Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə431/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   427   428   429   430   431   432   433   434   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
363 
yeni peşəyə yiyələnməsi, iş yerini dəyişməsi və s. əhalinin sosial mobilliyinə öz təsirini göstərir. Sosial 
strukturun mobillik xüsusiyyətləri cəmiyyətdəki ayrı-ayrı sosial qrupların, fərdlərin, mobilliyin inkişaf 
meyilliliyini əks etdirir. Sosial mobilliyin öyrənilməsi, cəmiyyət daxilində baş verən sosial dəyişikliklərin, 
yerdəyişmələrin baş vermə səbəblərinin araşdırılması, istiqamətlərinin müəyyənləşdirilməsi böyük 
əhəmiyyət kəsb edir. Məhz bu incəlikləri, xırdalıqları dərindən öyrəndikdən sonra həmin prosesləri nəzarət 
altında saxlamaq, onlara şüurlu şəkildə təsir göstərmək, insanların həyat şəraitini yaxşılaşdırmaq, cəmiyyət 
daxilində sabitliyi, stabilliyi qoruyub saxlamaq qismən də olsa mümkün olar. Dövlətin sosial siyasətinin 
düzgün şəkildə qurulması prosesində də sosial mobilliyin rolu böyükdür. Real həyatdan da gördüyümüz kimi 
hər bir insan, hər bir sosial qrup sosial, ictimai həyatın müxtəlif sahələrində müəyyən səviyyəyə gəlib 
çatmaq, özünü inkişaf etdirmək, cəmiyyət həyatında müəyyən bir rola, statusa malik olmaq üçün olduqca 
gərgin çalışır, özünü yeniləmək cəhdlərindən heç vaxt imtina etmir.
Sosial mobilliyin öyrənilməsi, tədqiq olunması bu günə qədər də sosioloqların maraq dairəsində və 
diqqət mərkəzində olmuşdur. Amerikalı sosioloqlar Lipset və Bendeks fiziki əməkdən intellektual əməyə 
keçidi tədqiq etməklə Qərb ölkələrində bu mobilliyin eyni olduğunu göstərmişdirlər. İnsanların asan şəkildə 
bir statusdan digərinə keçməsi fikri isə digər tədqiqatçıların apardıqları araşdırmalarda öz əksini tapmışdır.
Müasir cəmiyyətdə sosial mobillik üfüqi və şaquli olmaqla iki nöqteyi nəzərdən təzahür olunur. Fərdin 
eyni sosial təbəqə daxilində öz mövqeyini dəyişməsi prosesi üfüqi mobillik adlanır. Lakin fərd bir sosial 
qrupdan digərinə keçirsə bu proses artıq şaquli mobillik adlanır. Fərdin cəmiyyətdəki mövqeyinin dəyişməsi 
onun davranışına, ətraf mühitindəki insanlarla münasibətinə, maraqlarına müxtəlif cür təsir edir. Şaquli 
mobillik özü iki hissədən ibarətdir: yuxarı mobillik və aşağı mobillik. Yuxarı mobillik fərdin sosial 
vəziyyətinin yaxşılaşması, işində yüksəlməsi, statusunun artması və s. kimi halları özündə cəmləşdirir. Aşağı 
mobillik isə fərdin sosial vəziyyətinin pisləşməsi, statusunun azalması və s. kimi hallarla ifadə olunur. Şaquli 
mobillik həmçinin fərdi və qrup şəklində də ola bilər. Yəni burada fərdin sosial mövqeyinin dəyişməsi
köhnə statusunu tərk edib yeni vəziyyətə girməsi fərdi mobillik, qrupun xüsusilə də böyük sosial qrupların 
mövqeyinin dəyişməsi, sosial əhəmiyyətinin dəyişməsi qrup mobilliyi adlanır. Yüksək səviyyəli sosial 
mobillik əsasən mürəkkəb struktura malik olan cəmiyyətlərdə əhəmiyyətlidir. Sosial normalar və dəyərlər 
sisteminin təbəqələrin bir-birinə təsir göstərməsində rolu mövcuddur. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   427   428   429   430   431   432   433   434   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə