Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə377/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   373   374   375   376   377   378   379   380   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
316 
Cədvəl 1. Bakı üzrə atmosfer havasının çirklənməsi

Atmosfer havasında çirkləndirici maddələrin orta sutkalıq qatılığı,mq/m


3
Toz (asılı halda olan 
maddələr) 
Kükürd 
anhidridi 
Karbon oksidi 
Azot 4-oksid 
İcazə verilən orta 
sutkalıq qatılıq
0,15 
0,05 

0,04 
2000 
0,1 
0,032 

0,06 
2005 
0,15 
0,021 

0,05 
2007 
0,2 
0,015 

0,05 
2008 
0,2 
0,014 

0,05 
2009 
0,3 
0,015 

0,05 
2010 
0,3 
0,015 

0,09 
2011 
0,3 
0,016 

0,07 
2012 
0,3 
0,015 

0,07 
2013 
0,3 
0,011 

0,05 
2014 
0,3 
0,011 

0,06 
2015 
0,3 
0,014 

0,06 
Baxmayaraq ki, Bakının atmosfer havasının çirklənmə mənbəyi əsasən nəqliyyat sistemi ilə bağlıdır, 
digər mənbələrdən biri də neft emalı müəssisələridir. Elə nəqliyyat sisteminin yaratdığı çirklənmə də dolayısı 
ilə neft emalı müəssisələri ilə bağlıdır. Belə ki, Bakıda geniş neft hasilatının həyata keçirilməsi, neft emalı 
zavodlarının ölkənin istehlak həcmini tam şəkildə ödəməsi dolayısı ilə avtomobil nəqliyyatının artmasına və 
Bakıda çirklənmənin genişlənməsinə şərait yaradır. Birincisi, avtomobillərin sayının kəskin artması, ikincisi, 
çoxlu sayda avtomobillərin texniki cəhətdən standartlara cavab verməməsi, üçüncüsü isə əksər 
avtomobillərin işlətdiyi yanacağın ekoloji standartlara cavab verməməsi Bakının atmosfer havasının ciddi 
şəkildə çirklənməsinə şərait yaradır. 
Lakin bütün bunlara baxmayaraq, Bakının atmosfer havasının çirklən-məsində digər mənbələrin, o 
cümlədən neft emalı zavodlarının birbaşa təsirlərinin qiymətlən-dirilməsinə və belə təsirlərin mümkün qədər 
azalmasına nail olmaq vacibdir. 
Azərbaycanın neft emalı müəssisələrinin ekoloji təsirlərini birbaşa və dolayısı təsirlər kimi iki hissəyə 
ayırmaq olar. Birbaşa təsirlər deyəndə neft emalı prosesində əmələ gələn tullantıların ətraf mühitə və sosial 
sahəyə təsirləri, xüsusilə atmosfer havasına, torpaq qatına və suyun keyfiyyətinə olan təsirləri nəzərdə 
tutulur. Neft emalı prosesinin əsəsən riforminq, kokslaşma, katalitik krekinq, hidrotəmizləmə, yanacaqların 
qələvi ilə təmizlənməsi, yağların təmizlənməsi və bitum istehsalı qurğularından keçdiyini nəzərə alsaq

hər 
bir prosesdə yaranan tullantıların qiymətləndirilməsinə və yekun çirklənməni müəyyən edilməsinə ehtiyac 
var.
Yuxarıda sadaladığımız qurğularda yaranan və atmosferə atılan tullantılar əsasən azot oksidi, karbon 
oksidləri, karbohidrogenlər və sair qazlar müxtəlif mənbələrdən atmosferə daxil olur. Neft emalı 
müəssisələrində tullantıların əsas hissəsini təşkil edən azot oksidinin əsas mənbəyi texnoloji sobalar (72,6%), 
qazmotor kompressorları (14%), məşəl dayaqları (5,4%). Adətən katalitik rifor-ming qurğusunda belə bir 
neçə peç fəaliyyət göstərir. Müxtəlif karbon qazlarının əsas mənbələri isə texnoloji qurğuların boru sobaları 
(50%), katalitik riforminq qurğusunun reaktorları (12%), qaz kompressorlarının tullantıları (11%), bitum 
qurğuları (9%) və məşəllərdir (18%). Karbohidrogen tullantılar isə neft emalı müəssisələrindən atmosferə 
atılan tullantıların ən azı 70%-ni təşkil edir. Orta səviyyəli neft emalı müəssisələrində karbohidrogen 
tullantıları emal edilən 1 t. neftə təqribən 5,36 kq həcmində olur. Bunu nəzərə alsaq, Azərbaycanın neft emalı 
müəssisələrindən hər il ən azı 42 min ton müxtəlif nov tullantılar ətraf mühitə atılır. Bunlardan ən azı 30 min 
tonu karbohidrogen tullantılarıdır. Təqribən 12 min ton isə digər tullantıların payına düşür (30%). 
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarında da təqribən bu mə-lumatlar təsdiqlənir. 
Baxmayaraq ki, AR DSK məlumatlarında təkcə neft emalı müəs-sisələrindən ətraf mühitə atılan tullantılar 
deyil, bütün emal sənayesindən atılan tul-lantılar nəzərdə tutulub, lakin belə müəssisələr arasında neft emalı 
müəssisələri əsas çirkləndirici mənbələr hesab oluna bilər. Bunu ARDSK məlu-matları ilə təqribi he-
sablamaların da üst-üstə düşməsi bir daha sübut edir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   373   374   375   376   377   378   379   380   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə