Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə423/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   419   420   421   422   423   424   425   426   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
355 
fevralın axırlarında Marağaya gələn Lazarev qar yağdığı üçün köçürməni dayandırıb erməni dəstələrini 
Marağa kollec assessoru Qamazova və ştabs-kapitan Voynikova tapşırıb martın 7-də Marağadan çıxdı. Artıq 
martın 9-da general Paskeviç və “Müvəqqəti Azərbaycan İdarə Heyəti”nin üzvləri Təbrizi tərk etdilər. 
Martın 9-da Lazarevin Paskeviçə yazdığı raportunda göstərirdi ki,artıq 4500 erməni ailəsi köçürülərək Araz 
çayının sahilinə gətirilmişdir. 
1828-ci ilin aprel-may aylarında Lazarev Urmiya, Xoy, yenidən Səlmas xanlıqlarında və Kürdüstan 
ərazisində yaşayan erməniləri deyil, kürdləri də Şimali Azərbaycan torpaqlarına köçürməyə başladı. O, 
1828-ci ilin mayın 27-də göndərdiyi raportda təxminən 500 ailədən ibarət müsəlman kürdlərinin də 
Kürdüstanından İrəvan əyalətinə köçmək niyyətində olduğunu bildirmişdi. Lakin erməni zabitinin bu planı 
baş tutmadı. Çünki hələ fevralın 29-da Lazarevə xüsusi məktubla tapşırılmışdı ki, müsəlmanların 
köçürülməsinə imkan verməsin. 
Ermənilərin Şimali Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsinin müxtəlif arxiv sənədləri 
də təsdiq edir. Məsələn, Gürcüstandakı baş qərargah rəisinə təqdim edilən 1828-ci il 26 may tarixli raportda 
bildirildi: “ Rusiyaya məxsus olan vilayətlərə xristianların köçürülməsi müvəffəqiyyətlə aparılır. Artıq 
Qarabağda 279, İrəvan vilayətində 948 ailə məskunlaşmışdır; polkovnik Lazarevin vədinə görə , köçənlərin 
sayı 5 min ailəyə çatdırılmalıdır”.İ.Şopenin məlumatına görə, Qacarlar səltənətindən köçürülən ermənilərdən 
təkcə 366 ailə (1715 nəfər) İrəvan şəhərinin özündə, 265 ailə (1110 nəfər) Naxçıvan şəhərində və 36 ailə ( 
182 nəfər) isə Ordubad şəhərində yerləşdirilmişdi. Köçürülən ermənilər İrəvan əyalətinin 119 kəndində, 
Ordubad dairəsinin 11 kəndində, Naxçıvan əayələtinin 61 kəndində məskunlaşdırıldı. Ümumiyyətlə, İrəvan 
əyalətində 4559 ( 23568 nəfər), Naxçıvan əyalətində 2137 ( 10652 nəfər), Ordubad dairəsində 250 (1340 
nəfər) erməni ailəsi yerləşdirildi. Nəticədə qondarma “ Erməni vilayəti”nə 35560 nəfərdən ibarət 6949 
erməni ailəsi köçürüldü. 
Lazarevin özünün hesabatından aydın olur ki, üç ay yarım ərzində İran ərazisindən 8249 xrisitian – 
erməni ailəsi İrəvan, Naxçıvan və Qarabağ əyalətlərinə köçürülmüşdü, bu da, ən azı, 40 min nəfər demək idi. 
Köçürmə işlərinə xəzinədən 14000 rubl qızıl, 400 rubl gümüş pul xərclənmişdi.Lakin nəzərə almaq lazımdır 
ki, Lazarevin hesabatında İrandan Şimali Azərbaycana köçürülən erməni ailələrinin miqdarı tam dolğunluğu 
ilə əks olunmayıb. Məsələn, rus tədqiqatçısı N.A.Smirnov İrandan 90 min erməninin köçürülərək 
Azərbaycan torpaqlarında məskunlaşdığını yazırdı. 
Lazaryevin tapşırığını yerinə yetirən Qamazov öz hesabatında bildirdi ki, İrəvan əyalətinə köçürülən 
ermənilərin əksəriyyəti buranın ən yaxşı mahallarında – Şərur, Dərvəli, Zəngi, Gərniçay, Abaran, Qırxbulaq, 
Dərəçiçək, Səhhət Çuxurda, yəni Sürməli mahalında yerləşdirildi. 
Beləliklə,yuxarıda göstərdiyimiz azsaylı materiallar əyani olaraq göstərir ki, XIX əsrin 20 illərinin 
sonu-30-cu illərin əvvəllərində çar hökuməti Osmanlı və Qacar dövlətlərinə qarşı müharibədə onun xeyrinə 
casusliq və təxribatla məşğul olaraq təbəələri olduqları Qacar və Osmanlıya qarşı xəyanət etmiş erməniləri 
ədalətli və layiqli cəzalardan qurtarmaq və yeni ələ keçirdiyi Quzey Azərbaycan torpaqlarını Qacarlarla və 
Osmanlılarla sərhəd boyunca xristian- erməni əhalisindən sanitar korton məqsədi yaratmaq, bu müsəlman 
ölkəsində özünə xristianlardan dayaq təşkil etmək məqsədi ilə on minlərlə erməni işğal etdiyi Azərbaycan 
torpaqlarına əsasən, İrəvan, Naxçıvan və Qarabağa köçürmüşdür. Bu köçürmənin gedişində yerli aborigen 
müsəlman xalqın mənafeləri tapdanmış və Azərbaycanın sonrakı illərdən ta bugünə qədərki başına gətirilən 
bir çox müsibət və bəlaların bünövrəsi məhz Ramanovların Rusiyanın əli ilə bu mürtəce köçürmələr 
nəticəsində qoyulmuşdu. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   419   420   421   422   423   424   425   426   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə