Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə367/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   363   364   365   366   367   368   369   370   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
309 
- 100 ildən artıq bir dövrdə Xaçmaz-Xudat zonasının Şollar kəndi yaxınlığında 24 quyudan və 32 
bulağın konteyr vasitəsilə yaradılmış su ötürücülərindən Bakıya 4 m
3
/s hüdudlarında 2 kəmərlə yüksək 
keyfiyyətli içməli su ötürülür. Xüsusilə qeyd edilməlidir ki,100 il ərzində quyularda və bulaqlarda sərfin 
azalması müşahidə olunmamışdır. 
- Samur-Qusarçay,Qudialçay,Qaraçay,Vəlvələçay,Şabrançay,Taxtakörpüçay və s. çaylar tədqiqat 
ərazisinin ən qiymətli təbii sərvətləri hesab edilir.Onlar yeraltı suların qidalanmasında və Bakıya gətirilən 
Samur-Abşeron kanalının qidalanmasında çox böyük rol oynayır. 
Son illərdə çayların sərfinin azalması,bir-sıra quyuların sərflərinin azalması müşahidə olunur.Yaxın 
illərdə tədqiqat ərazisindən Bakıya yeni su kəmərinin çəkilməsi nəzərdə tutulur. 
Bakı,Sumqayıt və bütünlükdə Abşeron yarımadasının su təchizatının yaxşılaşdırılması üçün ərazinin 
dördüncü dövr çöküntülərinin yeraltı suları(3,6,9 m
3
/s variantlarında) kəmərin çəkilməsi üçün layihənin 
əsaslandırılması Moskvada,SSRİ dövründə hələ 60-ci iləərin sonunda təsdiq edilmişdir. 
Yuxarıda qeyd edilənlərə əsasən Samur-Şabran və Qanıx-Əyriçay su hövzələrinin sugötürücü sahələri 
qoruq səviyyəsində mühafizə olunmalı,qlobal iqlim dəyişikliklərini nəzərə alaraq məlum tədbirlər 
görülməli,birinci növbədə meşə massivləri qorunmalı və genişləndirilməlidir. 
XX əsrin sonlarında respublika meşə ehtiyatlarının 48,8 %-i (592 min ha) Böyük Qafqaz regionunun 
payına düşürdü.Azərbaycan meşələrinin geniş ərazisi Böyük Qafqaz sıra dağlarının cənub və şimal-şərq 
yamacları hesab olunur. Qusar, Quba, Dəvəçi (Şabran), Siyəzən və Xızı inzibati rayonlarının cənub-qərb 
istiqamətlərindəki meşələri əhatə edir. 
Ümumiyyətlə, meşə ekosistemi torpağın, suyun, heyvanat aləminin, mikroorqanizmlərin vəhdətindən 
ibarətdir və ən qiymətli təbii sərvətdir. Odur ki,Böyük Qafqazın meşə massivlərinin sahəsinin azalmasına yol 
vermək 
olmaz,əksinə 
meşə 
massivlərinin 
genişləndirilməsinə 
diqqət 
artırılmalıdır.Meşələr 
iqlimə,atmosferə,çayların və digər su örtüklərinin hidroloji rejiminə əlverişli təsir göstərir, torpağı, külək və 
su eroziyasından qoruyur, su hövzələrinin o cümlədən yeraltı su hövzələrinin formalaşmasında rol oynayır. 
Qlobal iqlim dəyişmələrinin neqativ təsirini azaltmaq məqsədilə Azərbaycan maddi sərvəti olan meşələrin 
qorunması üçün təxirəsalınmaz tədbirlərin görülməsi müasir dövrümüzün tələbidir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   363   364   365   366   367   368   369   370   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə