Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə375/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   371   372   373   374   375   376   377   378   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
315 
toz alınır. Həmçinin əridilmə prosesində, azot və kükürd oksidləri, toz, CO, qeyri üzvi xlor və flüor 
birləşmələri və Ni, Se, As, Cd, Co, Cr, Pb kimi digər kənar elementlər də yaranır.
Kükürd oksidləri ən çox yanacaqda görülür. Təbii qazda bu olmadığı üçün, xammalın tərkibində olan 
kükürd əvvəlcə SO

şəklində sonra istiliyin və ərimə qazanlarının atmosferinin təsiri ilə SO
3
şəklində özünü 
biruzə verir. Azot oksidləri(NO
x
) özlərini, həm yanacaq yanma bacalarında, həm də ərimə qazanlarında 
göstərir. Şüşə istehsalında ən çox çirkləndirici azot oksidi NO-dur.
Təqribən 95%-ə qədər özünü biruzə verir. Yüksək istilik nəticəsində havada sərbəst halda olan azot 
oksigen ilə birləşir və bu çirkləndiricini yaradır. Daha sonra bir daha reaksiyaya girərək NO
2
əmələ gətirir. 
Azot birləşmələri bundan əlavə yanacağın və xammalın da tərkibində mövcud ola bilər. Cl və F həmçinin 
digər çirkləndiricilər isə özlərini xammalın tərkibindəki birləşmələr şəklində göstərir. Şüşələrin formaya 
salınması, müvafiq məqsədlərə uyğun məhsulların alınması və örtüklərin çəkilməsi zamanı da çirklənmələr 
müşahidə olunur.
Belə ki, şüşələrin formaya salınması zamanı şüşə ərintisinin qəliblərə yapışmasının qarşısını almaq 
məqsədi ilə müxtəlif yağlardan istifadə olunur. Temperaturun yüksək olması ilə əlaqədar olaraq yağlayıcı 
maddə böyük miqdarda buxarlanır. Örtüklərin çəkiləməsi zamanı isə çirkləndirici olaraq metal oksidləri
HCl, və uçucu üzvi birləşmələr yaranır.
Çirkləndirici maddələri təmizləmək və onların ətraf mühitə verdiyi zərəri azaltmaq prioritet məsələdir. 
Şüşə istehsalı xammalın praktiki olaraq itirilməməsi ilə gedən, demək olar ki, tullantısız texnologiyadır. 
Lakin baca qazlarının və avadanlıqlarda baş verən deqradasiyaların nəticəsində ətraf mühitə tullantılar 
atılmaqdadır. Az miqdarda soyutma işlərində və məişət şüşə əşyaların istehsalında su itkisi də mövcuddur.
Baca qazlarında NO
x
–in miqdarını azaltmaq məqsədi ilə, daha müasir sobaların istifadə olunması 
vacibdir. Həmçinin NO
x
qazlarını tutmaq üçün, selektiv katalitik reduksiya, selektiv olmayan katalitik 
reduksiya və keramik filtrlərə sərbəst azota qədər reduksiya etmək mümkündür. Kükürd oksidini və 
anhidritini desulfirizasiya metodları ilə neytrallaşdırmaq mümkündür. Həmçinin toz hissəciklərini, HCl və 
HF birləşmələrini yaş və quru qaz təmizləmə metodları ilə təmizləmək mümkündür. Tozları tullantı 
qazlarından təmizləmək üçün ilkin xammala 4% - ə qədər miqdarda su verilməsi və havalandırma 
sistemlərində elektrofiltrlər qoyularaq neytrallaşdırma da mümkündür.

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   371   372   373   374   375   376   377   378   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə