Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə86/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   82   83   84   85   86   87   88   89   ...   95

 
Əgər Latın Amerikası serialları maraqlıdırsa və insanların 
müəyyən  mənəvi  tələbatlarını  ödəyirsə,  insanlar  ona  baxa 
bilərlər, ancaq unutmaq olmaz ki, bu bizim həyatımız deyil, bu 
bizə yad və daha aşağı səviyyəli bir həyatdır.  
Serial yayımında ən mühüm hadisələrdən biri 2012-ci ilin 
may  ayından  xarici  serialların  milli  telekanallarda  yayımının 
rəsmən qadağan edilməsi və yerli serialların çəkilməsinə dövlət 
tərəfindən maliyyə dəstəyinin verilməsi oldu. Sevindirici haldir 
ki,  yeni  çəkilən  və  yayımlanmaqda  olan  yerli  seriallarımızda  
artıq  təbiiliyi,  realizmi,  öz  milli  dəyərlərimizə  uyğun  həyat 
tərzini görə bilirik. 
Ailə  dəyərlərimizin  aşınmasına  səbəb  olan  amillərdən  biri 
də müasir Ģou-biznesdə hökm sürən müəyyən tendensiyalardır. 
Şou-biznes  xadimləri,  xüsusən  də  estrada  müğənniləri  ailə 
dəyərlərimizə  zidd  həyat  tərzi  ilə  xalqın  qarşısına  çıxanda  və 
təbliğ  olunanda  bu,  yeniyetmə  və  gənclərin  tərbiyəsinə, 
dünyagörüşünə  təsirsiz  qalmır.  Belə  ki,  incəsənət  xadimləri, 
özəlliklə də müğənnilər həmişə cəmiyyətin diqqət  mərkəzində 
olur.  Onlara  pərəstiş  edilir,  gənclər  müğənniləri  özlərinə  ideal 
seçirlər, onlara bənzəmək istəyirlər. Xüsusən də telekanallarda, 
qəzet  və  jurnallarda  müğənnilərin  dönə-dönə  təbliğ  olunduğu 
bir  vaxtda.  Lakin  öz  bədənini  nümayiş  etdirməklə  karyera 
qazanan,  “ailəmi  sənətimə  qurban  vermişəm”  deyən  (əslində 
əxlaqını  pula  və  şöhrətə  qurban  verən)  üzdəniraq  müğənnilər 
heç  vaxt  Azərbaycan  qadınına  nümunə  ola  bilməzlər!  Bəzən 
müğənnilər  cinsi  əxlaqdan,  ailə  tərbiyəsindən  kənar  bu  davra-
nışları  müğənnilik  sənətinin  ayrilmaz  tərkib  hissəsi  olduğunu 
deməklə  özlərinə  bəraət  qazandırmaq  istəyirlər.  Bu  fikir 
Avropa  xalqları  üçün  doğru  qəbul  oluna  bilər,  çünki,  onlarda 
adət ənənələr, mentalitet, ailə və tərbiyə anlayışları bizdəkindən 
fərqlidir. Bizdə isə gənclərimizin milli əxlaqını, ailə tərbiyəsini 
pozan  heç  nəyi  doğru  qəbul  etmək  olmaz  və  heç  kim  deyə 
bilməz  ki,  müğənnilərin  abır-həyadan,  əxlaqdan  kənar  dav-
ranışları  və  hərəkətləri  olmadan  onların  oxuduğu  mahnılar 
sevilə bilməz.  


 
Düzdür,  istənilən  halda  insanlar  həyatda  hansısa  yolu 
özlərinə  rəva  bilməkdə  azaddırlar.  Sadəcə  olaraq  şou-
biznesdəki  ailə  dəyərlərimizə  zidd  olan  tendensiyanın  gənclər 
üçün bir nümunəyə çevrilməsinin, şou-biznes dairəsindən çıxıb 
kütləviləşməsinin qarşısını almaq lazımdır. Bu məsələdə dövlət 
siyasətinin  həlledici  rolu  var.  Belə  ki,  dövlət  tərəfindən  iste-
dadlı  sənətçilərə  dəstək  verilməli,  şou-biznesdə  gənclərimizin 
tərbiyəsini  və  əxlaqını  pozan  həyat  tərzinin    təbliğinin  qarşısı 
təbliğati və ya lazım gələrsə inzibati yolla alınmalıdır.  
Ailə  MMD-imiz  içərisində  çox  mühüm  yer  tutduğundan 
uyğun olaraq xalqımızın toy  adət-ənənələri  də çox zəngindir. 
Bu adət ənənələrin xeyli hissəsi bu gün də yaşadılır. Bir hissəsi 
isə  yalnız  söhbətlərdə  və  kitablarda  xatırlanır.  Xalqımız  toyu 
çox  sevir  və  toy-nişan  mərasimlərinə  çox  həvəslidir.  Bu  da 
təbiidir.  Belə  ki,  ailə  qurmaq,  normal  ailə  həyatı  sürmək 
mentalitetimizdə  xoşbəxtliyin  əsas  amillərindən  biri,  bəlkə  də 
birincisidir.  
Nikah-toy  adət-ənənələrimiz  xeyli  dərəcədə  toplanmış  və 
araşdırılmış  sahələrdəndir.  Əksər  insanlarımız  bu  adət-ənənə-
lərlə xeyli dərəcədə tanışdır. Biz isə bu adət-ənənələrdə müba-
hisə doğuran bəzi məqamlara toxunmağı lazım bilirik.  
Əksər  xalqlarda  olduğu  kimi  bizdə  də  ailə  qurmaqda 
“götürüb  qaçma”,  “qoşulub  qaçma”  və  sonradan  “barışıq” 
ənənələri vardır. Müasir dövrdə bu  ənənəni insan oğurluğu və 
zorakılıq  kimi  qiymətləndirməklə  onun  əleyhinə  çıxanlar  var. 
Əlbəttə  ki,  zorla  qız  qaçırma  ənənəsi  bu  gün  qətiyyən  qəbul 
oluna  bilməz.  Lakin  könüllü    (“qoşulub  qaçma”)  ənənəsinin 
müstəsna hallarda öz müsbət əhəmiyyəti olmuşdur. Belə ki, bu 
ənənə valideynlər narazı olduqda ailə qurmaq istəyən gənclərin 
öz məqsədlərini reallaşdırmağa şərait yaratmışdır. Başqa sözlə, 
bu  ənənə  gənclərin  həyat  yoldaşı  seçməkdə  azadlığını  təmin 
etmişdir. Bu gün də rəsmi nikaha girmək üçün oğlan və qızdan 
başqa  heç  kimin  razılığı  tələb  olunmur.  Əlbəttə  ki,  könüllü 
“götürüb qaçma” ənənəsi ən son variantdır və yalnız müstəsna 
hallarda məqbul sayıla bilər. Valideynlərin, böyüklərin razılığı 


 
və məsləhəti  ənənələrimizdə ilkin və əsas şərtdir. Lakin bəzən 
böyüklər  haqsız  və  əsassız  yerə  narazı  olduqda  könüllü  “gö-
türüb qaçma” (“qoşulub qaçma”) ənənəsi məqbul sayıla bilər.  
Azərbaycan  xalqı  digər  xalqlardan  yüksək  qonaq-
pərvərliyi  ilə fərqlənir. Xalqımızda qonaqpərvərlik ənənəsinin 
güclü olması özü də ailədən gəlir. Çünki, bu ənənə də ailə ilə 
bağlıdır. Ənənəmizə görə evə gəlmiş qonaq həddən artıq əziz, 
hörmətli  və  imtiyazlıdır.  Folklorşünaslığımızda  bu  ənənəmizə 
daim  toxunulmuşdur.  Tədqiqatçı  Ş.Bünyadova  tərəfindən  isə 
bu ənənəmiz ayrıca tədqiqat sahəsinə də çevrilmişdir (3.19)  
Xalq  adət-ənənələri  içərisində  mistik-dini  ənənələr  və 
inanclar  xüsusi  yer  tutur.  Məlumdur  ki,  bəşəriyyətin 
dünyagörüşü  qədim  dövrlərdən  müəyyən  sitayişlər  və 
mifologiyalar  şəklində  meydana  çıxmış,  daha  sonra  isə  dinlər 
formalaşmışdır  (bax,  səh.  206).  Dinlər  özündə  dinəqədərki 
dünyagörüşlərinin  ünsürlərini  saxlamışdır.  Hətta  bir  xalq  bir 
neçə din dəyişsə belə, qədim sitayişlər, mifologiyalar və öncəki 
dinlərdən  gələn  inancları  öz  şüurunda  saxlayır.  Türk  xalqları 
şamançılıq, Göy-Tanrıçılıq, maqçılıq/məcusilik (bu təlim bəzən 
şamançılıqla,  bəzən  də  zərdüştlük  və  atəşpərəstliklə  eyni-
ləşdirilir),  zərdüştlük,  manilik,  xristianlıq  və  b.  dinlərə  sitayiş 
etmiş,  VII-VIII  əsrlərdən  etibarən  isə  əksər  türk  xalqları 
sonuncu  səmavi  din  olan  islamı  qəbul  etmişdir.  Lakin  bu  gün 
türk  xalqlarının  böyük  əksəriyyəti  islam  dinini  qəbul  etmiş 
olsalar  da,  qədim  mifologiyalardan  və  dinlərdən  qalan 
müəyyən  inancları  bir  milli  ənənə  kimi  yaşatmaqdadır.  Hətta 
islama  aidiyyəti  olmayan  bir  çox  ənənələr  və  inanclar  islamla 
əlaqələndirilərək  və  ona  uyğunlaşdırılaraq  yaşadılır.  Məsələn, 
“yeddi”,  “qırx”  və  “əlli  iki”  kimi  yas  mərasimləri,  isla-
maqədərki  mistik  ənənələrin  (falçılıq,  cadugərlik,  magiya 
(maqçılıq),  ofsunçuluq,  münəccimlik  və  s.)  islamla  əla-
qələndirilərək  (kitab  açma,  dua  yazma,  bədəndən  cin  çıxatrma 
və  s.)    yaşadılması,  islamdan  çox-çox  əvvəl  yaranmış  novruz 
bayramı  ənənələrinin  islamla  əlaqələndirilərək  inkişaf  et-
dirilməsi və s. 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə