Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə421/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   417   418   419   420   421   422   423   424   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
353 
ilin aprelin 28-də tərəflar arasında müzakirələr aparılaraq təsdiq edildi. Daha sonra, 2006-ci il 8 noyabr 
tarixində isə Brüssel şəhərində NATO-nun Baş Katibi Yaap de Hoop Sxeffer ilə birgə mətbuat 
konfransındakı bəyanat zamanı İlham Əliyev bu cümlələri söyləmişdi: ”Azərbaycan qonşuluqda daha 
təhlükəsiz mühitin yaradılmasında oynadığı mühüm rolunu davam etdirəcəkdir. Biz Kosovo ilə Əfqanıstanda 
sülhməramlı əməliyyatlarda iştirakımızı davam etdirəcəyik. Hesab edirəm ki, bu, bizim gənc, lakin NATO-
nun əsil və etibarlı tərəfdaşı olmaq üçün öz potensialını artıran ölkəmiz üçün çox vacibdir”. Burada İlham 
Əliyev həm də NATO-ya inteqrasiyanın ölkənin xarici siyasətinin proritetlərindən birinə çevirildiyini bildirdi 
ki, bu da təbii olaraq, onun və eləcə Azərbaycan dövlətinin bu təşkilata olan böyük etimadının göstəricisi idi. 
Bu etimadın göstərici olaraq 2005-ci ilin fevralında imzanlanmış sazişə əsasən alyans tərəfindən
partlamamış silah-sursatın məhv edilməsi üçün ölkəmizə 1,4 milyon dollar yardım ayrılmışdı. 
2007-ci ilinn 23 mayında prezident İlham Əliyev tərəfindən imzalanmış olan “Azərbaycan 
Respublikasının milli təhlükəsizlik konsepsiyasında” da, Azərbaycan Respublikasının NATO-nun “Sülh 
Naminə Tərfdaşlıq” proqramında iştirakının davam etdirilməsi və eləcə də NATO dövlətləri qarşılıqlı 
faydalılıq əsaslında ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlığın həyata keçirilməsi kimi məsələlər öz əksini 
tapmışdır.
Azərbaycan ordusunun bölmələri 2002-ci ildən etibarən İSAF (International Security Assistance Force 
-Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri) çərçivəsində NATO-nun rəhbərliyi altında Əfqanıstanda 
keçirilən əməliyyatda iştirak etməyə başlamışdı. Əvvəlcə bu əməlliyatda bir taqım tapşırılan vəzifənin 
icrasını həyata keçirirdi ki, 2008-ci ildə buradakı qüvvələrin tərkibi 22 nəfərdən 45 nəfərə, 2009-cu ildə artıq 
90 nəfərə yüksəldilmişdi. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirakı ilə Rumıniyanın paytaxtı Buxarest 
şəhərində, 2008-ci ilin 2-4 aprel tarixlərində NATO-nun sammiti keçirilmişdir. Sonda isə NATO-nun 
Buxarest sammitinin yekun bəyannaməsi qəbul edilmişdi. O dövr üçün çox önəmli bir addım olaraq, 
sənəddə Azərbaycanın ərazi bütövlüyü məsələsinə də toxunulmuşdu. Sənəddə məhz belə deyilirdi: «Biz 
Şimali Atlantika Alyansına üzv ölkələrin dövlət və hökumət başçıları Cənubi Qafqaz və Moldova 
Respublikasında regional münaqişələrin davam etməsindən narahatıq. Bizim xalqlarımız Ermənistan
Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləyir. Biz həmin 
prinsipləri nəzərə alaraq bu regional münaqişələrin sülh yolu ilə həllinə yönəlmiş səyləri dəstəkləyirik».
2009-cu ildən etibarən Azərbaycan-NATO arasında aparılan məsləhətləşmələr daha geniş məcraya 
daşındı. Belə ki, 2009-cu ilin iyulunda baş tutan məsləhətləşmələrdə artıq Azərbaycan nümayəndə heyətində
Xarici İşlər, Müdafiə nazirlikləri ilə bərabər, Milli Təhlükəsizlik, Daxili İşlər və Fövqəladə Hallar 
nazirliklərinin və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri də iştirak edirdilər. Bu da təbii ki, NATO ilə 
əlaqələrin genişlənməsinə təkan vermişdi. 
2010-cu ildə Azərbaycanın 2004-cü ildə qoşulmuş olduğu Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının
(FTƏP) ilk iki mərhələsi I- 2005-2007, II- 2008-2010-ci illəri əhatə edən mərhələləri sona çatmışdı ki, bu 
plan öz növbəsində Azərbaycan-NATO arasında mütəmadi siyasi dialoq həyata keçirməyə, ikitərəfli 
münasibətləri və eləcə də qarşılıqlı maraq doğuran məsələlər ilə bağlı əməkdaşlıq məsələlərini 
razılaşdırmağa şərait yaradır. 
Yekunda qeyd etmək istəyirəm ki, 2003-2010-cu illər Azərbaycan-NATO əlaqələrinin inkişafında 
xüsusilə önəm kəsb etməkdədir. Bu dövrdə, Prezident İlham Əliyev rəhbərliyi altında Azərbaycan-NATO 
münasibətlərli yüksələn xəttlə inkişaf etmiş, Azərbaycan NATO-nun maraqlarında önəm daşıyan 
dövlətlərdən birinə çevrilmişdir.

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   417   418   419   420   421   422   423   424   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə