Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə30/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   26   27   28   29   30   31   32   33   ...   95

 
5.  Muxtariyyətlərin  hüdudunu  təyin  etmək  daxili  Əsas 
Qanunlarını  tərtib  etmək  istər  məhəlli,  istərsə  də  milli 
muxtariyyətlərin öz məclisi-müəssisanlarında həll olunmalıdır.  
6.  Cümhuriyyət  heyətinə  daxil  olan  muxtariyyətlər  öz 
aralarında  müştərək  gördükləri  məqsəd  və  tələblər  üzərində 
əqdi-ittifaq edə bilməlidirlər. 
7. Cümlə muxtariyyətli əyalətlər mərkəzi hökumətə ancaq 
vətən müdafiəsi, məsquqat (pul kəsmə), gömrük, xarici siyasət, 
dəmir yolu, poçt, teleqraf və s. bu kimi işlərlə mərbut olmalıdır.  
8. Muxtariyyətli əyalətlər idari, mali, təşrii, mədəni və  ədli 
kimi daxili məsələlərdə müstəqil olmalıdırlar.  
9.  Rusiya  cümhuriyyətinin  ümumi  işlərini  idarə  etmək 
üçün  bütün  muxtariyyətlərin  nümayəndələrindən  ibarət  bir 
konqres təşkil olunmalıdır. 
10.  Hər  bir  muxtariyyətin  mərkəzində  qanun  qoymaq 
vəzifəsi  daşıyan  bir  məclisi-məbusan  və  qoyulacaq  qanunları 
icra etmək vəzifəsi daşıyan  bir Şurayi-vükəla (nazirlər şurası) 
təşkil olunmalıdır. 
11.  Hər  bir  muxtariyyətli  əyalət  məhəlli  işlərdə  geniş 
imtiyazlara malik vilayət, qəza və nahiyələrə bölünməlidir.  
Partiyanın  yeni  proqramında  həmçinin  milli  mənəvi 
dəyərlər və milli dövlət quruculuğu haqqında müddəalar da öz 
əksini tapmışdır. 
Bolşeviklərin  25  oktyabr  inqilabından  sonra  “Müsavat” 
partiyası  bir  müddət  bu  inqilabı  dəstəkləmiş  və  bolşevik 
hakimiyyətini  müvəqqəti  hökumətdən  daha  mütərəqqi  hesab 
etmişdir.  Partiyanın  7  noyabr  qətnaməsində  mövcud  siyasi 
duruma  belə  münasibət  bildirilmişdir:  “Müvəqqəti  hökumətin 
bütün  fəaliyyəti,  xüsusiylə  onun  müharibəni  uzatmağa 
yönəldilmiş xarici siyasəti, Rusiya xalqlarının milli tələblərinə 
münasibətdə tutduğu mövqe demokratiya üçün kifayət deyildi, 
bu,  hökumətin  süqutu  ilə  başa  çatdı.  ....siyasi  sabitliyin 
qorunmasında  bütün  məsuliyyət  hakimiyyətin  üzərinə  düşür. 
...hakimiyyətin  yalnız  müəyyən  bir  partiyanın  əlinə  keçməsi 
demokratiyanı inqilabın özü üçün büsbütün təhlükəli edə bilər, 


 
nəticədə  isə  əksinqilabın  güclənməsi  və  qələbəsi  labüdləşər. 
Məhz  bu  ümumi  mövqedən  çıxış  edərək,  “Müsavat”  partiyası 
hesab  edir  ki,  hakimiyyət  demokratik,  yekcins  olmalı,  inqilabi 
demokratiyanın  nümayəndələrindən  yaradılmalıdır”  (1.46, 
s.151).   
Müsavatı  bolşeviklərlə  yaxınlaşdıran  amillərdən  biri 
müsavatın  iqtisadi  məsələlərdə  (xüsusən  də  torpaq  mə-
sələsində)  əsasən  solçu  mövqedə  olması  ilə  yanaşı,  bu  siyasi 
qüvvələrin  müharibəyə  münasibətdə  eyni  mövqedə  olması,  ən 
əsası  isə  o  dövrdə  bolşeviklərin  millətlərə  öz  müqəddəratını 
təyin etmə  və hətta ayrılma hüququnu vəd edən yeganə partiya 
olması  idi.  Lakin  hadisələrin  sonrakı  inkişafı  əslində  bolşevik 
hakimiyyətinin  antitürk,  şovinist  və  imperialist  siyasət 
yeritdiyini üzə çıxartdı. 
8-12  noyabr,  1917-ci  ildə  Bakıda  “Müsavat”ın  rəhbərliyi 
ilə  Qafqaz  Müsəlmanları  Milli  Komitəsinin  Konfransı 
keçirilir. Konfransda Azərbaycanda muxtariyyətin  yaradılması 
üçün  Milli  Təşəbbüs  Məclisinin  yaradılması  qərara  alınır. 
Məclisin  fəaliyyəti  nəticəsində  hətta  ilkin  silahlı  qüvvələr  də 
yaradılır.  Belə  ki,  dekabrın  14-də  general  Levandovskinin 
imzası  ilə  Qafqaz  cəbhəsinin  bir  polku  Azərbaycan  ordusuna 
verilir.  
26-28  noyabr,  1917–ci  ildə  Ümumrusiya  Müəssisələr 
Məclisinə Zaqafqaziya üzrə  keçirilən seçkilərdə Müsavat 26 % 
səslə  Menşeviklərdən  (28  %)  sonra  ikinci  yerə  çıxır.  İnqilaba 
nail olmuş bolşeviklər seçkilərin nəticələrini tanımır və Müəs-
sisələr  Məclisini  buraxır.  Bundan  sonra  məclisin  Zaqafqaziya 
üzrə  üzvləri  Zaqafqaziya  Seymini  yaradırlar.  Seymin  ilk 
yığıncağı  23  fevral,  1918-ci  ildə  keçirilir.  Seymdə  seçkinin 
nəticələrinə  əsasən  menşeviklər-33,  “Müsavat”-30,  daşnaklar-
27,  Müsəlman  Sosialist  bloku-7,  Eserlər-5,  “Hümmət”-4, 
“İttihad”-3 yerə sahib olur. Beləliklə seymin 109 üzvündən 44-
ü müsəlman fraksiyasından olan üzvlər olur (1.46, s.154-155).   
Azərbaycanda  milli  qüvvələrin  böyük  nüfuzunu  görən 
bolşeviklər  S.Şaumyanın  başçılığı  ilə  dinc  türk-müsəlman 


 
əhalisinə  qarşı  martın  30-31-də  kütləvi  qırğın  törədir.  On 
minlərlə  türk-müsəlman  əhalisi  qətlə  yetirilir.  Qırğında  rus 
qoşunları  ilə  yanaşı  daşnak  silahlıları  da  fəal  iştirak  etmişlər. 
Bu  qırğına  bolşeviklər  tərəfindən  “sinfi  mübarizə”,  “vətəndaş 
müharibəsi” donu geyindirilmişdir.  
Aprelin  25-də  S.Şaumyanın  başçılığı  ilə  əksəriyyəti 
ermənilər  olmaqla  Bakı  Xalq  Komissarları  Soveti  (BXKS) 
yaradılır. Bakı bolşeviklərin hakimiyyəti altına keçir. 
Aprelin  22-də  Seym  özünü  müstəqil  dövlət  elan  edir. 
Lakin  seym  daxilində  olan  fikir  ayrılıqları  (əsasən  xarici 
siyasətlə  bağlı)  seymin  dağılmasını  qaçılmaz  edir.  Seymin 
mayın  26-da  keçirilən  son  iclasında  gürcü  fraksiyası  seymdən 
çıxdığını  elan  edir.  Bu  qərardan  sonra  seym  buraxılır.  Mayın 
27-də 
Azərbaycan 
fraksiyasının 
üzvləri 
tərəfindən 
M.Ə.Rəsulzadənin  sədrliyi  ilə  Milli  Şura  yaradılır.  Milli 
Şuranın  F.Xoyskinin  sədrliyi  ilə  9  nəfərlik  icraiyyə  komitəsi 
seçilir.  Mayın  28-də  şura  6  bənddən  ibarət  “İstiqlal 
bəyannaməsi”ni qəbul edir (1.46, s.171):  
1.  Bu  gündən  etibarən  Azərbaycan  xalqı  hakimiyyət 
haqqına malik olduğu kimi Cənub-Şərqi Zaqafqaziyadan ibarət 
Azərbaycan tam hüquqlu müstəqil dövlətdir. 
2.  Müstəqil  Azərbaycan  dövlətinin  şəkli-idarəsi  xalq 
cümhuriyyəti olaraq müəyyən edilir. 
3. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) bütün  xalqlar və 
xüsusən də qonşu xalqlar və dövlətlərlə dostluq  münasibətləri 
yaratmağa çalışacaq. 
4.  AXC  millət,  məzhəb,  sinif,  məslək  və  cins  fərqi 
gözləmədən  ərazisində  yaşayan  bütün  vətəndaşlarına  tam 
vətəndaşlıq və siyasi hüquqlar verir. 
5.  AXC  ərazisi  daxilində  yaşayan  bütün  xalqlara  sərbəst 
inkişafları üçün geniş imkan yaradır. 
6.  Müəssisələr  məclisi  toplanana  qədər  Azərbaycanın 
idarəçiliyi  Milli  Şuraya  və  onun  qarşısında  məsul  olan 
Müvəqqəti hökumətə məxsusdur. 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə