Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə433/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   429   430   431   432   433   434   435   436   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
364 
artırılmasına 9 mlrd. manat ayrılmışdı. 2014-2015-ci illərdə və cari ilin ötən dövründə 2003-cü ildən 
Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl islahatlar kursu respublikanın iqtisadi potensialının 
gücləndirilməsində sürətli inkişaf mərhələsini şərtləndirməklə bərabər həmçinin yüksək sosial standartlara 
malik cəmiyyətin qurulmasına, sosial firavanlığın təminatına doğru mühüm addımların atılmasına zəmin 
yaratmışdır. İlham Əliyevin daxili siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, 
sağlamlığı və təhlükəsizliyi dayanır. Prezdentimizin uğurlu islahatlar strategiyası qlobal miqyasdakı iqtisadi 
kataklizmlərin ölkəmizə təsirlərini minimallaşdırmaqla yanaşı, sosial proqramların uğurla davam 
etdirilməsinə, sosial müdafiənin daha da gücləndirilməsinə zəmin yaratmışdır Həmin proqramlardan biri 
kimi, müharibə əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatını misal göstərmək olar.Göstərilən işlərin 
uğurlu davamı olaraq 845 nəfər əlil və şəhid ailəsi, o cümlədən 713 nəfər Qarabağ müharibəsi əlili və şəhid 
ailəsi, 132 nəfər gözdənəlil müasir tələblərə uyğun səviyyədə inşa olunmuş yeni mənzillərlə təmin olunub. 
Ümumilikdə 2016 cı ilə dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttiilə 5,5 minədək əlil və 
şəhid ailəsinə yenimənzil verilibki, onlardan 5015 nəfəri Qarabağ müharibəsi əlilləri və şəhidailələri, 
qalanları İkinci Dünya müharibəsi və Çernobıl AES əlilləri, müharibə əlillərinə bərabər tutulan digər 
vətəndaşlar, gözdən əlillərdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2013-cü il və 30 
aprel 2014-cü iltarixli Sərəncamları ilə 2014-2015-ci illərdə və cari ilin ötən dövründə 2063 nəfər müharibə 
əlili və onlara bərabər tutulan şəxs “Naz-LİFAN” markalı minik avtomobili ilə təmin edilib. Bu vaxta qədər 
ölkəmizdə dövlət tərəfindən 5,9 min nəfər bu təbəqədən olan şəxsə minik avtomobili təqdim olunub. Ölkənin 
sosial müdafiə sistemi qarşısında qoyduğu əsas vəzifələrdən biri həmin sistemin həll etdiyi işləri daha çox 
artırmaqdır. 
Beləliklə indi sosial müdafiə sistemi vasitəsilə 1 milyon 312 min nəfər əmək pensiyası, 506, 1 min 
nəfər müxtəlif növ müavinətlər, 162 min ailənin 707 min nəfər üzvü isə ünvanlı sosial yardım alır. Bu 
insanlara göstərilən sosial ödənişlər şəklində hazırda aylıq olaraq 316 milyon manat vəsait büdcədən ayrılır. 
Ümumilikdə 2017-ci ilin dövlət büdcəsinin 40,3 faizi məhz sosialyönümlü xərclər üçün nəzərdə tutulub 
Son illərdə cənab Prezidentin imzaladığı müvafiq sənədlərə əsasən, uğurlu siyasətin davamı olaraq aylıq 
sosial müavinət alanların sırasına beşdən çox uşağı olan ailələrdəki uşaqlar, Azərbaycan Prezidentinin aylıq 
təqaüdləri ilə təmin edilənlərin sırasına isə əmək pensiyası almaq hüququ olmayan birinci qrup əlillər, İkinci 
Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş şəxslər 
və Əfqanıstanda sovet qoşunlarının tərkibində öz borcunu yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların 
ailə üzvləri də daxil edili. Azərbaycanda sosial müdafiənin tərkib hissələri kimi, hər biri ayrılıqda müvafiq 
qanunlar əsasında mövcud olmaqla sığorta-pensiya sistemi, bu sistemdə iştirak imkanı olmayanlar üçün 
dövlət sosial müavinət sistemi, digər tərəfdən işsizlik problemi ilə üzləşənlər üçün işsizliyə görə müavinət 
sistemi, sonra isə bunları tamamlayan, özlərindən asılı olmayan səbəblərdən yoxsulluq səviyyəsində olan 
ailələr üçün ünvanlı dövlət sosial yardımı sistemi fəaliyyət göstərir.

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   429   430   431   432   433   434   435   436   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə