Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə414/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   410   411   412   413   414   415   416   417   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
349 
vəzifə şagirdləri sadəcə öyrətməkdən ibarət deyil. İstər tarix, istərsə də başqa sahələrdə öyrədilən məsələləri 
yadda qalan etmək, silinməz izlər halına gətirmək və öyrədilən biliklərin düzgün və səmərəli istifadəsini 
təmin etmək müəllimlərin qarşısında duran əsas vəzifə borclarıdır. Nəzəri cəhətdən öyrəndiyimiz biliklər 
bizim yaddaşımızda müəyyən bir zaman dilimində qalan biliklərdir. Ancaq əyani şəkildə öyrəndiklərimiz isə 
daima bizim yaddaşımızda qalacaq olan biliklərdir.
Əyanilik özü müxtəlif növlərə bölünür. Bu gün tarixin tədrisində istifadə olunan 4 əyanilik növü bizə 
məlumdur. Əşya əyaniliyi, obrazlı nitq əyaniliyi, şərti əyanilik və təsviri əyanilik növləri əyanilik metodunun 
özək hissəsini təşkil edir.
Əşya əyaniliyi bilavasitə özünü şagirdlərin qavrama prosesində təzahür etdirir. Hər hansı bir tarixi 
faktdan danışarkən mütləq şəkildə bu faktı əyani vasitələrlə göstərmək lazımdır. 
CƏNUBİ QAFQAZ VƏ İRAN İSLAM RESPUBLİKASININ MARAQLARI 
Ələkbərov M. V. 
 Bakı Slavyan Universiteti 
E-mail:
 
muslumalekberov@gmail.com
 
 
Cənubi Qafqaz Yaxın Şərq, Avropa və Asiya arasında qovuşma nöqtəsində yerləşərək, əlverişli 
geosiyasi mövqeyə sahibdir. Bu səbəbdən onu həyati önəmə malik olan bir zona kimi xarakterizə etmək 
mümkündür.
Tarix boyu hegemon ölkələr bu region öz nüfuz dairələrini daha da genişləndirmək məqsədilə baza 
olaraq dəyərləndirmişlər. Qədim dövrlərdə bu mənada Osmanlı və Fars imperiyasının aparıldığı strategiya bu 
gün Rusiya, İran və ABŞ tərəfindən tətbiq edilməkdədir. Cənubi Qafqazın geosiyasi əhəmiyyəti mühüm 
enerji və digər təbii ehtiyatlarının olması ilə bağlıdır. Regionun əhəmiyyəti Qərbin yanacaq istehlakçısı 
rolunda çıxış edən dövlətlərinin Rusiya və Yaxın Şərqin enerji ehtiyatlarından asılılığının azaldılması 
niyyətindən sonra artmış oldu Lokal, regional və qlobal qüvvələr arasında gərginlik və baş verən 
münaqişələr, separatçı bölgələrin mövcudluğu, Cənubi Qafqazda qeyri-sabitliyin mənbəyi, eləcə də lokal və 
regional aktorların geosiyasi statusuna təsir göstərir
Cənubi Qafqazın gələcək geosiyasi vəziyyəti haqda müxtəlif dövlətlərin maraqlarını əks etdirən 
fikirlərə nəzər salmaq olar. ABŞ Qafqazı vahid qərbistiqamətli federasiya və ya konfederasiya kimi tanıyır. 
Rusiya Cənubi Qafqazı ənənəvi təsir dairəsi kimi qəbul etməsi ilə bağlı olaraq, digər ölkələrin regional 
hadisələrə müdaxiləsinə qarşı çıxmaqdadır. Həmçinin Rusiya üç müstəqil Cənubi Qafqaz ölkəsindən ibarət 
vahid regionun yaradılmasında daha çox maraqlıdır.
Avropa İttifaqı Cənubi Qafqaz regionuna Xəzər dənizinin enerji ehtiyatları üçün tranzit region 
qismində baxır. Xəzərin neft və qaz resursları Avropa üçün Rusiya yanacağına alternativ resurs qismində 
tədqiq edilir. Avropa Rusiyanın Cənubi Qafqaz regionunda gücünün zəifləməsində daha maraqlıdır.
Perspektivdə Cənubi Qafqaz ölkələri İran da başda olmaqla, Avropa İttifaqının xammal resursuna 
çevrilə bilər. Regionda qüvvətlənən İran Cənubi Qafqazda baç verən proseslərdə qeyri-regional qüvvələrin 
iştirakını istisna edir, daha doğrusu, Cənubi Qafqaz vahid geostrateji bölgədə yalnız üç müstəqil dövlət olan-
Türkiyə, Rusiya və İranın təmsil olunmasını planlaşdıran “3+3 modeli”ni daha məqsədəuyğun hesab 
etməkdədir.
Sözügedən konsepsiya nə qədər cəlbedici olsa da bir çox obyektiv amillərdən asılı olaraq (burada 
xalqlar arasında mədəni uyğunluğun olmaması, siyasi prioritet konsepsiyalarında bir-birindən fərqlənməsi və 
s.) həyata keçməsi real deyildir. 
İran görə Cənubi Qafqazın əhəmiyyəti bu marağın uzunmüddətli və tarixi əhəmiyyət daşıdığını 
görmək olar. Sovet İttifaqının süqutu və yeni müstəqil dövlətlərin formalaşması vəziyyəti kökündən 
dəyişmiş, İranın milli maraqları və xarici siyasəti ilə bağlı xeyli çətinliklər formalaşdırmışdır. İran İslam 
Respublikasının bu regiona qarşı 1991-ci ildən aparılan fəal xarici siyasəti həm regionun İran üçün 
əhəmiyyətini əks etdirməkdə, həm də İranın düşündüyü milli maraqlarını mühafizə etmək imkanlarını və 
iradəsini ifadə edir.
İran üçün Qafqazın əhəmiyyəti üç əsas amilə əsaslanır: 
1. Mədəni-tarixi amillər. Qafqazdakı etnik qruplar və İran dövləti arasında tarixi, mədəni əlaqələr 
sovet vaxtındakı yetmiş illik fasilənin olmasına baxmayaraq, İranın xarici siyasətində bu bölgəyə və onun 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   410   411   412   413   414   415   416   417   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə