Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə400/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   396   397   398   399   400   401   402   403   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
337 
uniyası sistemində erməni kilsə rəhbərinin patriarx rütbəsini özbaşınalıqla mənimsəyərək, alban kilsə 
rəhbərinə daha aşağı arxiyepiskop vəzifəsini təklif etməsi albanların narazılığına səbəb olmuşdu. Deyilənlərə 
əsasən güman etmək olar ki, Şupxalişo, bəlkə də, Aluen məclisində Albaniya katolikosu seçilənə kimi Bərdə 
arxiyepiskopu vəzifəsini tutmuş, “Alban tarixi” əsərinin müvafiq hissəsində arxiyepiskop termini Alban kilsə 
rəhbərinin katolikos titulunun sinonimi kimi işlədilməmişdir. Alban kilsəsinin mərkəzi iqamətgahının Çoldan 
köçürülməsi həmin vilayətin ideoloji baxımdan itirilməsi demək deyildi. 552-ci ildən etibarən Alban kilsə 
rəhbərləri əvvəlkindən daha əhəmiyyətli “Albaniya, Lpiniya və Çol katolikosu” titulunu daşımağa 
başlamışdılar. 
551-ci il Dvin kilsə məclisində erməni monofizit kilsəsi Bizansın diofizit kilsəsindən rəsmi surətdə 
ayrıldığını bəyan etdi. Belə bir addımı erməni kilsəsi təkbaşına atmamışdı. VI əsrin ikinci yarısında 
İskəndəriyyə və Antioxiya patriarxlıqları da Bizans dövlət kilsəsindən ayrılmışdılar. Erməni kilsəsi hətta 
monofizitliyin banisi Yevtixiyin təlimini də bəyənmir və onu bidətçi adlandırırdı. Yevtixiyin təliminin 
əsasını belə bir ideya təşkil edirdi ki, İsa Məsihdə ilahi və insan təbiyyətlərinin bir-birinə qarışmaması 
nəticəsində insan təbiəti yox olmuş və yalnız tək ilahi təbiət qalmışdır. Erməni kilsəsinin ideologiyasının 
əsasında isə ilahi və insan təbiyyətlərinin bir-birinə qarışınamaq şərti ilə birləşərək İsa Məsihin tək ilahi 
təbiyyətini təşkil etmələri haqqında ideya durmuşdur. 
Bizans kilsəsindən ayrılmaq haqqında erməni kilsəsinin qərarı ona baha başa gəldi. Erməni kilsəsini 
yenidən özünə tabe etmək üçün Bizans səylərini xeyli gücləndirdi. Təqribən 574-cü ildə Dvin şəhərində 
erməni kilsə taxtına katolikos Movsesin çıxması ilə eyni vaxtda Dvin şəhəri yaxınlığında “yunanların 
tərəfdarları onun əksinə olaraq İoann adlı bir nəfəri taxta oturtdular”. İoann erməni olmayıb, Süni (Sisakan) 
mənşəli idi. Beləliklə, Bizansın hakim dairələri vahid erməni kilsəsinin monofizit və diofizit kilsələrinə 
parçalanmasına nail oldular. Bu, erməni kilsəsinə dəyən sonuncu zərbə deyildi. 
Yaranmış vəziyyətdən yararlanmağı bacaran Süni (Sisakan) kilsəsi erməni kilsəsinin tabeçiliyindən 
çıxdı. Yepiskop Petr erməni kilsəsi birləşənədək Süni kilsəsi rəhbərlərinin Alban kilsəsi tərəfindən təsdiq 
edilməsi, müqəddəs miro (dini mərasimdə istifadə olunan ətirli qatran) və ya müqəddəs yeleyin (dini 
mərasimdə istifadə olunan zeytun yağı) Albaniyadan alınması haqqında qərar verdi. Qeyd etmək lazımdır ki, 
erməni kilsəsinə qarşı həmişə miro və ya yeley ilə bağlı ittiham irəli sürülmüşdür. Belə ki, ermənilər mironun 
müqəddəsləşdirilməsi ayinini özləri bildiyi kimi icra etməkdə günahlandırılmışlar. Ermənilər mironu bütün 
xristianlar kimi zeytun yağından yox, asanlıqla əldə etdikləri küncüt yağından hazırlayır və bunu belə izah 
edirdilər ki, onların ölkəsində havalar soyuq keçdiyi uçun zeytun ağacı bitmir. Erməni kilsəsinin mövqeyinə 
görə, mironun hansı bitkidən hazırlanması əsas deyildir, bunun fərqi və mənəvi cəhətdən ziyanı yoxdur, 
çünki hər hansı bitki öz-özlüyündə heç bir qüvvəyə malik olmayıb yalnız dua ilə müqəddəsləşir. “Alban 
tarixi” əsərindən məlum olduğu kimi, Albaniyada saysız-hesabsız miqdarda zeytun ağacları bitirdi. Erməni 
kilsəsi heç olmazsa, zeytunu və ya zeytun yağını Albaniyadan alıb, sonra Ermənistanda müqəddəsləşdirə 
bilərdi, lakin görünür ki, Alban kilsəsinə qısqanc münasibət ona bu addımı atmağa imkan verməmişdir. Çox 
güman ki, erməni kilsəsi Albaniyadan zeytun alınmasının xristian aləmində onun Alban kilsəsindən bir 
asılılığı kimi dəyərləndiriləcəyindən ehtiyat edir və belə bir addımı atmaqdansa xristian ənənəsini pozmağı 
üstün tuturdu. 
Erməni kilsəsi 33 il parçalanmış halda qaldı. Yalnız 607-ci ildə Abraam erməni katolikosu olduqdan 
sonra erməni kilsəsini birləşdirməyə nail oldu. Belə olduqda Bizans Qafqaz kilsələrinin Dvin uniyasını 
dağıtmağa başladı. Qafqaz kilsələrini bir-birinə qarşı qoymaq üçün “rütbələr haqqında dialoq” quruldu. 
Yunanların iddiasına görə, Allah kilsəni başda patriarx olmaqla 9 rütbədən (pillədən) təşkil etmişdir və əgər 
erməni kilsəsində patriarx rütbəsinin olmamasına baxmayaraq həmin kilsə heç kimə tabe olmaq istəmirsə bu 
küfrdür. Yunanlarla bu dialoqdan məğlub ayrılan erməni din xadimləri erməni kilsəsində struktur islahatı 
həyata keçirməyə cəhd göstərirlər, lakin erməni kilsəsi Dvin uniyasının üzvü olduğu üçün katolikos Abraam 
bir tədbirlə iki məqsədə nail olmağa çalışır: erməni kilsəsinin Dvin uniyası çərçivəsində liderliyinə nail 
olmaqla onun xristian aləmində müstəqil vəziyyətini qoruyub saxlamaq. “Alban tarixi” əsərində göstərilir ki, 
ermənilərin özbaşınalığı nəticəsində erməni kilsə rəhbərinə - patriarx, Alban kilsə rəhbərinə - arxiyepiskop, 
gürcü (iver) kilsə rəhbərinə isə - mitropolit rütbəsinin verilməsi qərara alınır. Beləliklə, erməni kilsə rəhbəri 
bu vaxta kimi Qafqaz kilsələrində olmayan ən yüksək patriarx rütbəsinə yiyələnərək Qafqaz kilsələrinə 
başçılıq etmək iddiası ilə çıxış edir. Dvin uniyasında Alban kilsəsinə 2-ci, gürcü kilsəsinə 3-cü yerin 
ayrılması onlar tərəfindən böyük narazılıqla qarşılanır. Bundan istifadə edən Bizans vəziyyəti son həddə 
qədər gərginləşdirmək üçün gürcü kilsəsini 2-ci yeri alban kilsəsinin əlindən almağa təhrik edir. Buna nail 
olmadıqda Kürion rəhbərlik etdiyi gürcü kilsəsinin Dvin uniyası tərkibindən çıxdığını və diofizit cərəyanına 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   396   397   398   399   400   401   402   403   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə