Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə31/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   27   28   29   30   31   32   33   34   ...   95

 
AXC  hökuməti  iyunun  16-da  İslam  Qrdusunun  hərbi 
dəstəyi  ilə    Gəncəyə  köçür.  İyulun  30-da  BXKS  fəaliyyətini 
dayandırmağa məcbur olur. Bakıda hakimiyyət eser-menşevik-
daşnaklardan  ibarət  “Sentrokaspi  diktaturası”nın  əlinə  keçir. 
Sentyabrın  15-də  İslam  ordusu  Bakını  Azad  edir.  Həmin  ayın 
17-də Azərbaycan hökuməti Bakıya köçür.  
 
 
Xalq Cümhuriyyəti dövründə Azərbaycanda 
aparılan milli-demokratik islahatlar. 
 
AXC türk dövlətçiliyi  tarixində çox mühüm  bir yer tutur. 
AXC  tarixdə  türk  və  hətta  bütün  müsəlman  dünyasında 
qurulmuş  ilk  respublika  olmuşdur.  Bu  respublika  yarandıqdan 
sonra  onun  rəhbərliyinin  2  illik  fəaliyyəti  həqiqi  milli, 
demokratik  və  dünyəvi  dövlət  quruculuğuna  yönəlmiş,  bu 
istiqamətdə  mühüm  islahatlar  aparılmışdır.  Belə  ki,  türk  dili 
dövlət dili elan edilmiş (27 iyun, 1918), milli ordu yaradılmış 
(26  iyun  1918),  milli  polis  orqanı  yaradılmış  (2  iyul,  1918), 
milli  pul  dövriyyəyə  buraxılmış  (1919-cu  ilin  əvvəlləri),
 
milli 
ideologiyamızın  əsas  prinsiplərini  özündə  əks  etdirən  üçrəngli 
dövlət bayrağı qəbul edilmiş (9 noyabr, 1918), milli azlıqların 
da təmsil  olunduğu parlament  yaradılmış  (1918-ci  il, noyabrın 
19-da  bu  haqda  qanun  qəbul  edilmiş,  dekabrın  7-də  ilk  iclas 
keçirilmiş,  Ə.Topçubaşov  sədr  seçilmişdir),  məktəblər 
milliləşdirilmiş (28 avqust, 1918), Bakı Universiteti yaradılmış 
(1918-ci  il,    sentyabrın  1-də  bu  haqda  qanun  qəbul  edilmiş, 
noyabrın 15-də fəaliyyətə başlamışdır), ölkə vətəndaşları təhsil 
almaq  üçün  Avropa  ölkələrinə  göndərilmiş,  qadınlara  seçki 
hüququ  verilmiş,  kəndlilər  torpaqla  təmin  edilmiş,  işçilərin 
sosial müdafiə məsələləri irəli sürülmüş və b. bu kimi mühüm 
tədbirlər həyata keçirilmişdir.  
Cümhuriyyət  rəhbərliyi  təhsilin  inkişafına  xüsusi  diqqət 
yetirmişdir.
 
Azərbaycan  hökumətinin  1918-ci  il,  28  avqust 
tarixli  qərarına  görə  bütün  ibtidai  tədris  müəssisələrində  təhsil 


 
şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan türk dilinin 
tədrisi  icbari  surətdə  həyata  keçirilməli  idi.  Hökumət  müəllim 
kadrlar  və  dərslik  çatışmazlığını  Türkiyədən  müəllimlərin 
dəvət  olunması  və  dərsliklərin  gətirilməsi,  qısamüddətli 
pedaqoji kursların açılması yolu ilə həll etməyə çalışmışdır. Bu 
dövrdə  xeyli  sayda  müəllim  kadrlar  və  ana  dilində  yeni 
dərsliklər hazırlanmışdır. 1919-cu ilin əvvəllərində ölkədə 600-
dən  çox  ibtidai  məktəb,  20-dən  çox  orta  ixtisas  məktəbi 
fəaliyyət göstərmişdir. 
Cümhuriyyət  rəhbərliyi  milli  şüurun  inkişafı,  tarix  və 
mədəniyyətimizin  toplanması  və  tədqiqi  sahəsində  də  xüsusi 
tədbirlər  həyata  keçirmişdir.  Bu  tədbirlərə  “Müsəlman  Şərqini 
Öyrənən  Cəmiyyət”  (1919)  və  “Yaşıl  qələm”  (1919)  ədəbi 
birliyinin  yaradılması,  Maarif  Nazirliyində  Arxeologiya 
şöbəsinin  (1920)  və  parlament  nəzdində  “İstiqlal”  muzeyinin 
açılmasını və s. misal göstərmək olar.  
Bu  qurumlar  içərisində  “YaĢıl  qələm”  ədəbi  birliyi 
özünün geniş əhatəli fəaliyyət proqramı ilə seçilmişdir. Birliyin 
adındakı  “yaşıl”  ifadəsi  bahar,  oyanış,  yenilik,  ümid  və  nicat 
rəmzi  kimi  qəbul  edilmişdir.  Milli  yazar  Seyid  Hüseynin 
(1887-1938) sədrliyi ilə 35 nəfərlə təsis edilmiş bu cəmiyyətin 
məramnaməsində  aşağıdakı  müddəalar  öz  əksini  tapmışdır 
(3.13, s.186): 
Cəmiyyətin  məqsədi  Azərbaycan  xalqının  fikri  yüksəlişinə 
çalışmaq  və  Azərbaycan  ədəbiyyatında  müşahidə  edilməkdə 
olan  yeniliyi  qüvvətləndirmək,  onu  türklüyə  və  sadələşməyə 
doğru sövq etməkdir. 
Cəmiyyət məqsədinə girmək üçün: 
-ədəbiyyatımızı təhlil və tarixi-ədəbiyyatımızı tərtib edəcək
;
 
-yazıçılıq  sənətinin  təşviq  və  təğriblə  sənət  həvəskarlarını 
və gənc mühərrirləri bir araya toplayaraq, onları ədəbi bir ailə 
halına vəz etməklə aralarında yazı müsabiqələri açacaq
-ədəbiyyatımıza ülum və fünuna aid konfranslar verəcək və 
referatlar tərtib edəcək


 
-milli  tariximizə  və  ənənatımıza  aid  əsərləri  toplayıb 
nəşrinə çalışacaq; 
-nəşriyyata  əhəmiyyət  verəcək,  ədəbi  məclislər  və qəzetlər 
təsis edəcək; 
-gənc  ədəbi  qüvvələri  yeni  ədəbiyyat  üsulu  ilə  aşina 
edəcək,  yeni  fikirlərin  onların  arasında  nəşvü-nümasına  səy 
göstərəcək; 
-xalqımızın  istifadəsinə  mucib  olan  bizə  aid  əcnəbi 
lisanlarda  yazılmış  mühüm  əsərlərin  dilimizə  nəql  və  tərcü-
məsinə,  itib-batmış  türk  lüğətlərinin  toplanmasına  çalı-
şacaqdır. 
Böyük xeyriyyəçi H.Z.Tağıyev Cümhuriyyət dövründə də 
təhsil,  maarif,  mədəniyyət  və  mətbuatla  bağlı  həyata  keçirilən 
bütün tədbirlərdə iştirak etmiş, son qəpiyini də əsirgəməmişdir. 
Cümhuriyyət  rəhbərliyi  dini  məsələləri  tənzimləmək 
istiqamətində də ciddi tədbirlər həyata keçirmişdir. 1918-ci ilin 
dekabrında  Qafqaz  müsəlmanlarının  birgə  ruhani  idarəsi 
yaradılmış və axund Ağa Əlizadə (1870-1954) bu idarəyə sədr 
–  şeyxülislam  təyin  edilmişdir.  Yeni  şeyxülislam  məzhəb 
ayrıseçkiliyini  rədd  edən,  mütərəqqi  fikirli,  milli  heysiyyəti 
güclü olan, parlamentin işinə kömək edən bir şəxs olmuşdur. 
1920-ci  il,  25-28  apreldə  11-ci  Qırmızı  Ordunun  Bakını 
işğal  etməsi  nəticəsində  AXC  süqut  edir  və  Azərbaycan 
bolşevik Rusiyasının tərkibinə daxil edilir. 
 
 
Sovet hakimiyyəti dövründə Quzey 
Azərbaycanda milli hərəkat 
 
Bolşevik  istilasından  sonra  Azərbaycanın  müxtəlif 
bölgələrində  bolşevik  hakimiyyətinə  qarşı  üsyanlar  (1924-cü 
ilə  qədər  ümumi  sayı  50-dən  cox)  baş  vermişdir.  Ən  böyük 
silahlı üsyan 1920-ci il, mayın 25-26-da Gəncədə F.Xoyski və 
N.Yusifbəylinin 
başçılığı  ilə  baş  vermişdir.  Üsyanda 
S.Şıxlinski,  M.M.Qacar,  S.Kazımbəyov  və  b.  hərbçilərin 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə