Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə379/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   375   376   377   378   379   380   381   382   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
318 
müddət sonra müvafiq olaraq N2O və CO2-yə çevrilə bilirlər. Kimya müəssisələrində avadanlıqların istismarı 
zamanı yaranan tullantılar, atmosferin çirklənməsi səbəb olur və bunun nəticəsində köməkçi daşıma 
texnikasının mühərriklərindən, avtomobillərdən atılan tullantılar aiddirlər. Bu çirkləndiricilərə əsasən
kükürd 2-oksid (SO2), azot oksidləri (NOx), istixana qazları (CO2), karbonmonoksid (CO), xırda bərk 
hissəciklər (toz) və uçucu üzvü birləşmələrdən (UÜB) ibarətdir. 
Layihələrə tətbiq olunan ekoloji qiymətləndirmə Layihənin həyata keçirilməsində əmələ gələn 
tullantıların bir hissəsinin (metal, plastik, tikinti materialları qalıqları,) tikinti düşərgəsində təhlükəsizlik 
qaydalarına uyğun olaraq, xüsusi ayrılmış sahələrdə və meydançalarda, qablarda və konteynerlərdə (boya 
kimyəvi maddələr, neftli tullantılar) yerləşdiriləcəkdir. Vaxtaşırı bu tullantılar təkrar emal şirkətlərinə 
təhvil veriləcəkdir.Tikinti işləri müddətində məişət tullantıları xüsusi ayrılmış sahədə yerləşdirilmiş 
konteynerlərə toplanılacaqdır. Modernizasiya isçlərindən sonra istismar zamanı ətraf mühitə olacaq birbaşa 
və dolayısı təsirlərin qiymətləndirilməsi təqdim olunur. Zavodun fəaliyyəti nəticəsində ətraf mühitə təsir 
aspektləri aşağıdakılardır: 
- Mənbələr hərəkət dərəcəsinə görə stasionar və hərəkətdə olan; həndəsi xarakteristikalarına görə 
nöqtəvi, xətti və müstəvi olurlar; 
- Çirkləndiricilərin normal iş rejimində atmosferdə konsentrasiyası qüvvədə olan standartları 
keçməyəcəkdir. Belə ki, istifadə ediləcək bütün texniki vasitələr yeni olacaqdır və onların texniki 
göstəriciləri beynəlxalq standartlara cavab verəcəkdir. Atmosferə tullantılar istismar dövründə ETSN-in 
təsdiq edəcəyi ekoloji pasport çərçivəsində nəzarətdə saxlanılacaqdır; 
- Modernizasiya və yenidenqurma layihəsi ətraf mühitə təsirin yüngülləşdirilməsi tədbirlərinin 
icrası baxımından aşağıdakı dörd kateqoriyaya ayrıla bilər; 
- Ətraf mühit baxımından əlverişli təcrübələri əks etdirən tədbirlər, məsələn yanacaq sürtgü 
materiallarının ekoloji cəhətdən düzgün idarə olunması, fəhlələrin işinin tənzimlənməsi və s. kimi podratçı 
təcrübələri. Bir çox səbəblərdən, xüsusi ilə də zaman və maddi baxımdan podratçılar göstərilən ən əlverişli 
təcrübə qaydalarını tətbiq etməyə maraqsız yanaşırlar. Ən yaxşı təcrübənin təmin olunması üçün birbaşa 
müqavilə sənədlərinə ətraf mühitlə bağlı xüsusi müddəalar daxil edilməlidir. Tender iştirakçıları öz 
təkliflərini hazırlayarkən bu müddəaları nəzərə almalıdırlar; 
- Əlavə işlərin görülməsini tələb edən tədbirlər, məsələn əlavə avadanlıqların tikilməsi və s. Bir çox 
hallarda əlavə işlər tikinti podratçısı tərəfindən həyata keçirilir. Belə olan halda, əlavə işlər müqavilə 
sənədlərinə daxil olunmalıdır; 
- Əlaqədar tədbirlər. Bu tədbirlər birbaşa olaraq tikinti və istismar işləri ilə əlaqədar deyil (misal üçün 
yerli sakinlərin fəallığının artırılması) və podratçı tərəfindən icra oluna bilmir. Bu cür tədbirlər özəl şirkətlər, 
QHT-lər, dövlət təşkilatları və ya agentlikləri tərəfindən həyata keçirilir. 
Ətraf Mühitin İdarəetmə Planının (ƏMİP) məqsədi tikinti və istismar dövründə ətraf mühitə bütün 
potensial mənfi təsirlərin yaranmamasına zəmanət verməkdən ibarətdir. Plan işlərin bütün aspektləri üçün 
qanunvericiliyin tələblərinə və mövcud qaydalara uyğun hazırlanır.
Ətraf Mühitə Təsirlərin Qiymətlən-dirilməsində (ƏMTQ) müəyyən olunan potensial təsirlərin 
azaldılması üçün tədbirlər Planda göstərildiyi kimi yerinə yetirilir. ƏMİP-in yerinə yetirilməsinə müvafiq 
olaraq ətraf mühitin monitorinqi əsasında tikinti ərzində və ondan sonrakı dövrdə nəzarət edilir. ƏMİP-də 
müəyyən edilmiş yumşaltma tədbirlərinin icrasına nəzarətə ətraf mühitə qoyulan tələblər, ətraf mühitin 
monitorinqi, təhlükəsizlik qaydaları və ekoloji audit daxildir.
Yumşaltma və fövqəladə halların aradan qaldırılması tədbirlərinin icrasına podratçılar cavabdehdirlər. 
Podratçı işlərin ətraf mühit qanunlarına, standartlara və Azərbaycan Respublikasının qoşulduğu 
konvensiyaların tələblərinə uyğun qurulmasına zəmanət verməlidir. 
EP-300 qurğusu 1987-ci ildə istifadəyə verilmişdir. Davamlı olaraq istismar edilməsi onun həm 
mənəvi həm texniki cəhətcə köhnəlmsəinə gətirib çıxarmışdır. Bu gün artan tələbatı ödəmək, ölkənin 
ixrac potensialını artırmaq məqsədi ilə quğunun modernizasiyasına ehtiyac yaranmışdır. “Azərikimya” İB-
nin modernizasiyası ilə bağlı layihiyənin qanunvericiliklə əlaqədar müvafiq milli və beynəlxalq standartlar 
və tələblərin müəyyənləşdirilməsi layihənin hazırlanmasının mövcud olan bütün müvafiq ekoloji normalar 
və təlimatlar barədə qiymətləndirmələr verilmişdir. Atmosferə qazabənzər tullantıların atılması aşağıdakı 
mənbələrdən olacaqdır: 
Mənbələr hərəkət dərəcəsinə görə stasionar və hərəkətdə olan; həndəsi xarakteristikalarına görə 
nöqtəvi, xətti və müstəvi olurlar. Ətraf Mühitin İdarəetmə Planının (ƏMİP) məqsədi tikinti və istismar 
dövründə ətraf mühitə bütün potensial mənfi təsirlərin yaranmamasına zəmanət verməkdən ibarətdir. Plan 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   375   376   377   378   379   380   381   382   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə