdu. Üstəlik də
camaatın nəfəsi... Qadınların yerlə sürünən ətəkləri ayaq altda qalır, ipək o dəqiqə
də cırılırdı. Elə sıxlıq idi ki, tərpənmək olmurdu...
Raviklə Ket qapının yanında durmuşdular. Lap yaxında dayanmış markiza de
Montespanın nəfəsi Ravikin üzünə vururdu. Qadın tamam suyun içində idi, saçı
pırpızlanmışdı. İri məsaməli boğazından armudşəkilli brilyant boyunbağı asılmışdı,
elə bil, islanıb cücəyə dönmüş göysatan karnavala gəlmişdi. Onun yanında da
güdmülçənə, dazbaş bir kişi öskürürdü. Ravik onu tanıdı: xarici işlər nazirliyində
işləyən Blanşe idi, özünü Kolberə oxşatmışdı. Ondan bir az o yana iki qəşəng, şax
qamətli saray xanımı dayanmışdı və yan tərəfdən baxanda ov itlərinə oxşayırdılar.
Kök, ucadan danışan, başına daş-qaşla bəzədilmiş şlyapa qoymuş yəhudi baron da
ləzzətlə onların çılpaq çiyinlərini sığallayırdı. Paj paltarında bir neçə cənubi
amerikalı da təəccüblə, diqqətlə ona baxırdı. Markiza Lavaler kimi geyinmiş
qrafinya Bellen də onların arasında idi və yerə enmiş məlakəyə oxşayırdı, çoxlu da
yaqut taxmışdı. Yadına düşdü ki, bir il qabaq Düranın diaqnozu ilə onun
yumurtalığını kəsib götürdü... Ümumiyyətlə, bunların hamısı Düranın adamları idi.
Bir-iki addım o tərəfdə dayanmış gənc, varlı baronessa Ranpları da tanıdı.
Baronessa ingilisə ərə gedəndən sonra Ravik Düranın səhv diaqnozu ilə onun
uşaqlığını kəsib götürmüşdü. Katibəsinin dediyinə görə, Düran ondan beş min
frank almışdı. Ravikə isə ikicə yüz çatmışdı. Bununla qadının ömrü on il azalmış,
uşağı olmaq imkanını da tamam itirmişdi...
Yağış qoxusu, boğanaq hava, ətir, tər iyi, nəm saçların rayihəsi bir-birinə
qarışmışdı. Yağış üzlərdəki ənlik-kirşanı yuyub aparmışdı və onlar pariklərin
altında olduğundan da çılpaq görünürdülər. Ravik ətrafına göz gəzdirdi. Çox
gözəllər gördü, çox ariflərə, hər şeyə şübhə ilə yanaşan zəka sahiblərinə rast gəldi.
Ancaq güclə sezilən xəstəlik əlamətləri də gözündən qaçmadı. Eyibsiz xarici
görkəmlər onu çaşdıra bilməzdi! Bilirdi ki, cəmiyyətin müəyyən dairələri bütün
235
əsrlərdə, istər böyük olsun, istərsə də kiçik, dəyişməz qalır. Bir də onu bilirdi ki,
qızdırma, tənəzzül nə deməkdir və onun simptomlarına yaxşı bələd idi: hara gəldi,
kiminlə oldu həvəssiz eyş-işrət, təbiətən zəif olduqlarından hər şeyə dözmək,
xeyirsiz idman, təmkinsiz ariflik, yumor xatirinə yumor, kiməsə yuxarıdan
Dostları ilə paylaş: |