Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə82/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   78   79   80   81   82   83   84   85   ...   112

İndi həyatı təkcə bu on iki gündən ibarət idi, ondan başqa heç nə haqda düşünə 
bilmirdi. Bu on iki günün arxasından dərin bir uçurum ağzını geniş açıb əsnəyirdi... 
Bu on iki günü necə keçirməyin heç bir fərqi yox idi... Geyim balı... Müəmmalarla 
dolu həmin on iki gündə bundan da gülməli bir şey ola bilərdimi? 
– Oldu, Ket! 
Qayıdanda yolunu Düranın xəstəxanasından saldı. Sarışın qadın yatırdı. Alnında 
tər damcıları düyünlənmişdi. 
Üzünün rəngi yerinə gəlmiş, dodaqları azacıq aralanmışdı. 
– Hərarəti neçədir? – Tibb bacısından soruşdu. 
– 37,8. 
– Pis deyil. 
Tər basmış sifətə tərəf əyildi. Qadının zəif nəfəsi üzünə vurdu. Bu nəfəsdən daha 
efir iyi gəlmirdi. Saf bir nəfəs idi, kəklikotu qoxusu verirdi. Kəklikotu! Nəyisə 
xatırladı... Şvartsvaldakı Alp çəmənliyi... Tövşüyə-tövşüyə, nəfəsi tutula-tutula 
qaçır, aşağıdan dalınca düşmüş adamların qışqırtısı eşidilir, kəklikotu iyi adamı lap 
məst edirdi... Qəribə idi, hər şey yaddan çıxır, qoxu isə burunda qalır. Kəklikotu! 
Onun qoxusu iyirmi ildən sonra da xatirələrin qurumuş qaysağını qoparacaq, 
Şvartsvalda qaçdığı günləri gözləri önündə elə canlandıracaq ki, deyəcəksən, 
bunlar hamısı dünən olub... «Yox, niyə iyirmi il?– Ravik ürəyindən keçirdi.–On 
ikicə gün!..» 
Şəhərin bürkülü küçələri ilə mehmanxanaya qayıtdı. Saat üçə az qalırdı. Pilləkənlə 
yuxarı qalxdı. Qapının ağzına ağ rəngli bir zərf qoyulmuşdu. Götürüb, ora-burasına 
baxdı. Üstündə onun adı yazılmışdı, ancaq nə markası, nə möhürü vardı «Joanın 
işidir»,–deyə fikirləşə-fikirləşə zərfi açdı. İçindən çek çıxdı. Düran göndərmişdi. 
Ravik biganəliklə rəqəmlərə baxdı. Gözlərinə inanmadı. Adətən, iki yüz frank 
olardı. Ancaq indi iki min idi! «Deyəsən, çox qorxub!–ürəyindən keçirdi.–Düran? 
İki min frank? Özü də gönüllü? Bu ki dünyanın səkkizinci möcüzəsidir!» 
Çeki pulqabına qoydu, bir neçə kitab götürüb, çarpayının yanındakı balaca stolun 
üstünə yığdı. Onları iki gün bundan qabaq almışdı ki, gözünə yuxu getməyəndə 
oxusun. Bu kitablar da qəribə olmuşdu, Ravik getdikcə mehrini onlara salırdı. 
Düzdür, onlar hər şeyi əvəz eləyə bilmirdi, ancaq Ravikə çox şeyin verə 
bilmədiyini bəxş edirdi. Xatırladı ki, didərgin düşdüyü ilk illərdə əlinə bircə kitab 
da götürməzdi. Hər gün rast gəldiyi dəhşətlərin qabağında onlar çox zəif 
görünürdü. İndi isə dağa dönmüşdü, adamı hər şeydən qoruya bilməsə də, onlara 
226 
arxalanmaq olardı. Ravikə elə böyük köməyi dəymirdi, ancaq zülmətlərlə dolu bir 
zəmanədə onu ümidsizlik girdabına düşməyə qoymurdu. Elə bu da yetərdi! Nə 
vaxtsa, kiminsə ağlına fikirlər gəlmişdi və indi həmin fikirlər hamıya gülünc 
görünsə də, hamının onlardan zəhləsi getsə də, nə vaxtsa insanların ağlına gəlmiş 
fikir kimi qalır, yaşayırdı... Elə bu da yetərdi... 
Ancaq kitabı əlinə götürməmiş telefon səsləndi. Dəstəyi götürmədi. Zəng ara 
vermirdi. Xeyli gözlədi və telefon susan təki dəstəyi qaldırdı, növbətçidən kimin 
zəng elədiyini soruşdu. 
– Adını demədi. – Növbətçi cavab verdi. Ravik dəstəkdən onun marçıltısını 
eşidirdi. 


– Qadın idi? 
–Bəli. 
–Ləhcə ilə danışırdı? 
– Bilmirəm...–Dəstəkdən yenə marçıltı səsi gəldi. 
Ravik Veberin xəstəxanasına zəng vurdu. Oradan zəng eləyən olmamışdı. Düranın 
xəstəxanasından da axtarmamışdılar. «Lankaster» mehmanxanasına da zəng elədi. 
Telefonçu qız dedi ki, oradan da zəng vuran olmayıb. Elə isə Joan idi. Yəqin, 
«Şəhrizad»dan zəng eləyirdi... 
Bir saatdan sonra telefon yenə səsləndi. Ravik kitabı stolun üstünə qoydu. Durub 
pəncərəyə sarı getdi. Dirsəklərini çərçivəyə söykəyib, küçəyə baxdı. Xəfif külək 
zanbaq iyini yuxarı vururdu. Mühacir Vizenhof solmuş qərənfilləri zanbaqla əvəz 
etmişdi. Ona görə də yay gecələrində evi qəbristanlıq, monastır qoxusu 
bürüyürdü... Ravik ayırd edə bilmədi ki, niyə Vizenhof qərənfilləri zanbaqla əvəz 
eləyib; Qoca Qoldberqin ruhunu yad etmək üçünmü, yoxsa taxta dibçəkdə yaxşı 
qaldığına görəmi... Telefon susurdu. «Bəlkə, bu gecə gözümə yuxu getdi»,–deyib 
Ravik yerinə uzandı... 
Joan gələndə yatmışdı. O içəri girən kimi işığı yandırıb, qapının ağzında dayandı. 
Ravik gözlərini açdı. 
– Təksən?–Joan soruşdu. 
–Yox! İşığı söndür, özün də çıx get! 
Joan bir anlığa tərəddüd etdi, sonra gedib vanna otağının qapısını açdı. 
– Yalançı!–O gülümsədi. 
– Cəhənnəm ol, yorulmuşam... 
– Yorulmusan? Nədən? 
– Yorulmuşam! Xoş getdin! 
Joan yaxına gəldi: 
– Evə yenicə qayıtmısan... Hər on dəqiqədən bir zəng vururdum. 
Joan oğrun-oğrun ona tərəf baxdı. Ravik onun yalanını üzə vurmadı. Paltarını 
dəyişmişdi. «Məşuqu ilə bir dəfə yatıb, sonra onu evə göndərib. Bura da gəlib ki, 
mənə yanıq versin, elə bilib, Ket yanımdadır və ona da göstərsin ki, mən alçaq bir 
arvadbazam, hər gecə yanıma cürbəcür qadınlar gəlib-gedir, məndən uzaq gəzsin», 
–deyə ürəyindən keçirdi. Özünü məcbur eləyib gülümsədi. Heyif ki, belə ağıllı, 
hiyləgər qurğulara, lap ziyanına da olsa, həmişə məftun olmuşdu... 
– Nəyə gülürsən?–Joan əsəbiləşdi. 
227 
– Kefim istəyir, gülürəm, sənə nə? Söndür işığı! Görkəmindən adam hürkür... Çıx 
get! 
Joan ona fikir vermədi. 
– Bayaq qoluna girib getdiyin fahişə kim idi? 
Ravik yerində dirsəkləndi: 
– Cəhənnəm ol, yoxsa əlimə keçəni təpənə çırparam! 
– Belə de...–Joan diqqətlə onun üzünə baxdı. – Belə oldu?! Gör hara gəlib çıxdı... 
Ravik siqaret götürdü: 
– Gülünc olma, Joan! Özün başqası ilə yaşayırsan, sonra da gəlib burada qısqanclıq 
teatrı çıxarırsan. Çıx get öz aktyorunun yanına, məni də rahat burax! 


– Bu ayrı şeydir... 
– Əlbəttə! 
– Əlbəttə, ayrı şeydir!–Joan güllə kimi açıldı.– Özün yaxşı bilirsən ki, ayrı şeydir! 
Elə şeydir ki, onunla bacarmıram, məni də bədbəxt elədi. Heç bilmirəm, necə 
gəldi... 
– Adam elə şeyi heç vaxt bilmir. 
Joan gözlərini qırpmadan ona baxırdı: 
– Sən... Sən özünə həmişə belə arxayın olmusan. Sənin bu arxayınlığın adamı dəli 
eləyir. Heç nə sənin özünə olan bu inamını sındıra bilmədi. Sənin bu ölçülü-biçili 
hərəkətinə nifrət edirəm! Həmişə də eləmişəm! Mənə elə adam lazımdır ki, məftun 
olmağı bacarsın! Elə adam lazımdır ki, dərdimdən dəli olsun! Elə adam lazımdır 
ki, mənsiz yaşaya bilməsin! Sən isə mənsiz yaşaya bilirsən. Həmişə də yaşamısan. 
Mən sənə lazım olmamışam! Sən soyuqsan! Sən ürəksizsən! Sənin məhəbbətdən 
xəbərin yoxdur! Mən səni heç vaxt ürəkdən sevməmişəm. Onda da yalan danışdım, 
dedim ki, iki ayın ayrılığı belə elədi. Lap getməmiş olsaydın da, belə olardı! 
Gülmə! Səninlə «o»nun fərqini bilirəm... Bilirəm ki, «o», sənin kimi ağıllı deyil, 
ancaq özünü mənim yolumda qurban eləyər, onun üçün bu dünyada var da mənəm, 
yox da mən! Bütün fikri, düşüncəsi mənəm! Məndən başqa heç kəsi istəmir, heç 
kəsi tanımır... Mənə də beləsi lazımdır! 
Joan tövşüyə-tövşüyə çarpayının yanında dayanmışdı. Ravik əlini kalvados 
şüşəsinə uzatdı: 
– Elə isə bura niyə gəlmisən? 
Joan o dəqiqə cavab verə bilmədi, sonra lap yavaşdan: 
– Özün bilirsən,–dedi.–Nə üçün soruşursan?! 
Ravik qədəhi doldurub ona uzatdı. 
– İstəmirəm... O qadın kim idi? 
– Xəstəmdir.–Ravikin yalan danışmağa həvəsi yox idi.–Özü də çox ağır xəstədir. 
– Yalan deyirsən! Elə şey uydur ki, bir az inandırıcı olsun. Xəstə qadın 
xəstəxanada olar, gecə restoranına getməz! 
Ravik qədəhi qaytarıb yerinə qoydu. Neyləyəsən, çox vaxt həqiqətin özü də yalan 
kimi səslənirdi! 
– Düz sözümdür. 
– Onu sevirsən? 
– Bunun sənə nə dəxli? 
– Sevirsən, ya yox? 
228 
– Doğrudan, bunun sənə nə dəxli? 
– Dəxli çoxdur! Nə qədər ki sən heç kəsi sevmirsən...– Joan duruxdu. 
– İndicə ona fahişə deyirdin, belə yerdə məhəbbətdən danışmaq olar? 
– Özüm qəsdlə elə dedim... O dəqiqə gördüm ki, eləsindən deyil. Buna görə də elə 
dedim. Fahişədən ötrü durub sənin yanına gəlməzdim. Sevirsənmi onu? 
– Söndür işığı, özün də çıx get! 
Joan bir az da ona yaxın gəldi: 
– Bilirəm... Gördüm...–dedi. 
– Rədd ol, get! Yorulmuşam... Bu ucuz həngamələri də yığışdır. Özün də bilirsən 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə