Ministry of education of azerbaijan republic sumgayit state university


ƏRƏB BAHARINDAN SONRA ABŞ-IN MİSİR SİYASƏTİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə428/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   424   425   426   427   428   429   430   431   ...   579
magistr2021 3 2

ƏRƏB BAHARINDAN SONRA ABŞ-IN MİSİR SİYASƏTİ 
Hüseynzadə B.R.
Bakı Slavyan Universiteti
E-mail:
 
Xanim.hzde @gmail.com 
2010-cu ildə Tunisdə bir gəncin özünü yandırması ilə başlayan Ərəb baharı digər Şərq ölkələrində də 
sürətlə yayılmağa başladı. Kütləvi xalq etirazlarının əsas səbəbləri kimi demokratiyanın olmamasını, diktator 
rejiminin qüvvədə olmasını, ölkələrdə işsizliyin səviyyəsinin daha da artması nəticəsində aclığın və 
yoxsulluğun yayılmasını qeyd etmək olar. 2011-ci il 25 yanvar tarixində Misirdə də kütləvi etirazlar geniş 
yayılmağa başladı. ABŞ isə bu xaosdan öz maraqlarına uyğun istifadə etməyi planlaşdırdı. ABŞ-ın Xarici 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
360 
İşlər Naziri Hilary Clinton ABŞ-ın həmişə Misir xalqının yanında olduğunu və onların siyasi hüquqlarının 
qorunması məsələsində yanlarında olacaqlarını bildirmişdir. İğtişaşların ilk günlərində Obama 
administrasiyası mövcud rejimə müəyyən dəyişikliklər edərək Mübarək hakimiyyətinin iqtidarda qalmasını 
dəstəkləsə də, daha sonra maraqlarının dəyişməsindən çıxış edərək mövcud rejimin dəyişməsi siyasətini 
yeritdi. Misirin prezidenti Hüsnü Mübarək fevralın 11-i istefa verməyə məcbur oldu. ABŞ hadisələrə təsir 
göstərmək üçün iqtidara gələn Silahlı Qüvvələrin Ali Şurasına dəstək verdi. ABŞ ərazidə öz gücünü 
saxlamaq üçün Misirdəki hərbi xuntaya 2011-ci ildə 3 milyard dollar məbləğində maliyyə ayırmışdır.
Misir hələ, 1978-ci ildə imzalanan Kemp-Devid müqaviləsindən müasir dövrə qədər ABŞ-ın ən çox 
maliyyə və hərbi dəstək göstərdiyi ölkədir. Əlbəttə ki, ABŞ-ın Misirə etdiyi maliyyə və hərbi yardımların 
arxasında böyük çıxarlar və maraqlar gizlənir. Buna misal olaraq Süveyş kanalında və Misirin hava fəzasında 
ABŞ–ın üstünlüyünü qeyd etmək olar. Bu dövrdə ABŞ-ın da maliyyə cəhətdən problemləri olmasına 
baxmayaraq bölgəyə təsir etmək üçün bu kimi addımlar atırdı. Xüsusilə də bu təsiri ən çox Misirin xarici 
siyasətində müşahidə etmək olardı. İqtidarda olan hərbi xunta ABŞ və İsrailə qarşı olduqca uyğunlaşmağa 
yönələn siyasət yürüdürdü. Silahlı Qüvvələrin Ali Şurası ABŞ və İsrailə 1979-cu ildə imzalanan Misir-İsrail 
sülh müqaviləsinin Hüsnü Mübarəkin iqtidardan getməsinə baxmayaraq qüvvədə qalacağına dair təminat 
verdi. Həmçinin Misir höküməti ABŞ və İsrailin maraqlarına uyğun olaraq İran ilə diplomatik əlaqələrin 
yenidən qurulmasına istiqamətlənən siyasətindən də geri addım atdı. Yeni iqtidar Mübarəkin hakimiyyəti 
dövründə xalq tərəfindən etirazlarla qarşılanan təbii qazın İsrailə dünya bazarındakı qiymətlərdən daha ucuza 
satılması siyasətini də qoruyub saxladı. 
2012-ci ilin iyun ayında Misirdə yeni prezident seçkiləri keçirilməli idi. ABŞ isə keçiriləcək seçkilərin 
sonunda öz maraqlarını həyata keçirmək üçün bir neçə əhəmiyyətli addımlar atmışdır. Məhəmməd Mursinin 
hakimiyyətə gəlməsi halında ABŞ-ın maraqlarını qorumaq barəsində ondan təminat almışdır. ABŞ-ın dəstəyi 
seçkilərdə açıq-aşkar müşahidə olunurdu. Xüsusilə də Məhəmməd Mursi və keçmiş general Əhməd Şəfiq 
arasında keçirilən seçkilərin ikinci mərhələsində ABŞ-ın dəstəyi daha güclü idi. 24 iyun tarixində Obama 
administrasiyasının da təzyiqi ilə Mursi seçimlərdə qələbə qazanan tərəf elan edildi. Mursi qazandığı 
qələbədən sonra 1979-cu ildə Misir və İsrail arasında bağlanan sülh müqaviləsi də daxil olmaqla bütün 
beynəlxalq müqavilələrə sadiq qalacağını elan etdi. O, həmçinin Misirin Qərb istiqamətinin lehinə və öz 
xalqının maraqlarının əksinə olan Mübarəkin siyasətinin də davamçısı hesab olunurdu. Onun hakimiyyətdə 
olması uzun müddət çəkmədi. Mursinin hakimiyyətdə olduğu dövrdə də iqtisadi problemlər öz aktuallığını 
qoruyub saxladı. Dünya Bankından alınan borclar, vergilərin artırılması və işsizlik kimi səbəblər dövlət 
çevrilişinə gətirib çıxarmış və Mursinin hakimiyyəti iyulun 3-ü tarixində devrilmişdir. 2012-ci ildən 2014-cü 
ilə qədər Misirin müdafiə naziri və Misir silahlı qüvvələrinin ali baş komandanı olan Əbdül Fəttah əs-Sisi 
2014-cü ildə keçirilən seçkilərin nəticəsində 96 % səs toplayaraq Misirin prezidenti seçilmişdir. Eyni ilin 
yanvar ayında yeni konstitusiya qəbul edildi. Konstitusiyaya əsasən prezident dörd il müddətində 
hakimiyyətdə qala bilər və iki dövrlük seçilə bilərdi.
Ölkədə baş verən dövlət çevrilişindən sonra törədilən qətliamlar əhali arasında narazılığa səbəb oldu. 
ABŞ hökuməti də buna qarşılıq olar 40 ildir Misirə etdiyi hərbi yardımları dayandırdı. Amma bu vəziyyət 
çox qısa sürdü. İki dövlət arasında gərginliyin aradan qaldırılması üçün 2015-ci il 31 mart tarixində Obama 
və Sisi arasında telefon danışığı baş tutdu. Telefon danışığından sonra 2013-cü ildən bəri gözlədilən və 
Misirə çatdırılmayan silahlar ölkəyə təslim edildi. Bura 12 ədəd F16 təyyarəsi, 20 ədəd Harpoon raketləri, 
125 ədəd M1A1 tankları və hər il ABŞ tərəfindən Misirə edilən 1,3 milyard dollarlıq yardım 
daxildir. Bununla yanaşı Ağ ev gələcəkdə yenidən Misirə böyük miqdarda hərbi yardımlar edəcəyini də 
qeyd etdi. ABŞ-ın Misirə qarşı etdiyi yardımları dörd əsas kateqoriyaya bölmək olar. Bura terrorla mübarizə, 
sərhədlərin təhlükəsizliyinin təmin olunması, Sina yarımadasının təhlükəsizliyinin qorunması və Misirin 
silah təminatı ilə bağlı məsələləri aid edə bilərik. Prezident Əbdül Fəttah əs-Sisinin Misir hökuməti Tramp 
Administrasiyası ilə əlaqələrinə böyük ümidlər bəsləyirdi.
Misir və ABŞ münasibətləri Obamanın prezidentliyinin son üç ili ərzində müəyyən qədər 
gərginləşmişdi. 2016-cı ildə ABŞ-da keçirilən prezident seçimlərinin kampaniyalarında Trampın Sisinin 
ünvanına təriflər səsləndirərək onunla yaxın əlaqələr quracağını bildirməsi onu Obama ilə müqayisədə daha 
çox Misirə meyilli göstərirdi. Onun 2018-ci ildə ikinci dəfə Misirin prezidenti seçilən Sisini dəstəkləməsinin 
əsas səbəbi radikal islamla mübarizə aparması idi. Bu vəziyyət isə Misirdə Müsəlman Qardaşlarla mübarizə 
aparan Sisi üçün əlverişli idi. Misir ABŞ-ın Orta Şərqdəki ən əhəmiyyətli müttəfiqlərindən biri olmaqla
hərbi sahədəki əlaqələri də bu münasibətlərin təməlini təşkil edir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   424   425   426   427   428   429   430   431   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə