Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə410/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   406   407   408   409   410   411   412   413   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
346 
Tarix təlimində idrak prosesi, baş verən hadisə və tarixi faktların müəllim tərəfindən şagirdlərdə dərk 
olunmasıdır, canlı aləmin beyində mücərrəd formada əks olunmasıdır. İdrak prosesi bir başa olaraq beyinlə 
əlaqəlidir və şüurlu şəkildə həyata keçirilir.
Müəllim təlim prosesini elə qurmalıdır ki, şagird həm öyrənə bilsin, həm də görə və yaxud da dinləyə 
bilsin. Şagird öyrəndiyi bilikləri nəinki təkrarlamalı, ona paralel olaraq bir çox fikri əməliyyatlar həyata 
keçirməlidir ki, mənimsəmə prosesi inkişaf etsin və daha şüurlu şəkildə həyata keçsin.
Nəticə.

Haqqında danışdığımız idrak, təlim prosesinin ən mühüm amilidir və əsas dayaq nöqtəsidir. 


İdrak şagirdlər arasında müxtəliflik təşkil edir. Bunu nəzərə alaraq müəllim hər bir şagirdə müstəqil fərd 
olaraq, şəxsiyyət olaraq yanaşmalı və hər bir şagirdi idrak prosesinə cəlb etməlidir. Bu isə öz növbəsində 
müəllimin fərdi və peşə bacarığından asılıdır. 
 
QARABAĞ TOPONIMLƏRININ ORTA VƏ ALI MƏKTƏBLƏRDƏ ÖYRƏDILMƏSININ
ELMI- PRAKTIK ƏHƏMIYYƏTI 
 
Cəfərova A.M. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
aysel_ceferova_2019@mail.ru
 
 
Hazırkı dövrümüzdə Azərbaycan Respublikasının Qarabağ regionunun ayrıca bir kurs kimi orta və ali 
məktəblərdə tədris edilməsi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyev torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi tarixi əhəmiyyətə malik 
tədbirlərin ətraflı şəkildə orta məktəblərdə şagirdlərə çatdırılmasına xüsusi diqqət yetirir. Qarabağ 
toponimikasının ətraflı araşdırılması həm mövcud ictimai şərait baxımından həm də vətəndaşlıq mövqeyinin 
təzahürü və gənclərdə milli iftixar hissinin gücləndirilməsi baxımından vacibdir. Bu bizim gələcəyimiz olan 
şagirdlərimizin məktəb vaxtından dünyagörüşünü və məlumatlılıq səviyyəsini inkişaf etdirməklə 
yanaşı,onların öz yurduna, elinə qarşı vətənpərvər, məsuliyyətli olmaq hissini də aşılayır. Qarabağ toponimi, 
Qarabağın ərazisi,təbii coğrafi şəraiti, buradakı zəngin maddi-mədəniyyət abidələri, Qarabağın qədim türk 
etnoslarının vətəni olması göstərir ki, Qarabağ hər zaman düşmənlərin diqqətində olubdur. Qarabağ 
Azərbaycanın tarixi və əbədi ərazisidir. Tarixi mənbələrdə Qarabağ ərazisinin qədim vilayətlərindən bəhs 
edilmişdir. Uti, Arsak, Paytakaran və Sisakanın yerləşdiyi tarixi-coğrafi ərazi haqqında məlumat verilmişdir. 
Romalı Plini Sekund bir çox hidronimlərindən, o cümlədən Kür çayı və onun qollarından bəhs 
etmişdir.Yunan coğrafiyaşünası Klavdi Ptolemey Albaniyada 29 şəhərin və 5 çayın adını çəkmişdir.
 
Qarabağda XVIII əsrin II yarısında mədəniyyətin inkişafı geniş vüsət almışdı. Bu zaman tarixi abidələr, 
memarlıq, şəhərsalma və dekorativ-tətbiqi sənət sahələri inkişaf etmiş, çoxlu daş kitabələr yaranmışdır. 
Qarabağın tarixini onun maddi və mənəvi mədəniyyəti zənginləşdirir. Orada orta əsrlərə və yeni dövrlərə aid
çox sayda maddi mədəniyyət abidələri qeydə alınmışdır. Burada qalalar tikilmiş, şəhər və qəsəbə tipli 
yaşayış məntəqələri yaradılmışdır. Qarabağ xanlığının ilk iqamətgahları olan, Bayat Şahbulaq (Tərnəküt) 
qalaları bu zaman inşa edilmişdir. Qarabağın hər yerində memarlıq tikililəri meydana gəlmişdir. Mahir 
ustalar tərəfindən Şuşa qalasının məşhur hasarı çəkilmişdir. Şuşa şəhərinin siması xalqımızın tarixi abidələr, 
memarlıq ustalığını və mədəniyyətini özündə əks etdirən qədim şəhərimiz olmuşdur.Toponimik adı 
“Pənahabad” olan sonradan xalq arasında Şuşa adlandırılan bu şəhər daim gözəlləşmişdir. Xüsusilə də 
memar Kərbalayi Səfixan Qarabağinin tikdiyi Gövhər ağa məscidləri şəhərə xüsusi yaraşıq verir. Burada
qoşa minarəli “İmamzadə” məscidinin davamı olan Ağdam cümə məscidinə, Şuşada Yuxarı Gövhərağa və 
aşağı Gövhər ağa məscidlərinə, digər məscid və türbələrə düşmən tərəfindən xəsarət yetirilmişdir. Qoşa 
minarəli əzəmətli məscidlər Azərbaycanın həm də müsəlman şərqinin nadir inciləridir. Buradakı tarixi 
abidələr (qala, məscid, ovdan, bulaq, körpü) və s. etnoqrafik abidələr və onların adları Azərbaycan 
türklərinin etnik pasportudur. Bununla belə Qarabağ və ətraf rayonlarda Azərbaycan türklərinin maddi və 
mənəvi mədəniyətini əks etdirən toponimik qat yaranmışdır. Bu toponimlər arxeoloji abidələr çox qiymətli 
məxəzdir. Yazılı mənbələrdə Qarabağ ərazisinin qədimliyindən onun tarixi abidələrlə zəngin olmasından, 
insanlarının yaşayış tərzindən,yerləşdiyi toponimik ərazilərdən, dini ayinlərindən məlumatlar vardır. 
Azərbaycan ədəbiyyatının möhtəşəm abidəsi olan KDQ dastanında Qarabağ ərazisi də daxil olmaqla Göyçə 
gölü hövzəsinə qədər türk tayfalarının qədimdə yaşayış məskənlərindən,onların yerləşdiyi ərazilərdən
məlumat verilmişdir. Bizim orta və ali məktəb dərsliklərimizdə də bu haqda geniş bəhs olunmuşdur. Çünki 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   406   407   408   409   410   411   412   413   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə