Ministry of education of azerbaijan republic sumgayit state university


RUS-ERMƏNİ MÜTTƏFİQLİYİ VƏ ONUN MAHİYYƏTİNİN TARİXİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə422/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   418   419   420   421   422   423   424   425   ...   579
magistr2021 3 2

RUS-ERMƏNİ MÜTTƏFİQLİYİ VƏ ONUN MAHİYYƏTİNİN TARİXİ 
 
Əzizli X.Ə. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
Ezizlixanim1@gmail.com
 
 
Hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan 
İrəvan xanlığının torpaqları idi. Bu torpaqların yerli əhalisi-aborigen sahibləri Azərbaycan türkləri idi.Rusiya 
imperyası 1804-1813 və 1826-1828-ci illərdə baş verən Qacarlar səltənəti müharibədən sonra Şimali 
Azərbaycanı öz tərkibinə işğal etdi. Rusiya imperiyası Cənubi Qafqazda möhkəmlənmək və özünün gələcək 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
354 
işğalçılıq planlarını həyata keçirməkdən ötrü Türkmənçay və Ədirnə müqavilələrinin şərtlərinə əsaslanaraq 
kütləvi surətdə erməniləri Şimali Azərbaycan torpaqlarına köçürməyə başladı. 
Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq 
məlumdur ki, Azərbaycan torpaqlarında guyə ki,erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının 
çoxdankı işğalçılıq planlarının tərkib hissəsi idi. 
Qacarlar və Osmanlı sərhədlərində bufer xristian zona yaratmaq niyyətində olan Rusiya erməniləri 
başlıca olaraq Azərbaycanın İrəvan,Naxçıvan,Qarabağ xanlıqlarının ərazilərinə, habelə digər münbit 
torpaqlarına köçürdü.Türkmənçay müqaviləsi izlamasından az sonra I Nikolay ‘Erməni vilayəti’ yaradılması 
haqqında fərman imzaladı. Fərmanda deyilir : ‘ İranla bağlanmış olan müqaviləyə əsasən İrandan Rusiyaya 
birləşdirilən İrəvan və Naxçıvan xanlıqlarının bundan sonra ‘ Erməni vilayəti ‘ adlandırmağı hökm edir və öz 
titulumuza daxil edirik.Həmin vilayətin quruluşu və onun idarə edilməsi qaydası haqqında Hakimlik Senat 
fərmanları öz vaxtında alacaqdır”. Rusiyaya ilhaq olunan iki Azərbaycan xanlığının torpaqları hesabı 
yaradılan “ Erməni vilayəti “ İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünmüşdü. 
Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə, şah höküməti müharibə dövründə öz dövlətinə 
xəyanət edərək ruslara xidmət etmiş şəxslərin Rusiyaya tabeliyində olan ərazilərə köçmələrinə mane 
olmamalı idi. Bununla da İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ 
verildi. Qacarların mərkəzi və yerli hakimiyyət orqanlarının heç bir maneçiliyi olmadan, onların satlıq 
malına və ya əmlakına,əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşınan əmlakını aparmaq və 
satmaq üçün bir il,daşınmaz əmlaka gəldikdə isə,onun satılması və ya onun haqqında öz xoşuna sərəncam 
üçün 5 illik müddət müəyyən edildi. 
Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi layihəsi hələ 1827-ci ildə A.S.Qriboyedovun 
başçılıq altında hazırlanmışdı. Rusiyanın Qacarlardakı səfiri Qribodeyov ermənilərin köçürülməsində fəal 
iştirak edirdi.Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinin reallaşdırılması ilə əlaqədar olaraq 
Rusiya hökümətinin Qacarlarla sərhədboyu ərazilərə 80 min kazakın köçürülməsi barədə əvvəllər hazırladığı 
layihə qüvvədən salındı.Yenikolopova görə,Qriboyedov ermənilərin İrandan Rusiya sərhədlərinə, yəni 
Çuxursəd çökəkliyinə köçürülməsinə xüsusi diqqətlə yanaşır və bu məsələyə Rusiyanın şərqdəki 
mövqelərinin möhkəmlənməsinin təminatı kimi baxırdı. 
Türkmənçay müqaviləsi imzalandıqdan sonra1828-ci il fevralın 14-də Lazarev elə oradaca Paskeviçə 
göndərdiyi raportunda xatırladırdı ki, ermənilər müharibə zamanı Rusiyanın qələbəsi üçün mümkün olan hər 
şeyi ediblər və indi evlərini qoyub Rusiya tərəfə köçmək istəyirlər. Ermənilərin sürətlə və rahat köçməsi 
üçün Lazarev bu təklifləri edirdi :” 1) Köçürmə işlərinə rəhbərlik etmək üçün Paskeviç ona yazılı təlimat 
versin və həmin sənəddə köçənlərə verilən güzəştlər göstərilsin; 2) köçürmə işlərinə rəhbərlik etmək üçün 
erməni dilini bilən lazımi qədər ştabs və ober-zabitlər təyin etmək məsələsi onun ixtiyarına verilsin; 3) iqlim 
şəraitinə görə köçürmə işlərinin ləngiyəcəyi yerlərdə rus ordusu orada gözləsin və ordu köçənləri müşaiyət 
etsin; 4) kasıb köçkünlər üçün xəzinədən vəsait ayrılsın”. 
Paskeviç bu təkliflərin yerinə yetirilməsi üçün fevralın 26-da Lazarevə,29-da isə İrəvan “Müvəqqəti 
idarə”sinə xüsusi təlimat göndərdi. 
Şimali Azərbaycana köçürülən kasıb erməni ailələrinə kömək üçün xəzinədən 25 min rubl gümüş pul 
ayrılmışdı. Lazarevin və ona təhkim edilən erməni zabitlərin vəzifəsi köçürülənlərin sərhədə çatdırılması ilə 
bitirdi. Bundan sonrakı işlərə rəhbərlik İrəvan “Müvəqqəti idarə”si yanında xüsusi olaraq köçürülən 
ermənilərin yerləşdirilməsi üçün yaradılan komitəyə həvalə edilirdi. Komitə köçürülən erməni dəstələrini 
sərhəddə qarşılamaq üçün heyət göndərməli və həmin heyət onları yeni yaşayış məntəqələrinədək müşayiət 
etməli idi. Qarabağ üzrə bu vəzifə knyaz Abxazova həvalə edildi. 
Ermənilərin İran ərazisindən Şimali Azərbaycan torpaqlarına köçürülməsinin həyata keçirilməsi 
haqqında məlumatı Lazarevin 1829-cu il dekabrın 24-də qraf Paskeviçə yazdığı “ Yekun hesabat”ında 
izləmək mümkündür. Hesabata görə, köçürmə prosesi 1828-ci il fevralın 26-da başlamış və iyun ayının 11-
də başa çatdırılmışdı. Bu qanlı siyasətin tezliklə həyata keçirilməsinə çox canfəşanlıq göstərmiş erməni 
general Qazaros Lazaryan şəxsən özü rəhbərlik etmişdi. Digər erməni zabitləri-41-ci yeger alayının 
podpolkovniki knyaz Məlikov Üzümçü və onun ətrafındakı kəndlərin, gürcü qrenadyor alayının 
podpolkovniki knyaz Arqutinski-Dolqoruki Təbriz, onun ətrafındakı kəndlərin və Səlmas əyalətinin, kollec 
assesoru Qamazov Marağa və Urmiya xanlıqları kəndlərinin, knyaz Şalikov isə Xoy xanlığında yaşayan 
ermənilərin köçürülməsində ona yaxından kömək etmişlər. 
Müqaviləyə əsasən, rus qoşunlarının geriçəkilmə prosesinə 1828-ci il martın 8-dən etibarən 
Marağadan başlanıldığı üçün ilk növbədə orada yaşayan erməniləri köçürmək nəzərdə tutulurdu. 1828-ci il 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   418   419   420   421   422   423   424   425   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə