Ministry of education of azerbaijan republic sumgayit state university


NEFT EMALI VƏ ƏTRAF MÜHİTİN EKOLOJİ TARAZLIĞI



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə376/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   372   373   374   375   376   377   378   379   ...   579
magistr2021 3 2

NEFT EMALI VƏ ƏTRAF MÜHİTİN EKOLOJİ TARAZLIĞI 
 
Rasulov R.N. 
Azərbaycan Texnik Universiteti 
E-mail: 
revanresulov581@gmail.com
 
 
H.Əliyev adına Bakı NEZ-ində Azərbaycan neftinin 24 çeşidindən 21-i emal edilir ki, bundan da 15- 
qədər neft məhsulları, xüsusən də avtomobil benzini, aviasiya üçün kerosin, dizel yanacağı, mazut, neft 
koksu və s. istehsal edilir. 
 
H.Əliyev adına BNEZ Nizami rayonu ərazisində fəaliyyət göstərir. 1980-cı ilin noyabr ayında 
yaradılmış bu rayonun ərazisi 19,6 km2-dir. Rayonun inzibati ərazi bölgüsünə Bakının qədim yaşayış 
məntəqələrindən sayılan, ərazisi 10,4 kvadrat km olan Keşlə qəsəbəsi də daxildir.
Bakının ekoloji cəhətdən qeyri-əlverişli vəziyyəti ölkə sənayesinin əsasən Bakı və ətraf ərazilərdə 
toplanması ilə bağlıdır. Neft hasilatının və emalının, kimya sənayesinin və sair zavod və fabriklərin əsəsən 
Bakı və Abşeronda cəmləşməsi (60%-dən çox hissəsinin) Bakının ekoloji vəziyyətinə ciddi təsir göstərib. 
Digər tərəfdən, Azərbaycan əhalisinin böyük bir hissəsinin, hətta qeyri-rəsmi məlumatlara əsasən 40% yaxın 
hissəsinin Bakıda və ətraf ərazilərdə yerləşməsi, Bakı şəhərində avtomobillərin sayının son 10 ildə kəskin 
artması da Bakının atmosfer havasının çirklənməsinə ciddi təsir göstərib. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq Departamentinin məlumatlarına əsasən, 2015-ci 
ildə atmosfer havasında çirkləndirici maddələrin orta sutkalıq qatılığı kükürd anhidridi üzrə 1980-ci ildəki 
0,27 mq/m
3
-dən 2000-ci ildə 0,05 mq/m
3
-ə 2015-ci ildə 0,014 mq/m
3
-ə, azot oksidi üzrə müvafiq illər üzrə 
0,08-dən 0,07 və 0,06 mq/m
3
-ə, karbon oksidi üzrə isə 17-dən 1 və 3 mq/m
3
-ə enmişdir (Cədvəl 1). 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   372   373   374   375   376   377   378   379   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə