Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə430/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   426   427   428   429   430   431   432   433   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
362 
MÜASİR CƏMİYYƏTİN SOSİAL STRUKTURUNUN MOBİLLİK XÜSUSİYYƏTLƏRİ 
İbrahimova F.V. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
fexriyye.1998@mail.ru 
Müasir dövrdə sosial struktur anlayışı, onun mahiyyəti, cəmiyyətin inkişafında rolu, sosioloji baxımdan 
geniş şəkildə öyrənilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Çünki sosial struktur cəmiyyətlə birbaşa 
əlaqəlidir. Belə ki, sosial struktur cəmiyyətin iqtisadi, siyasi, mənəvi inkişafını öyrənir, onun müxtəlif sosial 
birliklərə, qruplara, təbəqələrə bölünməsini və onlar arasındakı qarşılıqlı təsiri özündə birləşdirir. Struktur 
sözü latınca “structura” quruluş sözündən götürülmüşdür. Sosial struktur həmçinin cəmiyyət daxilindəki 
ictimai münasibətlərin inkişafının əsas məcmusunun, onun yetkinlik dərəcəsinin əsası kimi çıxış edir. Sosial 
strukturun tərkibi olduqca genişdir. Buna görə də sosial proseslərə təsir etmək, onları tənzimləmək, ictimai 
fəaliyyət sahəsində uğur əldə etmək üçün cəmiyyətin sosial strukturu daxilində baş verən dəyişiklikləri 
araşdırmaq, öyrənmək qarşıda duran əsas vəzifələrdəndir.
Cəmiyyət daxilində “sosial struktur” anlayışı iki mənada: dar və geniş mənada izah olunur. Dar 
mənada sosial struktur konkret sistem, bu sistemin struktur elementləri yəni, sosial qruplar, təbəqələr, siniflər 
və s. arasındakı qarşılıqlı münasibətlər başa düşülür. Geniş mənada sosial struktur dedikdə isə sosial-ərazi
sosial-demoqrafik, sosial-sinfi strukturların məcmusu başa düşülür. Struktur ünsürlərinin dayanıqlığı, onların 
mühümlülük dərəcəsi, qarşılıqlı əlaqələri və asılılığı, mahiyyəti sosial strukturun əsas xassələrinin mühüm 
göstəriciləridir. Bütün bunları nəzərə almaqla sosial struktur ideal, təşkilati və normativ struktur növlərinə 
ayrılır. Bütün bu struktur ünsürləri bir-birilə sıx əlaqədə və qarşılıqlı təsirdədirlər.
İnsanların hər hansı sosial birlik formasına aid olması prosesi obyektiv şəkildə səciyyələnir. 
Sosiologiyanın mürəkkəb məsələlərindən biri də cəmiyyətin sosial strukturundakı daxili elementlərin 
müəyyənləşdirilməsidir. Çünki bu elementlərin hər biri də ayrı-ayrılıqda öz daxilində müxtəlif ünsürlərdən 
ibarətdir. Bunlara sosial sinifləri, sosial qrupları, kollektivləri, təbəqələri, sosial-demoqrafik qrupları və s. 
misal göstərmək olar. Bu anlayışlardan ən çox şişirdiləni sinif anlayışıdır. Marksist sosiologiyada sinfin 
müəyyən olunmasının əsası kimi mülkiyyət formalarının müxtəlifliyi götürülür. Təbii ki, burada təkcə 
mülkiyyət formasına əsaslanmaq düzgün deyil. Bundan əlavə iqtisadi, siyasi, mənəvi amilləri də nəzərə 
almaq vacibdir. Qərb sosioloqlarının fikrincə sinfi fərqlərin əsas göstəriciləri əhalinin məşğuliyyəti və sərvəti 
hesab olunur. Onlar cəmiyyətdə yüksək, orta, fəhlə və kəndli siniflərinin mövcud olduğunu qeyd edirlər. 
Marksizmə görə, siniflər arasında mövcüd olan iqtisadi fərqlər onların siyasi həyatda, eləcə də 
mədəniyyətdə fərqliliklərin yaranmasına təkan verir. Bu təlim siyasi, mədəni, ideoloji, sosial-psixoloji 
fərqlərin mövcud olduğunu qəbul etməsinə baxmayaraq, o, bütün bu fərqləri iqtisadi sahədəki fərqlərin 
davamı kimi nəzərdə tutur.
Müasir cəmiyyətdə sosial strukturda sosial qrup və sosial təbəqə anlayışları 
haqqında da müxtəlif fikirlər mövcuddur. Sosial qrup dedikdə siniflər daxilində öz yetkinlik dərəcəsinə görə 
fərqlənən sosial subyektlər nəzərdə tutulur. Sosial təbəqə dedikdə isə cəmiyyətin varlı və yoxsullara 
bölünməsi nəzərdə tutulur.
Sosial struktur cəmiyyətdəki formalaşmış münasibətlərin məcmusudur. Cəmiyyətin müəyyən bir 
hissəsini təşkil edir və özündə mədəniyyət, sosial siniflər, sosial status və s. kimi komponentləri özündə 
cəmləşdirir. Sosial strukturun öyrənilməsində sosial institutlar nəzəriyyəsi və sosial bərabərsizlik nəzəriyyəsi 
mühüm rol oynamışdır. Sosial institutlar nəzəriyyəsi institutsional paradiqma da adlanır. Bu nəzəriyyəyə 
görə sosial institutlar yalnız bütövlükdə cəmiyyəti müəyyən edir. Ümumilikdə hər bir sosial institut ictimai 
əhəmiyyət kəsb edən funksiyaları yerinə yetirməklə onların ümumi sistemdən ayrı götürülməsinin, 
işlənilməsinin qarşısını alır. Sosial bərabərsizlik nəzəriyyəsi isə funksional və konfliktoloji paradiqma da 
adlanır. Bu paradiqmalara görə sosial bərabərsizlik dedikdə cəmiyyət daxilində fərdlərin və ya sosial 
qrupların bir-birinə nəzərən tutduqları mövqe əsas götürülür. Burada həmçinin subyektlərin 
qiymətləndirilməsi, müqayisə olunması, konkretləşdirilməsi prosesləri nəzərdə tutulur. Bu paradiqma 
daxilində cəmiyyətin strukturlara ayrılması əmək bölgüsü ilə birbaşa əlaqələndirilir.
Müasir cəmiyyətin sosial strukturun tədqiqinin qarşısında duran mühüm problemlərdən biri də sosial 
mobillik probleminin öyrənilməsi prosesidir. “Sosial mobillik” anlayışı elmə 1927-ci ildə görkəmli rus-
amerikan sosioloqu olan P.Sorokin tərəfindən gətirilmişdir. Sosial mobillik dedikdə hər hansı bir fərdin və ya 
sosial qrupun, birliyin, təbəqənin həyat fəaliyyətinin dəyişməsi, olduğu səviyyədən yuxarı qalxması və yaxud 
da aşağı enməsi prosesi başa düşülür. İnsanların bir yerdən başqa yerə köçməsi, yaşayış yerini dəyişməsi, 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   426   427   428   429   430   431   432   433   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə