Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə85/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   81   82   83   84   85   86   87   88   ...   95

 
arasında  bağlanan  müqavilə  səviyyəsinə  endirmək  olmaz! 
Onda  bəri  başdan  ailənin  möhkəmliyindən  və  daimiliyindən 
imtina  etmiş  oluruq.  Həmçinin,  yalançı  nikahlar,  maddi 
maraqla  nikahdan  sui-istifadə  (xüsusən  qadın  tərəfindən) 
halları üçün geniş imkanlar açılmış olur. Bir sözlə, cəmiyyətin 
ailə təməllərini dağıtmaq üçün əlverişli şərait yaratmış oluruq.  
Fikrimizcə,  mükəmməl  ailə  məcəlləsi  olan  yerdə  nikah 
müqaviləsinə  nəinki  ehtiyac  yoxdur,  hətta  bunun  çoxlu 
fəsadları  ola  bilər.  Azərbaycan  Respublikasının  mövcud  ailə 
məcəlləsi  kifayət  qədər  geniş  və  mükəmməl  yazılmışdır. 
Burada  milli  ailə  ənənələrimiz  də  nəzərə  alınmışdır,  bir  çox 
ənənələrə  münasibətdə  qanunun  neytrallığı  gözlənilmişdir  ki, 
bu  da  ailə  ənənələrimizin  sərbəst  fəaliyyətinə  şərait  yaradır. 
Yəni bir çox ailə ənənələri məcəllə ilə məcburiləşdirilməsə də, 
qadağan  da  edilmir.  Məsələn,  ailənin  maddi  təminatına  ilk 
növbədə  kişinin  cavabdeh  olması  ənənəsi  məcəllədə  birbaşa 
qeyd  edilmir.  Həmçinin  bu  ənənənin  insanlar  tərəfindən 
yaşadılması  da    məcəllə  ilə  qadağan  deyil.  Lakin  məcəllədə 
boşanma  və  s.  hallarda  qadına  edilən  müəyyən  güzəştlər  ailə 
ənənələrinin  müəyyən  qədər  nəzərə  alındığını  göstərir. 
Məcəllədə boşanmadan sonrakı mülki məsələlər də mükəmməl 
şəkildə həll olunur. Belə ki, məcəlləyə görə boşanmadan sonra 
tərəflərin nikahda olduğu dövrdə əldə olunmuş və birgə istifadə 
olunan  əmlak  yarı  bölünür,  nikahdan  əvvəlki  dövrdə  əldə 
olunmuş  əmlak,  həmçinin  hər  kəsin  şəxsi  istifadəsində  olan 
əşyalar  isə  şəxsin  özünə  qalır.  Bu  şərtlər  isə  nikahdan  sui-
istifadə  hallarının,  o  cümlədən  maddi  maraqla  yalançı  (qeyri-
səmimi)  nikaha  girmə  hallarının  qarşısını  alır  və  ailə 
quruluşunun möhkəmliyinin qorunmasına xidmət edir.  
Qərb cəmiyyəti üçün bəlkə də nikah müqaviləsi mütərəqqi 
sayıla bilər. Çünki, orada onsuz da ailə dəyərləri xeyli dərəcədə 
itirilmişdir.  Burada  insanlar  ciddi,  daimi  ailə  həyatından  çox 
əsasən  cinsi  ehtiraslara  əsaslanan,  müvəqqəti,  məsuliyyət 
daşımadıqları həyata üstünlük verirlər. Və təbii ki, belə insanlar 
ailə  məcəlləsinin  məsuliyyətini  daşımamaq  üçün  rəsmi  nikaha 


 
girmək  istəmirlər.  Dövlət  isə  onlara  nikah  müqaviləsi  təklif 
etməklə  onları  ailə  məcəlləsinin  məsuliyyətindən  azad  edir  ki, 
təki  onların  münasibəti  rəsmiləşsin.  Çünki,  istənilən  halda 
rəsmiləşmiş  münasibətlərin  fəsadları  daha  az  olur.  Yəni  Qərb 
cəmiyyətində 
nikah  müqaviləsi  insanları  ciddi  ailə 
münasibətlərinə  yaxınlaşdırmağa  yönəldiyi  halda,  bizim 
cəmiyyətdə bu müqavılə insanları ciddi ailə münasibətlərindən 
uzaqlaşdırmağa xidmət edir.  
Bəzən  ailə  ənənələrimizin  korrupsiyaya  şərait  yaratdığını 
iddia edirlər. Misal da gətirirlər ki, kimsə rüşvət alır, korrupsi-
ya ilə məşğul olur və bunu ailə saxladığına görə etdiyini deyir. 
Öncə  onu  qeyd  edək  ki,  haram  gəlirlə  ailə  saxlamağa,  uşaq 
böyütməyə  ənənələrimizdə  heç  də  yaxşı  baxılmır  və  həmin 
fikir korrupsionerlərin “ailəcanlılıq” pərdəsi altında öz əməllinə 
bəraət qazandirmaq cəhdidir. Digər tərəfdən, korrupsiya, rüşvət 
almaq və vermək ənənəsi milli ənənə sayıla bilməz, çünki milli 
ənənələr  tarixin  sınağından  keçərək,  xalqın  içindən  –  “aşağı”-
dan gəlir və obyektiv xarakter daşıyır. Bu gün Azərbaycandakı 
korrupsiya  ənənəsi  isə,  əsasən  sosialist  sistemindən  qalma, 
subyektiv  xarakterli  idarəçilik  ənənəsidir  (“yuxarı”dan  gəlir). 
Yəni, milli yox, siyasi ənənədir.  
Bəzən  ailə  münasibətlərində  yaranan  problemlərin  əsas 
səbəbi  kimi  savadsızlıq  göstərilir.  Düzdür,  elmin,  savadın 
fərdlərin  və  bütövlükdə  cəmiyyətin  həyatında  və  inkişafında 
rolu  böyükdür.  Lakin  təəssüf  ki,  təcrübə  göstərir  ki,  ailə 
münasibətlərində savadlılıq, elmlilik heç də özünü doğrultmur. 
Ailə münasibətləri xüsusi mənəvi keyfiyyətlər tələb edir. Bəzən 
elə  savadlı,  alim  qadınlara  rast  gəlirik  ki,  ailədə  qaynana  kimi 
gəlininə münasibəti (və ya gəlin kimi qayınanasına münasibəti) 
yüz  illər  öncəki  qadınların  öz  gəlininə  (və  ya  qayınanasına) 
qərəzli münasibətindən demək olar ki, heç nə ilə fərqlənmir.     
Ailə  ənənələrimizin  aşınmasına  təsir  göstərən  amillərdən 
biri  də  telekanallarda  yayımlanan  Latın  Amerikası  serialla-
rıdır.  Bu  seriallar  maraqlıdır,  bunu  inkar  etmək  olmaz.  Hətta 
insanların  bu  seriallara  aludəçiliyi  az  qala  psixi  xəstəlik 


 
dərəcəsindədir.  Bəs  bu  seriallar  cəmiyyətə  nəyi  təbliğ  edir  və 
gənclərin tərbiyəsinə necə təsir göstərir?  
 
Kimdir  bu  serialların  müsbət  qəhrəmanları?  Milli 
dəyərlərimizə görə  “ismətsiz” və  ya “qeyrətsiz” adlandırıla bi-
ləcək qadınlar və ya kişilər. Bu seriallarda bəzən öz ailə namu-
sunu  qorumaq  üçün  mübarizə  aparan  kişilər  “mənfi  obraz” 
kimi  təqdim  olunur,  ailədən  kənar  doğulmuş  uşaqların  ata-
anaları  isə  “müsbət  obraz”  kimi  təqdim  olunur.  Açıq-saçıq 
geyimlər və səhnələr də  öz yerində. Bu seriallarda “sevgi” adı 
altında  cinsi  ehtiraslar  əsas  yer  tutur,  ailə  isə  ikincidərəcəli 
olmaqla  əsl  dəyərinə  malik  deyil.  Başqa  sözlə,  bu  serialların 
ideyasına görə xoşbəxt olmaq üçün daimi ailə vacib deyil, neçə 
dəfə  istəsən  evlənib-boşanmaq  olar,  əsas  odur  ki,  “sevgi” 
(əslində  isə  cinsi  ehtiraslar)  olsun,  o  da  ailədən  kənar  olsa  da 
olar.  Yəqin  ki,  bu  Latın  Amerikası  xalqlarının  öz  mənəvi 
dəyərləridir.  Bizim  dəyərlərimizə  görə  isə,  ailəsiz  nə  əsl  sevgi 
var,  nə  də  xoşbəxtlik.  Buradan  o  nəticə  çıxır  ki,  Latın 
Amerikası  serialları  bizim  üçün  ailəsizliyi  təbliğ  edir.  Belə 
təbliğat isə milli varlığımıza və inkişafımıza qarşı yönəlmiş bir 
təbliğatdır.  
Türkiyə  serialları  Latın  Amerikası  seriallarına  nisbətən 
milli dəyərlərimizə daha yaxın olsa da, yenə də daha çox Latın 
Amerıkası  seriallarını  təqlıd  edir.  Hətta  bəzi  Azərbaycan 
seriallarında  da  əsasən  Latın  Amerikası  seriallarının  təqlid 
olunduğunu görürük. Yaxşı olardı ki, öz filmlərimizdə öz milli 
mənəvi  dəyərlərimiz  təbliğ  edılsin,  Azərbaycan  ailəsinin  və 
Azərbaycan  qadınının  əsl  dəyəri  verilsin,  Vətən  və  Millət 
sevgisi  tərənnüm  olunsun.  Həyat,  ictımai  münasibətlər  yalnız 
cinsi  ehtiraslardan  ibarət  ola  bilməz.  İnsan  digər  canlılardan 
fərqli olaraq şüura, “ailə”, “vətən”, “millət” hissinə, elmi təfək-
kürə,  yaradıcılıq  instinktinə və s. malikdir. Bu xüsusiyyətlərin 
bəziləri  müəyyən  qədər  hətta  bəzi  heyvanlarda  da  var.  Belə 
olan təqdirdə filmlərin məzmunu elə olmalıdır ki, o məhz insan 
cəmiyyətinin inkişafına xidmət etsin, onun dağılmasına yox. 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə