Ministry of education of azerbaijan republic sumgayit state university


ŞÜŞƏ İSTEHSALI TULLANTILARININ ƏTRAF MÜHİTƏ EKOLOJİ TƏSİRİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə374/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   370   371   372   373   374   375   376   377   ...   579
magistr2021 3 2

 
ŞÜŞƏ İSTEHSALI TULLANTILARININ ƏTRAF MÜHİTƏ EKOLOJİ TƏSİRİ 
 
Qəmbərov M.H. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
mahir.qambarov.96@gmail.com 
 
Dünyada hal hazırda şüşə istehsalı 140 milyon ton miqdarında qiymətləndirilir. İstehsal artdıqca mühit 
kirliliyi də ciddi miqdarda artmaqdadır. Şüşə istehsalındakı çirkləndiricilərin əsas miqdarı istifadə olunan 
xammalın öhtəliyinə düşməkdədir. Xammal olaraq kvars qum, çöl şpatı, bor, dolomit, sink belili, surik və 
soda istifadə olunur. Daha sonra istehsal edilən şüşənin istifadə məqsədlərinə görə digər qatqılar, boya 
maddələri qatılır.
Şüşə istehsalı üç istehsal mərhələsindən ibarətdir. Bu mərhələlər: birinci istehsal mərhələsi, ikinci 
istehsal mərhələsi və üçüncü istehsal mərhələsidir. Birinci istehsal mərhələsində, xammal xırdalanır, 
təmizlənilir, əridilir, tərkibindəki istənməyən birləşmələr kənarlaşdırılır, formaya salınır və tədricən 
soyudulur və üzlüklənir. İkinci istehsal isə avtomabil şüşələri, örtüklü şüşələr və güzgü istehsalıdır. Üçüncü 
istehsal isə şüşə liflərin hazırlanması mərhələləridir.
Çirkləndiricilər ən çox əritmə proseslərində müşahidə olunur. Bu bütün istehsal proseslərindəki 
tullantıların 80-90%-ə qədərini əhatə edir. Burdakı çirkləndiricilər həm xammalın tərkibində olan 
qarışıqlardan, həm də əritmə sobalarında yandırılan yanacaqlardan asılıdır.
Hal hazırda əritmə sobaları elektriklə, təbii qazla və mazutla qızdırılır. Mazutla müqayisədə təbii qaz 
tərkibində ən az sayda çirkləndirici maddə olan yanacaqdır. Belə ki, təbii qazın tərkibində azot, metal üzvi 
birləşmələr və kükürd olmur. Buna görə də təbii qazla qızdırılan sobaların bacalarında çirkləndirici 
birləşmələrə nisbətən az təsadüf olunur. Lakin burda da ciddi problemlərdən biri CO(karbon monoksid) 
qazıdır.
Yanacağın düzgün qarışdırılmaması və yanma prosesinin düzgün təşkil edilməməsindən qaynaqlanır. 
Bununla yanaşı şüşənin əridilməsindən öncə hazır xammalın yüksək xırdalanması zamanı böyük miqdarda 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   370   371   372   373   374   375   376   377   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə