Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə81/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   77   78   79   80   81   82   83   84   ...   112

qızına keçirə bilməyəcək. Düranın qaba əlləri bu zənciri qırmışdı. Bəs Düranın özü 
də həmin min-min nəsildən törəməmişdimi? Ellada da, İntibah dövrü də onun 
özünü, təkəsaqqalını yaratmaq üçün çiçəklənməmişdimi? 
– Əclaf... 
– Nə?–Veber soruşdu. 
Heç, boş şeydir... 
Ravik dikəldi: 
– Qurtardı... 
Ravik əvvəlcə saralmış məşum sifətə, işım-işım işıldayan saçlara, sonra da 
vedrənin içindəki qana bələnmiş tənziflərə baxdı. Bu sifəti gözəlləşdirən həmin qan 
idi... Axırda da Dürana baxdı... 
– Qurtardı, – deyə bir də təkrar elədi. 
Düran bihuşdarını kəsdi. Ravikin üzünə baxa bilmirdi. Gözləyirdi ki, tibb bacıları 
xərəyi gətirsinlər. Axırda da heç nə deməyib, onların dalınca getdi. Ravik Veberə 
tərəf döndü: 
– Sabah ondan beş min frank da əlavə istəyəcək. Deyəcək ki, ölümdən qurtarıb... 
– İndiki görkəmindən eləsinə oxşamır. 
– Bir gün az vaxt deyil. Peşmançılığın da ömrü az olur. Xüsusilə ortada qazanc 
söhbəti olanda... 
Ravik əllərini yudu. Əlüzyuyanın yanındakı pəncərədən baxanda gördü ki, üzbəüz 
evin pəncərəsində ətirşah gülləri çiçək açıb və onların altında da bomboz bir pişik 
oturub... 
Gecə saat birdə Düranın xəstəxanasına zəng vurdu. «Şəhrizad»dan danışırdı. 
Növbətçi tibb bacısı dedi ki, qadın yatır. İki saat bundan əvvəl halı pis olub. Veber 
orada imiş və ağrıkəsən dərman vurub. Deyəsən, indi hər şey qaydasına düşüb... 
Telefon köşkünün qapısını açanda kəskin ətir qoxusu üzünə vurdu. Saçlarını sarı 
rəngə boyamış bir qadın paltarını xışıldada-xışıldada, adama «gəl-gəl» deyə-deyə 
dəhlizin o başındakı ayaqyoluna tərəf gedirdi. Xəstəxanadakı qadının sarı saçları 
isə süni deyildi. Qızılı rəngə çalır, işım-işım işıldayırdı... Siqaret yandırıb, zala 
qayıtdı. Rus xoru özünün həmişəki «Qara gözlər» mahnısını oxuyurdu. Onlar bu 
mahnını iyirmi il idi ki, dünyanın hər yerində oxuyurdular «Faciə iyirmi il davam 
223 
eləyəndə, onun komediyaya çevrilmək qorxusu olur! – Ravik ürəyindən keçirdi. – 
Əsl faciənin ömrü qısa olsun gərək!» 
– Bağışlayın,–deyə o, Ketdən üzr istədi, – zəng vurmalı idim. 
– Hər şey qaydasındadır? 
– Hələlik elədir. 
«Niyə soruşur?–Ravik təşvişə düşdü. – Axı özünün vəziyyəti heç də yaxşı deyil?!» 
– Arzunuza çatdınız? – deyə o, araq dolu qrafini göstərdi. 
– Xeyr. 
– Xeyr? 
Ket başını buladı: 
– İndi yaydır, – dedi. – Yayda adam gecə restoranlarında yox, açıq havada, 
artırmada oturar. Mənə qalsa, lap elə çor vurmuş ağacın yanında da oturmaq olar. 
Qoy dörd tərəfinə də dəmir hasar çəkilmiş olsun... 


Ravik başını qaldıranda baxışları Joanla toqquşdu. Çox güman ki, o, zəng vurmağa 
gedəndə gəlmişdi. Əvvəlcə yox idi... İndi isə onunla üzbəüz küncdə oturmuşdu. 
– Bəlkə, başqa yerə getmək istəyirsiniz? – Ketdən soruşdu. 
Ket başını buladı: 
– Xeyr. Bəs siz? Çor vurmuş ağacın yanına? 
– Elə yerdə araq da çor dadar... Bura yaxşıdır. 
Xor daha oxumurdu. Orkestr oyun havası çalmağa başladı. Joan durub rəqs 
meydançasına sarı getdi. Ravik onu yaxşı görə bilmirdi. Kiminlə oynadığını da 
seçmirdi. Yalnız işıqvuranların zəif, göyümtül işığı gəzə-gəzə rəqs meydançasına 
gələndə o, bir anlığa görünür, sonra alaqaranlıqda gözdən itirdi... 
– Bu gün təşrih eləmisiniz? – Ket soruşdu. 
– Bəli. 
– Təşrihdən sonra restoranda oturmaq necədir? Elə bil, cəbhədən evə qayıtmısınız? 
Ya da ağır bir xəstəlikdən durmusunuz? 
– Həmişə elə olmur. Bəzən adam qəribə bir boşluq hiss edir... 
Joanın gözləri işıqvuranların solğun şüalarında parıldadı. Ravikə tərəf baxırdı. 
«Yox, qətiyyən, ürəyim deyil...–Ravik düşündü. – Nəsə başqa şeydir... Bəlkə də, 
mədəm ağrıyır. Günəş kələfinə nəsə toxunub... Bu haqda minlərlə şeir yazılıb... 
Yox, ora dəyən zərbə sən tərəfdən gəlməyib, ey rəqs meydançasında tərləyətərləyə 
süzən daşqəlbli afət! O zərbə beynimin qaranlıq guşələrindən qopur. Sən 
orada işıqla gizlənqaç oynayanda, təsadüfən hansı xətlərsə birləşir, həmin zərbə də 
qüvvətlənir...» 
– O, keçən dəfə burada oxuyan qadın deyil? – Ket soruşdu. 
– Odur. 
– Daha oxumur? 
– Deyəsən, oxumur. 
– Gözəldir... 
– Doğrudan? 
– Bəli, gözəldir, hələ bir az da o yana... Üz-gözündə həyat qaynayır. 
– Ola bilsin... 
Ket Ravikə qıyqacı bir nəzər salıb, kövrək təbəssümlə gülümsədi. Belə təbəssümün 
sonu çox vaxt göz yaşları olurdu... 
224 
– Mənə bir qədəh də araq süzün, Ravik. Onu da içim, gedək... 
Ravik duranda hiss elədi ki, Joan ona baxır. Ketin qoluna girdi. Bu heç lazım 
deyildi, Ket özü gedə bilirdi. Ançaq Ravikə elə gəldi ki, bunu görməyi Joana təsir 
eləməz... 
Onlar «Lankaster» mehmanxanasına çatanda Ket dedi: 
– Mənə bir yaxşılıq da edərsiniz, Ravik? 
– Əlbəttə! Bacardığım qədər... 
– Mənimlə Manfor balına gedərsiniz? 
– Bu, nə olan şeydir? Birinci dəfədir eşidirəm. 
Ket kresloya oturdu. Kreslo çox böyük idi, onu daha da arıq göstərirdi, lap Çin 
rəqqasəsinə oxşayırdı. Qaşları çatılmışdı. 
– Manfor balı Parisin yüksək cəmiyyəti üçün yay mövsümünün ən böyük hadisəsi 


hesab olunur. Gələn cümə günü Lüiz Manforun evində başlayıb, bağında 
qurtaracaq. Bu da sizə heç nə demir? 
– Heçcə nə... 
– Mənimlə gedərsiniz? 
– Məni ora buraxarlar? 
– Dəvətnamə taparam. 
Ravik onun üzünə baxdı: 
– Çox vacibdir, Ket? 
– Mən getmək istəyirəm... Ancaq tək yox... 
– Mən olmasam, tək gedərdiniz? 
– Bəli. Əvvəlcə getdiyim adamların heç biri ilə gedə bilmərəm. Daha dözə 
bilmirəm. Bilirsiniz niyə? 
– Bəli... 
– Bu, mənim Parisdə ən gözəl, həm də axırıncı bayramım olacaq. Son dörd ildə 
həmişə getmişəm. İndi sözünüz nədir? 
Ravik Ketin nə üçün onunla getmək istədiyini bilirdi. Bilirdi ki, özünü inamlı hiss 
edir. Ona görə də «yox» deyə bilməzdi... 
– Gedərəm, Ket. Mənə xüsusi dəvətnamə də lazım deyil. Zənnimcə, tək 
gəlməyəcəyinizi desəniz, kifayət eləyər. 
– Elədir. Təşəkkür edirəm, Ravik! Bu saat Sofi Manfora zəng edərəm. 
Ravik durdu: 
– Onda cümə günü gəlib götürərəm. Nə geyəcəksiniz? 
Ket gözlərini qaldırıb onu süzdü. Gur işıq onun başına yapıxmış saçlarında bərq 
vururdu. «Lap kərtənkələ başına oxşayır...–Ravik ürəyindən keçirdi –Ölümqabağı 
yetkinliyin bu cür zərif, soyuq, amansız gözəlliyi heç sağlamlığın özünə də qismət 
olmur...» 
– İndiyəçən ürəyimdən keçənlərin biri də elə bu idi...– Ket azacıq tərəddüddən 
sonra dilləndi. – Maskarad balıdır. Ravik, XIV Lüdovikin saray bağında 
keçiriləcək... 
– Allah, sən saxla!–Ravik təzədən oturdu. 
Keti gülmək tutdu. Bu gülüş saf, məsum uşaq gülüşü idi. 
– Yaxşı konyakım var, Ravik, içirsiniz? 
Ravik başını buladı: 
225 
– Gör camaat nələr fikirləşib tapır! 
– Hər il buna bənzər müsamirələr düzəldilir. 
– Bu, o deməkdir ki, mən də... 
– Hər şey mənim boynuma...–Ket tələsik onun sözünü kəsdi.–Siz narahat olmayın, 
kostyumu özüm taparam. Sadə olacaq... Heç geyib yoxlamaq da lazım deyil... 
Təkcə ölçünüzü deyin. 
– Deyəsən, ürəyim konyak istədi. 
Ket şüşəni ona uzatdı: 
– Ancaq «yox» deməyin, Ravik! 
Konyak süzüb içdi. «On iki gün!–Ravik ürəyindən keçirdi. – On iki gündən sonra 
Haake Parisə gələcək... Bu on iki günü birtəhər dözməliyəm. On iki gün!» 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə