Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə402/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   398   399   400   401   402   403   404   405   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
339 
Çexoslovakiya ordusuna müqavimət göstərməməsi əmri verildiyi üçün SSRİ və müttəfiqlərinin 
qoşunları silah istifadə etmədən bütün nöqtələri işğal etdilər. Praqa Baharının yatırılması bir çox Qərb 
solçularının Marksizm-Leninizm nəzəriyyəsindən məyus olmasını artırdı və Qərb kommunist partiyalarının 
rəhbərliyi və üzvləri arasında "Avrokommunizm " fikirlərinin artmasına kömək etdi. Bu da sonradan 
Varşava paktının parçalanmasını sürətləndirdi. Albaniya işğala etiraz olaraq paktdan çıxdı. Bütün baş verən 
bu siyasi proseslər təşkilatı içərisindən zəifləməsinə təkan oldun və süqutunu sürətləndirdi.
Brejnev doktorinası 1980-ci ildə Polşadakı hadisələrə qədər tətbiq olundu. 1985-ci il Sovet Sosialist 
Respublikalar İttifaqı Kommunist Partiyasının rəhbəri Mixail Qorbaçov doktrinadan imtina etdi. 1990-cı ild 
Almaniya Demokratik Respublikası, Almaniya Federativ Respublikası ilə birləşməsi səbəbindən Şimali 
Atlantika Müqaviləsi təşkilatının xeyirinə uyğun olaraq Varşava təşkilatında iştirak etməkdən imtina etdi. 
Sovet Sosialist İttifaqının müxtəlif yerlərində baş verən müstəqillik çıxışları ilə əlaqədar olaraq təşkilat 
zəiflədi və süquta doğru getdi. 1991-ci ilin 1 iyulunda təşkilatın fəaliyyətini dayandırması barədə protakol 
qəbul olundu. Varşava Paktı ölkələrinin demək olar ki, hamısı sonradan NATO və Avropa Birliyinə qatıldı. 
Bir çox MDB ölkələri NATO-nun Sülh Naminə Tərəfdaşlıq kimi proqramlarında iştirak edirlər. 
QƏRB DÖVLƏTLƏRİNİN CƏNUBİ QAFQAZ SİYASƏTİ (XXI ƏSRİN ƏVVƏLLƏRİNDƏ) 
 
Allahyarova Ş.Ü. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
eliabdullayev622000@gmail.com
 
 
Avrasiya materikinin xüsusi əhəmiyyətə malik siyasi regionlarından biri Cənubi Qafqaz regionudur. 
Bu region qədim dövrlərdən dünyanın məhşur sərkərdələrinin diqqətini çəkmiş, onların işğalçı yürüşlərinə 
məruz qalmışdır. 
XX əsrin sonunda Sovet imperiyasının süqutu nəticəsində uzun illərdir işğal altında olan Cənubi 
Qafqaz torpaqlarında Azərbaycan Gürcüstan və Ermənistan öz dövlətçilik ənənələrini bərpa etdilər. Hazırda 
öz inkişafı ilə dünyanın qabaqcıl ölkələrindən geridə qalmayan Azərbaycan öz nefti və siyasi əhəmiyyətli 
ərazisi ilə qərb dövlətlərinin maraq dairəsindədir.
Müstəqillik illərində Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda reallaşdırılan transmilli enerji 
nəqliyyat kommunikasiya və dəhliz layihələrinin işə düşməsi faktiki olaraq ölkəmizi Xəzər- Qara dəniz 
hövzəsinin və Cənubi Qafqazın lider dövlətinə çevrildi. Bəzi nüfuzlu qərb tədqiqatçılarının fikri ilə ifadə 
etsək: “ Azərbaycana Cənubi Qafqazda ətraf ölkələrin geosiyasi kursunu müəyyən edən ” lider dövlət 
mövqeyi qazandırdı. Əlbətdə bütün bunlar regional və beynəlxalq səviyyədə müəyyən iqtisadi siyasi sosial- 
mənəvi üstünlüklər qazandırmaqla yanaşı həmdə ölkə qarşısında daxili həyatda yerləşdiyi Xəzər- Qara dəniz 
hövzəsi və Cənubi Qafqazda o cümlədən bütün dünyada xüsusi düşünülmüş və davamlı geosiyasi fəalliyyət 
göstərmək kimi vacib tələblər qoydu.
Cənubi Qafqazın digər dövlətləri ilə müqayisədə hazırda Azərbaycanın beynəlxalq aləm üçün 
geosiyasi dəyər ölçülərini artıran regional və beynəlxalq perspektivini yüksəldən xarici aləmlə tərəfdaşlıq 
münasibətlərinə və milli inkişafına müsbət təsir göstərən əsas amillər daha çox – ölkənin təbii- mineral 
ehtiyyatları Qərblə Şərq arasındakı siyasi hərbi ticarət və s. əlaqələrə müsbət təsir göstərən coğrafi
mövqeyi mövcud nəqliyyat kommunikasiya və tranzit imkanları yürütdüyü geoiqtisadi siyasət və s. ilə 
bağlıdır. 
Cənubi Qafqazın insan resurslarının 60%-i yanacaq- enerji və maliyyə resurslarının 90%-i və iqtisadi 
potensialının və isə 75- 80 %-i Azərbaycanın payına düşür.
Cənubi Qafqazın siyasi tarixində əhəmiyyətli məsələlərdən biridə Dağlıq Qarabağ münaqişəsidir. Qərb 
dövlətlərinin bu münaqişədəki mövqeyi və bu münaqişənin həlli yönündə gördükləri işlər eləcədə onların 
Cənubi Qafqazla bağlı siyasətini ortaya çıxarır. Onlar bu münaqişədə rəsmi olaraq Azərbaycanı 
dəstəklədiklərini bildirsələrdə bu zəmində mühüm əhəmiyyətə malik addımlar atmamışlar.
Beynəlxalq təşkilatların lider ölkələrinin beynəlxalq qanunlarla Azərbaycanı dəstəklədiklərini 
bildirsələrdə belə bir əhəmiyyətli regionda müsəlman- türk dövlətinin güclənməsinə hər zaman qarşı 
olmuşlardır. Bunun əsas səbəblərindən biridə Qərbi Avropada xüsusəndə Cənubi Qafqazda xüsusi marağı 
olan Fransada erməni lobbisinin üstünlüyü Fransanın Ermənistanı dəstəkləməsi üçün mühüm səbəblərdən 
biri olmaqdadır. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   398   399   400   401   402   403   404   405   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə