Ministry of education of azerbaijan republic sumgayit state university


İSPANİYANIN SİYASİ TARİXİ 1940-1990-CI İLLƏRDƏ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə418/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   414   415   416   417   418   419   420   421   ...   579
magistr2021 3 2

İSPANİYANIN SİYASİ TARİXİ 1940-1990-CI İLLƏRDƏ 
Əliyeva A.E. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
aytac.aliyeva96.96@mail.ru 
İspaniyada 1936-1939-cu illər ərzində baş vermiş vətəndaş müharibəsi üç dövrə bölünür: 1) 1936-cı 
ilin iyul ayından 1937-ci ilin mayına qədər olan birinci dövr; 2)1937-ci ilin may ayından 1938-ci ilin 
sentyabr ayına qədər olan ikinci dövr; 3)1938-c ilin sentyabr ayından 1939-cu ilin martına qədər olan üçüncü 
dövr 
1939-cu il İspaniyada vətəndaş müharibəsinin başa çatması ilə yeni bir dövr başlayır. Dövlətə 
fövqəladə səlahiyyətə malik olan diktator-kaudilyo Fransisko Franko rəhbərlik etməyə başlayır və İspaniyada 
diktator rejimi bərqərar olur. Bu dövrdə İspaniya eyni zamanda vətəndaş müharibəsinin istər 
ekonomik,istərsə də sosial məcrada yaratdığı çətinliklərlə üzbəüz qalmışdır. 
Fransisko Franko hakimiyyətə gəldikdən dərhal sonra respublikaçılara qarşı bir sıra repressiyalar 
həyata keçirməyə başlamışdır. İspaniya həyatında 1939-1945-ci illər Franko repressiyalarının ən pik dövrü-
Ağ terror dövrü hesab olunur. Günü bugünədək repressiya qurbanlarının sayı barədə ispan və qeyri-ispan 
tarixçiləri arasında mübahisələr davam edir. 
İkinci dünya müharibəsi İspaniyada vətəndaş müharibəsinin bitməsindən 5 ay sonra başlamışdır. 
İspaniya müharibədə rəsmi şəkildə iştirak etməsə də,lakin faşist Almaniyasını müdafiə etmişdir.İkinci dünya 
dünya müharibəsi nəticəsində faşist rejimlərinin süqutu Frankonu öz siyasətində dəyişiklik etməyə məcbur 
etdi və o Almaniya ilə əlaqələrini kəsdiyini bildirərək  dövlətlərinə məxsus bütün mülkiyyətin müsadirə 
edildiyini bildirdi. II Dünya müharibəsindən sonra İspaniya iqtisadiyyatı ağır vəziyyətdə olsa da,siyasi 
həyatında qismən liberallaşma baş vermişdi. BMT Baş Assambleyasının təzyiqi ilə bir sıra dövlətlər 1946-cı 
ildə İspaniya ilə öz diplomatik və ticarət əlaqələrini tamamilə kəsmişdilər. Lakin “Soyuq müharibə”nin baş 
verməsi İspaniyanı düşdüyü çətin vəziyyətdən xilas etmiş oldu. 1947-ci il İspaniyada keçirilmiş referendum 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   414   415   416   417   418   419   420   421   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə