Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə372/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   368   369   370   371   372   373   374   375   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
313 
İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ YERLƏŞƏN ÇİRKLƏNMİŞ SU HÖVZLƏRİNİN 
AĞIR METALLARDAN SORBSİON ÜSULLA TƏMİZLƏNMƏSİ 
 
Qasımov F.Ş. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
famil287@bk.ru
 
Vətənimizin əlverişli təbii şəraiti eyni zamanda zəngin təbii ehtiyatları var. Qarlı zirvəli yüksək 
dağlar, məhsuldar torpaqlı dağətəyi zonalar, geniş düzənliklər, okean səviyyəsindən aşağı ovalaqlar 
respublikamızın əsas relyef formalarıdır. Bu mürəkkəb relyef quruluşu təbii şəraitin – iqlimin, torpaq-bitki 
örtüyünün, su ehtiyatlarının müxtəlifliyinə səbəb olmuşdu. Bu isə öz növbəsində əhalinin və təsərrüfat 
sahələrinin ərazi üzrə qeyri bərabər yerləşməsinə eyni zamanda istehsalın müxtəlif növlər üzrə 
ixtisaslaşmasına gətirib çıxarmışdır.
İşğaldan azad olunmuş ərazilərin hazırki ekoloji durumu çox böyük çətinliklərlə uzləşmişdir. Bu 
ərazilərə 1990-cı ildə nəzarət edən Ermənistan oradakı ekoloji vəziyyəti hər zaman qəsdən gizlədirdi və ona 
görə həmin vəziyyət haqqında yalnız ümumi fikirlər söyləmək mümkün idi. Məlumdur ki, ərazinin təbii 
elementləri bir-biri ilə qarşılıqlı əlaqədə olurlar və onun bir elementində baş verən dəyişiklik zəncirvari 
şəkildə digərlərinə ötürülürdü. Artıq işğaldan azad olunmuş Dağlıq Qarabağın ətrafındakı Kəlbəcər, Laçın, 
Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının əraziləri 28 il insan nəzarətindən kənarda 
qalmişdır, əkilib-becərilmirdi, ona görə də böyük ekoloji fəlakətə məruz qalmışdır. 
Ermənistan ərazisindən başlayan çayların demək olar ki, hamısı Azərbaycanın Kür-Araz çaylarına və 
oradan da Xəzərə tökülür. İllər boyu bu ölkənin ərazisindən axan Oxçu, Zəngi, Araz, Ağstafa, və b. çaylar öz 
suları ilə Azərbaycanın çaylarını çirkləndirir.
Qafan mis-molibden yataqlarından Boxçuçaya axıdılan zərərli çaylar, Ermənistan AES və s. 
Azərbaycanın ekologiyası üçün daimi təhlükə mənbəyini yaradırlar. Ermənistan AES-də istifadə olunan sular 
sonralar çaylar vasitəsi ilə Azərbaycana ötürülür. Bu stansiyanın işlənmiş radioaktiv tullantılarını 
Azərbaycanın işğaldan azad olunmuş rayonlarının ərazilərində basdırılması haqqında məlumatlar da 
mövcuddur.
Azərbaycan respublikamızın su ehhtiyyatları cayları, gölləri , caylar üzərində qurulmuş su 
anbarlarımız var ki, həmin sularımız müxtəlif mənbələrdən çirklənməyə məruz qalır. 
Monitorinqlər aparılarkən aydın olmuşdur ki, başlanğıcını Türkiyədən götürən Araz və Kür çayları 
əsasən orta axımda çirklənməyə məruz qalır ki, bu da Gürcüstan və Ermənistan ərazilərinə təsadüf edir. 
Kürün və Arazın qolları olan Oxçuçay, Bazarçay, Ağstafaçay, Tovuzçay və s. suları həmin dövlətlər 
tərəfindən xeyli çirklənməyə məruz qalır. Suyu çirklənən çaylara respublikamız daxilində Qoşqarçay, 
Ataçay, Gilgilçay və s. daxılıdr. 
Ətraf mühitin kimyəvi tullantılarla çirklənməsi, digər tərəfdən, texnika və texnologiyanın yeni 
istiqamətlərinin inkişafı, istehsalın müasir səviyyəsi, sənaye obyektlərində və eləcə də ətraf mühit 
obyektlərində bir sıra maddələrin, o cümlədən müvafiq maddələrin tərkibində metal ionlarının 
mikromiqdarlarının təyinini tələb edir. Bu məqsədlə yüksək analitik xarakteristikaları ilə seçilən 
metodikaların işlənib hazırlanması problemi öz aktuallığını itirmir. 
Təbiidir ki, mürəkkəb tərkibli real sistemlərdə metal ionlarının mikromiq-darlarının təyini və 
təmizlənməsi zamanı ümumi prosesin ilkin, zəruri mərhələsini ayırma və qatılaşdırma prosesləri təşkil 
etməlidir. Özünün xarakterik üstünlüklərinə görə qatılaşdırma metodları arasında sorbsion metod xüsusi yer 
tutur. Bu metodda istifadə olunan sorbentlər içərisində xelatəmələgətirici polimer sorbentlər öz spesifikliyi və 
effektliliyi ilə seçilirlər. 
Bu baxımdan müxtəlif real sistemlərdə mikrokomponentlərin ilikin qatılaşdırma mərhələsi kimi 
sorbsiya mərhələsinin də daxil olduğu kombinə edilmiş təyinat metodlarından istifadə edilməsi xüsusi 
aktuallıq və əhəmiyyət kəsb edir.
Sоrbsiya sellülоz-kağız, kimya, neft-kimya, tохuculuq və digər sənaye sahələri müəssisələrinin 
aхıntılarını həll оlmuş üzvi maddələrdən dərin təmizləmə üsulları içərisində ən effektiv üsullardan biridir. 
Sоrbsiоn təmizləmə ya sərbəst, ya da biоlоji təmizləmə üsulu ilə birgə tətbiq оluna bilər.
Bu üsulun üstünlükləri оndan ibarətdir ki, bu üsülda çохkоmpоnentli qarışıqların maddələrinin 
adsоrbsiyası mümkündür, həmçinin qatılığı az оlan aхıntı suların təmizlənməsində yüksək səmərəliliyə 
malikdir. Sоrbsiоn üsullar sənaye aхıntılarından qiymətli maddələrin ayrılması üçün çох səmərəli üsuldur. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   368   369   370   371   372   373   374   375   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə