baxmaq, macəra həvəsi, şit tamahkarlıq, cilalanmış fatalizm, məqsədsizlik...
«Belələri dünyanı heç vaxt xilas eləyə bilməz,–deyə ürəyindən keçirdi.–Bəs kim
xilas eləyə bilər?» Ketin üzünə baxdı.
– İçməyə bir şey olmadı,–Ket təəssüflə dilləndi.– Xidmətçilər bu qədər adamın
arasından keçə bilməz.
– Eybi yoxdur.
Onları yavaş-yavaş qonşu otağa sıxışdırdılar. Divarın dibində üstünə «Şampan»
düzülmüş stollar var idi və onları ortaya çəkib, tələsik açdılar.
Haradasa bir-iki şam yandırmışdılar. Bayırda çaxan şimşəklərin qığılcımları
onların zəif işığına qarışanda adamların sifəti bircə anlığa saralır, meyit rənginə
çalırdı. Sonra ildırım çaxır, otaqdakı səs-küyü öz gurultusunda itirib-batırır, bircə
anlığa otağa hakim kəsilir, hamını qorxudurdu. Sonra şamların zəif işığı təzədən
qayıdır və özü ilə canlanma, bürkü gətirirdi...
Ravik üstünə «Şampan» düzülmüş stollara işarə etdi:
– Sizə də gətirim?
– Xeyr, çox istidir.–Ket onun üzünə baxdı.–Bu da mənim bayramım...
– Bəlkə, yağış tez gəsdi.
– Xeyr, kəsməz. Kəssə də, xeyri yoxdur, hamısını korladı. Bilirsiniz, indi nə
istəyirəm? Getmək...
–Yaxşı oldu, elə mən də. Elə bil, indicə Fransa inqilabı başlayacaq, sanskülötlər
böyürdən çıxacaq...
Çox çətinliklə çıxa bildilər. Ketin paltarı elə kökə düşmüşdü ki, deyərdin, bir neçə
saat əynində yatıb. Bayırda selləmə qopmuşdu. Üzbəüz evlərə, sanki, pəncərəsində
sellər-sular oynayan gül mağazasından baxırdın: suyun içində üzürdü... Maşın
onların qabağına gəldi.
– Hara gedəcəksiniz, Ket? Mehmanxanaya?
– Hələ yox. Ancaq bu paltarda da heç yerə getmək olmaz. Şəhərdə bir az fırlanaq.
– Oldu.
Maşın asta-asta Parisin qaranlığa bürünmüş küçələri ilə süzürdü. Yağış ara
vermədən özünü maşına çırpır və onun səsindən başqa heç nə eşidilmirdi. «Zəfər
tağı»nın bomboz kölgəsi gümüş rəngli yağışın arasından boylanıb yox oldu.
«Yelisey çölləri»ndə sıralanmış mağazaların vitrinləri min rəngə çalırdı. Ron-Puen
küçəsini gül-çiçək qoxusu, ətir bürümüşdü və o, tüstü-duman içindən baş qaldıran
rəngarəng dalğaya oxşayırdı. Uzaqda qaralan «Konkor» meydanı tritanların,
nəhənglərin məskəni olan dəniz kimi nəhayətsiz idi... Rivoli küçəsi öz işıqlı tağları
ilə onlara tərəf üzürdü və sanki, Venesiyanın parıltısı bircə anlığa qaçıb bura
gəlmişdi. Sonra Luvr muzeyinin bomboz, əzəmətli binası, ucu-bucağı bilinməyən
həyəti, işıq süzülən pəncərələri göründü. Daha sonra isə sahil parkı... Sakit axan
çayların üstündə asta-asta yırğalanan körpülər... Yükdaşıyan qayıqlar... Yedəkçi
gəminin hərarət, təsəlli dolu işığı... Bu işıq, sanki, öz hərarətli qoynunda min-min
qaçqına vətən bəxş eləmişdi... Sena çayı... Bulvarlar avtobusla, səs-küylə,
236
adamlarla, mağazalarla dolu idi. Lüksemburq sarayının dəmir barmaqlıqları, ondan
bir az o tərəfdə isə Rilkenin kövrək şeirlərini andıran park... Unudulmuş, sükuta
qərq olmuş Monparnas qəbiristanlığı... Tez-tez bir-biri ilə kəsişən qədim ensiz
küçələr, evlər, gözlənilmədən qabağına çıxan sakit meydanlar, ağaclar, külək
döyən fasadlar, kilsələr, ovulmuş abidələr, küləyin yelləndirdiyi fənərlər,
torpaqdan baş qaldırmış istehkamlara oxşayan balaca ayaqyolular, otaqlarını
saathesabı kirayəyə verən mehmanxanalarla dolu döngələr, həmin döngələrin
arasında da qədim küçələr və bu küçələrdə də xalis rokoko, barokko üslubunda
tikilmiş evlər, Prustun romanlarında olduğu kimi, qaranlığa qərq olmuş
darvazalar...
Ket küncə qısılıb oturmuşdu və susurdu. Ravik siqaret çəkirdi. Elə bil, qaranlıq
maşının içində oturub, tüstüsüz siqaret çəkirdi və getdikcə hər şey öz gerçəkliyini
itirirdi. Sanki, bu gəzinti də, yağışın altında səssiz-səmirsiz süzən maşın da, bir-bir
geridə qalan küçələr də, bir küncə qısılıb oturan qadın da, onun əynindəki qeyri-adi
paltar da, bu paltarın üstündə sayrışan əlvan işıqlar da, zərxaranın üstünə süst
düşüb qalmış ölüm nişanəli əllər də həqiqət deyil, xəyali Parisdə hiss və
duyğularının, naməlum, səbəbsiz ayrılığın gövrəklik dolu xəyali bir səyahəti idi...
Haake yadına düşdü. Onunla nə edəcəyini dəqiqləşdirmək istədi. Ancaq bir şey
çıxmadı, sanki, yağış bütün fikir və düşüncələrini yuyub aparırdı. Təşrih elədiyi
qadını, sonra da Rotenburqdakı yağışlı gecəni, həmin gecəni birlikdə keçirdiyi
qadını xatırladı. Onu tamam unutmuşdu. Bir də «Ayzenhut» mehmanxanası, hansı
pəncərədənsə süzülən skripka səsi... 1917-ci ildə Flandriyanın laləli çöllərində
çovğuna düşüb ölmüş Romberq də yadına düşdü. O çovğun başqa çovğun idi və
alov kimi püskürürdü, uğultusundan qulaq tutulurdu. Sanki, Allah yer üzündəki
bəndələrindən bezmişdi, onları atəşə tutmuşdu... Sonra hot-holtsda dəniz niyadası
batalyonundan bir əsgərin qarmon çaldığını, həmin qarmonun səsindəki iniltini,
sızıltını, dözülməz həsrəti xatırladı. Yağışlı Roma, Ruanın nəm şosesi, həbs
düşərgəsi, əbədi noyabr yağışlarının döyəclədiyi baraklar xəyalından bir-bir gəlib
keçdi... Ölmüş ispan kəndliləri... Ağızları bir az aralı qalmışdı və yağış da orada
göllənmişdi... Klerin nəm, aydın sifəti... Haydelberq universitetinin yasəmən ətrinə
bürünmüş yolu... Keçmişin sehirli çırağı... Oradan baş qaldıran nəhayətsiz xatirələr
Parisin küçələri kimi bir-bir arxada qalır, gah zəhər olurdu, gah da təsəlli...
Siqareti söndürüb dikəldi. Daha bəsdir! Tez-tez geriyə baxan adam ya gedib
nəyəsə dəyər, ya da yıxılar...
Maşın Monmartrın döngələri ilə şütüyürdü. Yağış kəsmişdi. Göydə gümüşü rəngli
buludlar ağır-ağır sürünür, gah da yeyinləşir və boylu analar kimi balaca bir ay
doğmağa tələsirdi... Ket maşını saxlatdırdı. Onlar düşüb, bir neçə döngəni
üzüyuxarı piyada qalxdılar, sonra tinə buruldular...
İndi Paris ayaqlarının altında idi. Ucu-bucağı görünməyən, işıqları sayrışan, sulara
qərq olmuş Paris! Bu da onun küçələri, meydançaları... Gecəsi aylı, buludlu Paris!
Bu da onun çələngə oxşayan bulvarları... Sarımtıl işığa bələnmiş yamacları,
qüllələri, damları ilə özünü qaranlıqların qoynuna atmış Paris! Üfüqlərdən əsən
külək, işıq saçan düzənliklər, gah ağaran, gah qaralan körpülər, Sena çayı, lap
uzaqlarda onun üstündən oynayıb keçən şimşək, leysan yağış, maşınların
saysızhesabsız
işıqları... Arı pətəyi kimi qaynar həyatı ilə gecəni döyüşə çağıran, altından
237
milyon-milyon çirkli arxlar keçən, torpağın altındakı üfunətdən qidalanıb
Dostları ilə paylaş: |