Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə413/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   409   410   411   412   413   414   415   416   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
348 
birləşirlər. Say etibarı ilə çox olmalarına baxmayaraq onların təsnifatının vahid bir yol yoxdur. Bu metodlarla 
bağlı yüzlərlə təsnifat irəli sürülmüşdür. 
- didaktik vəzifəyə görə: yeni biliklərin aşılanması, yoxlanması, bilik və bacarıqların 
möhkəmləndirilməsi; 
- şagirdlərin dərketmə fəaliyyətinə görə: reproduktiv, problemli şərh, qismən axtarış, evristik, izahlı-
illüstrativ, tətqiqatçılıq; 
- bilik mənbələrinə görə: söz, əyani,praktik metodlar; 
- təlim mərhələlərinə görə; 
- yeni tədris materialının qavranılmasına xidmətə görə; 
- bilik, bacarıq və vərdişlərin əsasən formalaşmasına xidmətə görə; 
- təlimdə müvəffəqiyyətə nəzarət üsullarına görə. 
Bütün bu sadaladığımız təsnifat bölmələri üzrə 100-dən artıq təlim metodu ərsəyə gəlmişdir. 
K.Marksın fikirlərinə əsasən deyə bilərikki metodların məqsədi şagirdin təsəvvüründə dünyanın dolğun 
təsəvvürünü yaratmaqdan, onların tərbiyəsini və intelektual inkişafını təmin etməkdən ibarətdir. 
Təlim metodlarının əsas təsnifat sahələri: 
1.Təsəvvürlərin 
formalaşdırılması 
2.Nəzəri biliklərin 
mənimsədilməsi 
3.Bacarıqların,vərdişlərin 
formalaşdırılması 
4.Təlimə nəzarətin 
formalaşdırılması 
Yuxardakı cədvələ əsasən təlimin əsas 4 təsnifat sahəsinin bu sahələr olduğunu görə bilərik. Bu 
təsnifatın olması şərtdir çünki bütün təlim metodları bir-biri ilə qarşılıqlı əlaqədə çıxış edir. 
Tarixin təlim metodları içərisində ən geniş yayılmış metodlardan birisi əyanilik metodudur.Əyanilik 
metodu bilavasitə şagirdlərin, tələbələrin öyrəniləcək tarixi hadisə və proses haqqında daha zəngin 
təsəvvürlərə malik olmasını təmin edir. Hadisələri, tarixi prosesləri və qarşıya qoyulan problemləri 
aydınlaşdırmaq, izləmək və həll etmək baxımından əvəzsiz bir təlim metodudur. Şagirdlər artıq bu məsələləri 
yalnız nəzəri cəhətdən deyil, eyni zamanda praktiki cəhətdən qavramaq qabiliyyətinə sahib olurlar. 
Əyanilikdə ən əsas məsələ müşahidədən başlayır. Nəzəri biliklərə sahib olan dinləyici, oxucu, öyrənən əyani 
vasitələrlə bu biliklərini daha da möhkəmləndirirlər. Danışılan tarixi prosesi qavramaq üçün müəyyən 
şəkillərdən, təsvir vasitələrindən, sənədlərdən, video materiallardan istifadə olunur. 
İnsanın ətraf aləmi dərk etməsində, müəyyən biliklərə sahib olmasında ən əsas yeri gözlə görmək, 
əyani təsəvvürə malik olmaq tutur. Heç təsadüfi deyilki, idrak prosesimizdə ən çox paya sahib olan 
orqanımız gözümüzdür. Xalq arasında formalaşan “Çox gəzən çox bilər” deyimi bir daha sübut edirki
əyanilik öyrənmənin ən əsas yoludur. Xüsusi ilə tarix fənnini yeni tədrisə başlayan V-VI sinif şagirdləri 
üçün müəyyən tarixi şəkillərdən, portretlərdən, illustrasiyalardan istifadə etmək artıq onların öyrənmə 
həvəsini dəfələrlə artırır. Heç bir metodu kortəbii şəkildə tətbiq etmək olmaz. Hər bir mövzuya uyğun olan 
təlim vasitələrindən istifadə edilməsi qarşıya qoyulan məqsədə daha tez çatmağa bizə yardım edir. Əgər, 
müəllim tədris etdiyi fənnə, qarşıya qoyduğu problemə hakim deyilsə və düzgün metoda istinad etmiyibsə bu 
artıq qarşıya qoyulan məqsəddən uzaqlaşmanın göstəricisidir.
Əyani təlim haqqında dahi metodistlər tərəfindən yüzlərlə fikir söylənmişdir. Ancaq, bu sahədə xüsusi 
xidməti olan K.D.Uşinskinin fikirləri xüsusi maraq doğurur. K.D.Uşinski əyani təlimi təsəvvür edərkən 
qeyd etmişdirki “ Bu təlimdə biliklər mücərrəd təsəvvürlər üzərindən və sözlər üzərindən deyil, konkret 
tarixi obrazlar, təsəvvürlər üzərindən aşılanmağa başlanır.
Fasiltator yəni müəllim tələbənin, şagirdin qəlbindəki qəhramanı tapır və mövzunu onun üzərindən 
tədris edir”. Təbii ki, belə olan halda mövzudan özünə qəhraman yaradan öyrənənə həmin qəhramanın 
timsalında təsir edilməsi onun mövzuya olan marağını artırır və bilavasitə qarşıya qoyulan məqsədə 
istiqamətləndirir.
Qeyd etmək lazımdır ki, insan neçə yaşda olursa olsun əyani vasitələrlə öyrənməyə üstünlük verir. Bu 
mövzu ilə bağlı aparılan sosial eksperimentlərdəndə bunu tam əminliklə deyə bilərik. Xüsusilə, tarixlə yeni-
yeni tanışlıq mərhələsində olan şagirdə tarixi təsəvvürlər, əşyalar, qədim qurğular, qədim silahlar və.s bunu 
kimi əyani vasitələr daha çox maraqlıdır.
Xüsusilə uşaqlar fikirləşərkən müəyyən rənglərlə, formalarla və surətlərlə fikirləşir. Bu daha asan 
qavramaya yardımçı olur. Əyanilik tarixi izləməyə, onu təsəvvürlərdə canlandırmağa və canlı olan gerçəkliyi 
görmək üçün bizə yardım edən ən səmərəli metoddur. Öyrədilən insan neçə yaşda olursa olsun və yaşı nə 
qədər az olursa olsun, əyanilikdən istifadə bir o qədər zəruridir. Bu gün tarix müəllimlərinin qarşısında duran 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   409   410   411   412   413   414   415   416   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə