Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə78/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   74   75   76   77   78   79   80   81   ...   112

Əvvəlki ləqəblərindən biri idi... 
– Fon (21) Horn?–Haake soruşdu. 
– Bəli. 
Haake başını tərpətdi, tam arxayınlaşdı. Öz zümrəsindən olan adama tuş gəlmişdi. 
– Parisi yaxşı tanıyırsınız, elə deyilmi? 
– Bir balaca... 
– Muzeyləri nəzərdə tutmuram,–Haake bic-bic güldü. 
– Nəyi nəzərdə tutduğunuzu başa düşürəm. 
«Arilər nəslindən olan bu ali adam, deyəsən, özü bataqlığa düşmək istəyir, ancaq 
yaxşı yer tapa bilmir...–Ravik ürəyindən keçirdi.–Kaş başını tovlayıb onu dalda 
yerə, ya gözdən iraq bir meyxanaya, ya da ucqar bir fahişəxanaya çəkə biləydim!– 
Bu fikir onun beynindən ildırım sürəti ilə keçdi.–Elə yerə ki, qabağıma duran, 
əlimdən alan olmasın!» 
– Burada yaxşı yerlər çoxdur, eləmi? 
– Təzəlikcə Parisdəsiniz? 
– İki həftədən bir iki-üç günlüyə gəlirəm. Bu da bir növ nəzarətdir. Çox vacib işdir. 
Son ildə işlərimizi burada yaxşı qurmuşuq, əla gedir! Nə iş olduğunu deyə 
bilmərəm, ancaq...–Haake güldü.–Burada hər şeyi pulla almaq olar. Satqın 
millətdir. Az qala istədiklərimizin hamısını öyrənmişik. Çox əziyyət çəkmirik, 
özləri gəlib deyirlər. Vətəni satmaq da bunlarda vətənpərvərliyin bir növünə 
çevrilib. Çoxpartiyalılıq belədir. Qalib gəlmək üçün partiyalar bir-birini, beləliklə 
də, vətəni satırlar. Bu, bizim xeyrimizədir. Çoxlu həmfikir tapmışıq, hamısı da 
təsirli dairələrdəndir...–O, qədəhini qaldırıb içinə baxdı, boş olduğunu görüb, yerə 
qoydu. – Heç silahlanmır da... Elə bilir, silahlanmasa, onlarla işimiz olmayacaq. 
Təyyarələrinin, tanklarının sayını bilsəniz, özünə qəbir qazan bu xalqa gülməkdən 
ölərsiniz... 
Ravik onun dediklərinə qulaq asırdı. Bütün diqqətini cəmləmişdi, ancaq buna 
baxmayaraq, hər şey – stollar da, xidmətçilər də, axşam sərinliyində qaynayan 
həyat da, küçələrdə şütüyən maşınlar da, evlərin başına dolanan ay da, küçələrdə 
sayrışan al-əlvan reklamlar da, hətta bir vaxt onun həyatını məhv eləmiş, indisə 
üzbəüz oturub boşboğazlıq eləyən qatillər qatili də ona yuxu kimi gəlirdi... 
214 
İki şıq geyinmiş qız onların yanından keçəndə Ravikə baxıb gülümsədi. «Oziris»də 
işləyən İvetta ilə Marta idi. Bu gün istirahət edirdilər... 
– Lənət şeytana, əntiqə şeylərdir! – deyə Haake onların dalınca baxdı. 
«Kaş dalda bir küçədə əlimə düşəydi! Dar, bomboş küçə olaydı.. Ya da Bulon 
meşəsində...» – Ravik ürəyindən keçirdi. 
– Bu xanımların çörək pulu məhəbbətdən çıxır, – dedi. 
Haake onların arxasınca baxdı: 
– Pis deyillər. Zənnimcə, sizin başınız belə şeylərdən yaxşı çıxmalıdır,–deyib 
Haake yenə konyak sifariş verdi. – İcazə verin, sizi də qonaq eləyim. 
– Təşəkkür edirəm. «Perno» içəcəyəm. 
– Deyilənə görə, burada yaxşı yerlər var, adam görəndə ağlı başından çıxır. – 
Haakenin gözləri parıldadı. O vaxt gestaponun zirzəmisindəki gur işıqda da beləcə 
parıldamışdı... 


«İndi onları yada salmaq lazım deyil, – Ravik ürəyindən keçirdi. – İndi olmaz!» 
– Heç birində olmamısınız? 
– Bir neçəsində olmuşam. Əlbəttə, tanışlıq məqsədilə getmişəm. Bu xalq hara 
yuvarlanır? Çox güman ki, mən hələ yaxşılarında olmamışam. Əlbəttə, ehtiyat 
elədim, adam elə yerlərdə tez ilişər. 
Ravik başını tərpətdi: 
– O sarıdan narahat olmağa dəyməz. Burada elə yerlər var ki, ora turist ayağı 
dəymir. 
– Eləsini tanıyırsınız? 
– Əlbəttə, lap ürəyiniz istəyən kimi. 
Haake ikinci konyakı da içdi. Lap arxayınlaşdı. Almaniyadakı əngəllər burada yox 
idi. Ravik gördü ki, o heç nədən şübhələnmir və dedi: 
– Elə mən özüm də bu gün bir az əylənmək istəyirdim. 
– Doğrudan? 
– Bəli. Hərdən eləyirəm... Adam bacardığı qədər çox görüb-götürməlidir. 
– Düzdür! Çox düzdür! 
Haake onu bircə anlığa donuq nəzərlərlə süzdü. «Sərxoş eləmək lazımdır,–deyə 
Ravik ürəyindən keçirdi.–Başqa cür alınmasa, sərxoş eləyib qaranlıq yerə çəkmək 
lazımdır!» 
Haakenin üzündəki ifadə dəyişdi. Sərxoş deyil, sadəcə olaraq, fikrə gedibmiş... 
– Heyif!–nəhayət dilləndi.–Mən də gedərdim! 
Ravik dinmədi. Onu hürkütmək olmazdı. 
– Bu gün Berlinə qayıtmalıyam, – deyə Haake saatına baxdı.–Saat yarım vaxtım 
qalıb. 
Ravik halını pozmadı. «Mən də gedərəm, – ürəyindən keçirdi.–Yəqin, hansı 
mehmanxanayasa düşüb... Evdə qalmaz... Onunla otağına gedərəm, içəridəcə işini 
bitirərəm...» 
– İki tanış gələsidir, onları gözləyirəm. – Haake sözünə davam etdi.–İndi gəlirlər. 
Onlar da mənimlə gedirlər. Çamandanları vağzala qoymuşam. Buradan birbaş ora 
gedəcəyik. 
215 
«Əldən çıxdı!–Ravik ürəyindən keçirdi. Niyə tapançanı götürmədim? Mən axmaq 
niyə elə bildim ki, onda yanılmış olaram? İndi küçəyə çıxan kimi vurardım, qaçıb 
metroda gizlənərdim...» 
– Heyif!–Haake yenə təəssüfləndi. – Ancaq eybi yoxdur, bəlkə, gələn dəfə getdik. 
İki həftədən sonra yenə buradayam. 
Ravik dərindən nəfəs aldı: 
– Olsun,–dedi. 
– Harada yaşayırsınız? Gələn dəfə zəng vurardım. 
– «Prins de Qall» mehmanxanasında. Elə bu küçədədir. 
Haake cib dəftərçəsini çıxarıb, ünvanı yazdı. Ravik dəftərçənin yumşaq dəridən 
düzəldilmiş zərif üz qabığına baxdı. Nazik qələmi də qızıldan idi. «Görəsən orada 
nə yazılıb?–deyə ürəyindən keçirdi.–Yəqin, kimisə işgəncəyə, ölümə aparan 
xəbərlərdir...» 
Haake cib dəftərçəsini yerinə qoydu. 


– İndicə söhbət elədiyiniz də qəşəng idi,–dedi. 
Ravik bir anlığa çaşdı: 
– Onu deyirsiniz? Bəli, çox qəşəngdir. 
– Aktrisadır? 
– Ona oxşar şeydir. 
– Yaxından tanıyırsınız? 
– Bəli, yaxın tanışımdır. 
Haake dalğın halda harasa baxdı. 
– Burada ən çətin şey belə bir qəşəng qadınla tanış olmaqdır. Vaxt çox az olur, elə 
bir təsadüf də düşmür. 
– Düzələn işdir. 
– Doğrudan? Özünüzün marağınız yoxdur? 
– Nəyə? 
Haake sıxıla-sıxıla gülümsədi: 
– Məsələn, indicə söhbət elədiyiniz qadına... 
– Zərrə qədər də... 
– Lənət şeytana, pis olmazdı. Fransızdır? 
– Deyəsən, italyandır. Hələ başqa millətdən də qarışığı var. 
Haake irişdi: 
– Pis deyil. Bizdə beləsi olmur. Buraya da, necə deyərlər, başqa adla gəlirsən... 
– Başqa adla gəlirsiniz? 
Haake bir anlığa duruxdu, sonra gülümsədi: 
– Aydındır! Əlbəttə, yaxşı adamlar üçün öz adım var. Ancaq başqaları üçün tamam 
ayrı adamam. Yeri gəlmişkən, yaxşı yadıma düşdü, qaçqınlarla heç bir əlaqəniz 
yoxdur? 
– Çox az,–Ravik ehtiyatla cavab verdi. 
– Heyif! Bizə bu cür məlumatlar çox lazımdır. Hətta əvəzində pul da veririk.– 
Haake əlini qaldırdı.–Məlum şeydir ki, sizin əlaqəniz olmaz. Ancaq yenə də ən adi 
məlumat belə... 
Ravik hiss etdi ki, Haake onun üzünə baxır. 
– Ola bilər,–dedi.–Bilmək olmaz, bəlkə, nə vaxtsa rast gələrəm... 
216 
Haake stulunu ona yaxın çəkdi: 
– Bilirsinizmi, mənim bir işim də budur, əlaqələri tapıb öyrənmək. Hərdən izə 
düşmək çətin olur. Burada yaxşı adamlarımız var...–O, mənalı-mənalı qaşlarını 
dartdı.–Bizə görə bu işin başqa mənası var. Şərəfli vəzifədir... Bir sözlə, vətən 
qarşısındagı borcumuzdur... 
– Buna söz ola bilməz! 
Haake başını qaldırdı: 
– Tanışlarım gəldi.–Ürəyində hesablayandan sonra pul çıxarıb çini boşqabın içinə 
qoydu.–Qiymətlərin boşqabın üstünə yazılmısı çox rahatdır. Bunu bizdə də tətbiq 
etmək lazımdır...– O durub, əlini Ravikə uzatdı. – Hələlik, cənab fon Horn, sizinlə 
tanış olduğuma çox şadam. İki həftədən sonra zəng vuracağam,–deyib gülümsədi.– 
Şübhəsiz ki, hər şey aramızda qalacaq. 
– Sözsüz! Zəng vurmağı unutmayın. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə