Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə89/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   85   86   87   88   89   90   91   92   ...   95

 
Milli 
rəqslərimiz  müəyyən  qədər  öyrənilmiş  və 
araşdırılmış  sahələrdəndir.  Milli  rəqslərimizin  toplanması, 
öyrənilməsi  və  tədrisi,  o  cümlədən  bu  rəqslərə  quruluşların 
verilməsi sahəsində görkəmli ziyalımız Əlibaba Abdullayevin 
(1915-80)  xüsusi  xidmətləri  olımuşdur.  Hazırda  milli 
rəqslərimiz  üzrə  yetişmiş  mütəxəssislər  və  peşəkar  rəqqaslar 
var.  Milli  rəqslərimizin  orta  və  ali  səviyyədə  tədrisi  həyata 
keçirilir.  
Sevindirici haldır ki, son illər əhalidə milli rəqs kurslarına 
meyl  xeyli  artıb.  Artıq  toylarda  xüsusi  rəqs  dərsi  almış 
gənclərin öz məharətlərini göstərməsi bir dəbə çevrilmişdir. Bu 
isə  milli  rəqslərimizin  qorunub  yaşadılacağına  və  gələcəkdə 
daha da inkişaf etdiriləcəyinə ümidləri artırır. 
Xalq  yaradıcılığımızda  unikal  sənət  sahələrindən  biri  də 
meyxana  sənətidir.  Son  vaxtlar  meyxananın  folklor  olub-
olmaması  məsələsi  xeyli  mübahisə  doğurur.  Fikrimizcə,  bu 
mübahisələrin  yaranmasının  əsas  səbəbi  folklorun  özünə 
baxışın  dəqiq  müəyyənləşdirilməməsidir.  Yəni,  meyxananın 
folklor olub-olmamasını müəyyən etməzdən  əvvəl, “folklor”  – 
“xalq  yaradıcılığı”  dedikdə  nə  başa  düşüldüyü,  bu  anlayışın 
hansı  yaradıcılıq  nümunələrini  əhatə  etdiyini  müəyyən-
ləşdirmək  lazımdır.  Bundan  sonra  məsələnin  həlli  o  qədər  də 
çətin deyil. 
Bildiyimiz  kimi  xalq  yaradıcılığı  fərdi  (müəllif)  ya-
radıcılığından  fərqləndirilir.  Lakin,  onlar  arasında  dəqiq  bir 
sərhəd  müəyyən  etmək  özü  də  xeyli  çətindir  (bax,  səh.  152-
154).
 
Meyxanaya 
gəldikdə, 
burada  sözlərin  müəllifi 
məlumdursa  və  hətta  bir  neçə  saniyə  ərzində  düşünülmüş, 
bəzən  qafiyə  xatirinə  deyilmişdirsə,  aydındır  ki,  bu  xalq 
ədəbiyyatı  deyil.  Yalnız  xüsusi  halda,  hansısa  meyxanaçının 
sözü  dildən-dilə  düşərsə,  cilalanarsa,  müəllifi  bilinmədən 
yaşadılarsa  və  sevilərsə  xalq  ədəbiyyatı  nümunəsi  kimi  qəbul 
oluna  bilər.  Lakin,  unutmaq  olmaz  ki,  folklor  yuxarıda  qeyd 
etdiyimiz kimi yalnız xalq ədəbiyyatından ibarət deyil. Xalqın 
şifahi  şəkildə  yaratdığı  və  yaşatdığı  ənənələr  və  musiqi  də 


 
folklordur.  Bu  baxımdan  meyxananın  xalq  tərəfindən  ya-
radılan,  yaşadılan  və  sevilən  ənənələri  (bədahətən  söz  demə, 
deyişmə, əyləndirmə və s.) və musiqisi folklordur. Yəni, mey-
xana  ədəbiyyat  kimi  yox,  ənənə  və  musiqi  kimi  folklordur. 
Məhz  bu  amilin  nəzərə  alınmaması,  folklorun  yalnız  xalq 
ədəbiyyatı  kimi  götürülməsi  meyxananın  folklora  aid  edilib-
edilməməsi məsələsində ciddi mübahisə yaradır.  
Meyxananın bir çox ünsürlərində (şeir forması kimi qoşma 
və  gəraylıdan  istifadə,  bədahətən  söz  demə,  deyişmə  və  vəsf 
etmə, bəzi ritmik aşıq havalarına yaxın musiqiyə malik olması) 
aşıq  sənətinə  yaxınlıq  var.  Bəzən,  bu  yaxınlıqdan  danışanlar 
aşıq sənətinə bağlı adamların güclü təpkisi ilə qarşılaşır. Lakin, 
unutmaq olmaz ki, bu yaxınlıq  əsasən formal xarakterlidir, bu 
sənətlər məzmununa, zənginliyinə və əhatə dairəsinə görə biri-
birindən  kəskin  fərqlənirlər.  Eyni  zamanda  bu  yaxınlıq  hər  iki 
sənətin  eyni  xalqın  vahid  mədəniyyətindən  qaynaqlandığını 
göstərir.  
Təəssüf  ki,  meyxananın  mənşəyi  lazımınca  araşdırıl-
mamışdır.  Meyxananın  mənşəyini  bəzən  dərvişlik,  bəzən  də 
aşıq  sənəti  ilə  bağlayırlar.  Hər  iki  versiyada  həqiqət  axtarmaq 
olar.  Lakin,  o  da  məlumdur  ki,  bu  gün  meyxana  sənəti  nə 
dərvişlikdir,  nə  də  aşıqlıq,  müstəqil  bir  janrdır.  Bu  müstəqil 
sənətin  formalaşması  isə  hər  halda  uzun  bir  tarixi  inkişaf 
prosesinin  nəticəsidir  və  mütləq  bir  mənşəyi  var.  Daha  bəzi-
lərinin  iddia  etdiyi  kimi,  meyxana  sənəti  XX  əsrin  əvvəllə-
rində Abşeronda birdən-birə “göydən düşməyib”. 
Milli  mənəvi  dəyərlərimizin  mühüm  ünsürlərindən  biri  də 
milli  kulinariyamızdır.  Yeməklər  özü  maddi  nemət  olsa  da, 
onların  nəsildən-nəslə  ötürülən  ənənəvi  hazırlanma  qaydaları 
mənəvi  dəyər  olaraq  xalq  yaradıcılığının  ayrılmaz  tərkib 
hissəsidir.  Milli  kulinariyamız  müəyyən  qədər  toplanmış  və 
araşdırılmaqda olan sahələrdəndir. Milli Kulinariya Mərkəzinin 
prezidenti,  tədqiqatçı  Tahir  Əmiraslanovun  bu  sahədəki 
xidmətlərini xüsusən qeyd etmək lazımdır. Onun rəhbərliyi ilə 
Azərbaycan  milli  yeməkləri  bir  çox  beynəlxalq  müsabiqələrin 


 
qalibi  olmuşdur.  Eyni  zamanda  T.Əmiraslanovun  elmi 
redaktorluğu  ilə  Azərbaycan  kulinariyasının  ensiklopediyası 
(3.15) da tərtib edilmişdir.  
Xalq  yaradıcılığında  çox  geniş  yer  tutan  təsviri   
dekorativ-tətbiqi  sənət  sahələri,  həmçinin  memarlıq  sənəti 
xalqın  həyat  tərzini  və  dünyagörüşünü,  o  cümlədən  bədii-
estetik  görüşlərini  özündə  əks  etdirir.  Bu  sənət  sahələri 
müəyyən  qədər  araşdırılmış  və  araşdırılmaqda  olan  sahələr-
dəndir.  
Tarixi  çox  qədim  olan  xalq  təsviri  sənəti  sahəsində 
miniatür  sənəti  xüsusi  yer  tutur.  Bu  sənətin  IX  əsrdə  uyğur 
türklərində meydana çıxdığı qeyd edilir. Orta Şərqdə isə tarixə 
məlum  ilk  miniatür  nümunələri  (XIII  əsrin  əvvəlləri) 
Azərbaycanla (Təbriz, Marağa və s.) bağlıdır. XV əsrdə Təbriz 
miniatür  məktəbi  tam  müstəqil  bədii  məktəb  kimi 
formalaşmışdır (3.57, s. 80-82; 2.5, VI cild, s. 577). Miniatürlər 
əsasən  kitablara  və  bədii  əsərlərə  illüstrasiyalar  kimi  çə-
kilmişdir.  Azərbaycan  miniatürləri  özündə  xalqımızın  mə-
dəniyyəti  və  tarixi  ilə  bağlı  zəngin  məlumatları  daşıdığından 
çox dəyərli sənət əsərləridir. 
Xalqımızın  dekorativ-tətbiqi  sənət  sahələri  (dulusçuluq, 
zərgərlik,  şəbəkəbəndlik,  bədii  oyma,  bədii  tikmə,  toxuma  və 
s.)  içərisində  xalçaçılıq  xüsusi  yer  tutur.  Belə  ki,  xalçaçılıq 
xalqımızın  ən  geniş  yayılmış  dekorativ-tətbiqi  sənət  sahəsidir. 
Bu  sahədə  nümunələrin  toplanması  və  tədqiqində  böyük 
ziyalımız  Lətif  Kərimovun  (1906-91)  misilsiz  xidmətləri 
olmuşdur.  Onun  məşhur  “Azərbaycan  xalçası”  əsərində 
Azərbaycan  xalçalarına  məxsus  1200-dən  artıq  ornament 
elementinin təhlili verilmişdir. 
Xalq yaradıcılığımızın mühüm tərkib hissələrindən biri də 
xalq  təbabətimizdir.  Türk  xalq  təbabətinə  el  dilində  
“türkəçarə” də deyirlər. Məlumdur ki, müasir tibb elminin əsası 
xalq  təbabətindən  gəlir.  Hələ  elm  və  texnikanın  inkişaf 
etmədiyi dövrdə insandakı xəstəliklər müəyyən edilmiş, həmin 
xəstəliklərə  xalq  dilində  ad  da  verilmiş  və  müalicə  yolları  da 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə