Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə373/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   369   370   371   372   373   374   375   376   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
314 
Bundan başqa bu üsulların üstünlüyü bir də оndadır ki, çох yüksək dərəcədə təmizləmə getdiyənə görə 
təmizlənmiş suyu su təchizatı sisteminə vermək оlur.[6] 
Dağlıq Qarabağ ərazisindən keçən caylar qonşu respublikalardan Ermənistanın Qafan mis-molibden 
yataqlarından Boxçuçaya axıdılan zərərli çayları ilə zəhərlənir. İstər torpaqda, istərsə də suda molibdenin 
artıqlığı canli orqanizmə və eyni zamanda bitkilərə toksiki təsiri cox yüksəkdir. Ədəbiyyat materiallarının 
araşdırılmsı götərir ki, molibdenin tərkibində 
N, O,
S
atomları olan sintetik sorbentlərlə daha davamlı 
xelat komplekslər əmələ gətirərək suyun tərkibindən ayrılır. 
Xelatəmələgətirici polimer sorbentlərin digər tip sorbentlərdən xarakterik fərqi polimer matrisada 
məhluldakı metal ionları ilə xelat tsiklləri əmələ gətirməklə qarşılıqlı təsirdə olmaq qabiliyyətinə malik 
kimyəvi aktiv qrupların olmasıdır. Bu qruplar polimer matrisaya ya kimyəvi modifikasiya yolu ilə daxil 
edilir, ya da polimer sorbentin sintezi prosesində əmələ gəlir. Xətti quruluşlu polimer matrisalar 
əsasında alınmış xelatəmələgətirici sorbentlər yüksək sorbsiya tutumuna malikdir.Bu sorbentlərin sintezi 
zamanı aktiv qrupların tam çevrilməsinə, həmçinin metal ionların sorbsiyasını yaxşılaşdıran liqandların 
əlverişli düzülüşü ilə şərtlənir. 
Molibdeni fərqləndirən cəhətlərdən biri onun məhlullarda müxtəlif ion şəklində olmasıdır. Bu 
xüsusiyyət elementin müxtəlif sintetik sorbentlərlə reaksiyaya girmə qabiliyyətinə eyni zamanda alınan 
məhsulların tərkibinə böyük təsir göstərir. 
Molibden(VI) ionlarının qatılaşdırılması üçün tərkiblərində tiosemikarbazid; p-aminofenol; m-aminofenol; 
p-amino salisil turşusu; tiokarbamid, 4-amino tiourasil; 2,4-diamin-6-fenil-triazin1,3,5;p-fenilendiamin; p-amino 
benzoy; 
o
-aminoarsenat turşusu fraqmentləri saxlayan müxtəlif matrisalarla modifikasiya edərək 
xelatəmələgətirici polimer sorbentlər sintez etmək və sorbsion üsuldan istifadə edərək ağır metalların 
təmizlənməsində istifadə etmək olar.
Ağır metallardan Mo ionunun sorbsiyası aparılmış və tərkibində p-amino salisil (sorbsiya tutumu 549 
mq/q), 4-amino tiourasil salisil (sorbsiya tutumu 496mq/q), və p-amino benzoy turşusu salisil (sorbsiya tutumu 
511 mq/q) fraqmentləri saxlayan sorbentlər daha effektivdirlər. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   369   370   371   372   373   374   375   376   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə