Ministry of education of azerbaijan republic sumgayit state university


AZƏRBAYCAN-NATO ƏLAQƏLƏRİ (2003-2010-CU İLLƏR)



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə420/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   416   417   418   419   420   421   422   423   ...   579
magistr2021 3 2

AZƏRBAYCAN-NATO ƏLAQƏLƏRİ (2003-2010-CU İLLƏR) 
 
Əskərov C.E. 
Sumqayıt Dövlət Universiteti
E-mail:
 
ceyhunesgerov9@gmail.com
 
 
Bu gün Azərbaycan Respublikası dünya da çoxşaxəli xarici siyasətilə tanınan bir ölkəsir. Belə ki, bu 
siyasət dünyada xüsusi nüfuza malik, imkanları geniş olan hər bir beynəlxalq təşkilatla qarşılıqlı 
münasibətlərin qurulmasına və inkişafının təmin edilməsinə yönəlmişdir. Azərbaycan üzvü olduğu və ya 
tərəfdaşlıq etdiyi hər bir təşkilatın əsas prinsiplərinə daim sadiq qalaraq, üzərinə düşən vəzifələri layiqincə 
yerinə yetirmişdir. Azərbaycan Respublikası bu gün BMT, İƏT, Türk Şurası, NATO və s. kimi təşkilatlarla 
əməkdaşlıq edir ki, bunlar arasında özünəməxsus yeri olan təşkilatlardan biri də məhz NATO-dur (North 
Atlantic Treaty Organization). 
1994-cü ilin mayın 4-də prezident Heydər Əliyev Sülh Naminə Tərəfdaşlıq (SNT) çərçivə sənədini 
imzalamışdır. Məhz bu sənədin imzalanması ilə Azərbaycan və NATO arasında qarşılıqlı tərəfdaşlığın eləcə 
də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasının önü açılmış oldu. Ümummilli liderin 
“Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında” adlı 1997-
ci il 14 may tarixli sərəncamı isə artıq bu qurumla əlaqələrin möhkəmləndirilməsi istiqamətində önəmli bir 
addım xarakteri daşıyırdı. Bu sərəncamın imzalanmasından cəmi bir il sonra Azərbaycan ordusunun hərbi 
hissələri “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə birgə keçirilən hərbi təlimlərdə iştirak 
etməyə başladılar. 
2003-cü ildə İlham Əliyevin prezident seçilməsi ilə birlikdə artıq Azərbaycan Respublikası ilə NATO 
arasındakı əlaqələr yeni sferaya daxil oldu. 2004-cü ilin mayın 19-da Brüsselə səfər edən İlham Əliyev 
NATO-nun Baş Katibi Yaap de Hoop Sxefferə Azərbaycanın hazırlamış olduğu “Fərdi Tərəfdaşlıq üzrə 
Əməkdaşlıq Planı”nı (IPAP- Individual Parteship Action Plan) tədqim etdi ki, bu plan öz növbəsində 2005-ci 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   416   417   418   419   420   421   422   423   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə